Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

1000 dollarlıq gömrük limitinin üstünlükləri və mənfi tərəfləri

iç səhifə xəbər başlığı altı (mobil)_31
1000 dollarlıq gömrük limitinin üstünlükləri və mənfi tərəfləri

Bildiyiniz kimi Azərbaycan vətəndaşlarının xaricdən bağlama üsulu ilə gətirilən məhsullarda aylıq limit 1000 dollardır. Yəni aylıq 1000 dollar həcmində dünyanın istənilən e-ticarət mağazasından alış-veriş etsəniz Əlavə Dəyər Vergisi və İdxalat Vergisi ödəməyə ehtiyac yoxdur. Bu limit alıcılar üçün bir çox məhsulları ucuza alma imkanı yaratsa da, limiti istifadə edib müxtəlif adlara məhsullar gətirib satan kölgə iqtisadiyyatını günü gündən inkişaf etdirdiyi bilinən nüansdır.

1000 dollarlıq gömrük limitinin üstünlüklərini və mənfi tərəflərini aşağıda sıralayıb, mövzunu dərinləməsinə baxmaq istəsək:

Müsbət tərəfləri

-Vətəndaşımız çox uyğun qiymətə xarici e-ticarət mağazalarından məhsullar ala bilir və milyonlarla internet ticarət mağazaların bol seçimlərində faydalanıb istədiyi məhsulu seçir.

-Zəif inkişaf etmiş daxili e-ticarətimizin alternativi kimi vətəndaşımıza xidmət göstərən xarici e-ticarətlər ölkəmizə vergisiz məhsul ixrac edə bilir.

-Vergi cənnəti ölkələrdə internet mağaza açan sahibkarlarımız rahatlıqla məhsullarını vergi ödəmədən vətəndaşlarımıza sata bilir.

-İstehsalı olmayan məhsulları vətəndaşlarımız rahatlıqla ala bilir.

Mənfi tərəfləri

- 1000 dollarlıq limiti istifadə edib müxtəlif şəxslər adına məhsullar məhsul gətirib, yerli bazarda nağd qiymətə satış edən “satıcılar” kölgə iqtisadiyyatının inkişafına səbəb olur.

- Müxtəlif brendlərin ölkəmiz üzrə franşiza və distrubisyasını almış yerli sahibkarlarımız gömrükdən məhsulları 36%+ ödəyərək idxal edir və onlar franşiza üçün illik milyonlarla dollar ödəyirlər markalara. Kira, işçi və s. ilə maya qiyməti yüksələn rəsmi idxalçılar məhsullarını daxil bazarda alıcılara müəyyən etdikləri qiymətə sata bilmir. Alıcılar elan saytlarından dəfələrlə bu məhsulu vergisiz və ucuza təklif edən “satıcılara” üz tutur.

- Ölkə daxilində e-ticarət qurub müxtəlif vergilər verən sahibkarlar, vergi cənnəti ölkələrdə e-ticarət mağazası qurub, vergisiz vətəndaşlara məhsul satanlarla rəqabət edə bilmir. Beləliklə sahibkarımız ölkəmizdə e-ticarət mağazası qurmaq yerinə, müxtəlif ölkələrdə mağazasını qurub, oradan ölkəmizə xidmət verir.

- Gömrük yoxlanışlarında vətəndaşlar adına gətirilən malların ticari olub-olmamasının yoxlanılmasının mümkünsüzlüyü kölgə iqtisadiyyatına təkan verir.

- Daxili bazarda faəliyyət göstərən rəsmi idxal edən şirkətlərin biznesinin iflic olması, hətta alıcıların məhsulları gedib rəsmi mağazalarda seçib, daha sonra dəfələrlə ucuz qiymətə bunu xarici saytlardan alması rəsmi dillerlərin “bankrot” olmasına səbəb olur.

Həlli: Dünyada və qonşu ölkələrimizdə limitlərin mərhələli aşağı salınması tendesiyası görünsə də, limitin neçəyə salınacağı böyük sualdır. Məsələn ölkəmizə ABŞ e-ticarət mağazalarından alış-veriş edərkən vətəndaşlarımız ortalama 150 dollar -200 dollar xərcləsə də, Türkiyə e-ticarət mağazalarından alış-veriş edərkən bu səbət həcmi ortalama 20-30 dollardır. Vətəndaşlarımız son illərdə Amerika və Çindən məhsul almaq yerinə, Türkiyə e-ticarət mağazalarına yönəldiyini görürük. Bunun əsas səbəbi Türk lirasının çox dəyər itirməsi və ucuz qiymətə bu məhsulları daşıya biləcək kargo şirkətlərinin ölkəmizdə sürətli artmasıdır.

Əgər 1000 dollarlıq limit 100 dollara çəkilsə Türkiyədən alınan məhsullar üçün heç nə dəyişməyəcək, ancaq Amerikadan alınan məhsullar gömrük və əlavə dəyər vergisinə tabe olacaq.

Əgər 1000 dollarlıq limit 10 dollara çəkilsə həm Amerika həm də Türkiyədən alınan məhsulların böyük çoxluğu gömrük və əlavə dəyər vergisinə tabe olacaq, vətəndaşımız üçün xarici internet mağazalarından uyğun qiymətə alış-veriş etmək xəyal olacaq, ümumiyyətlə bu sahə iflic olacaq və vətəndaşlarımız xarici internetdən alış-veriş yerinə yerli rəsmi idxalçılara üz tutacaqlar. Hal-hazırda qonşu Türkiyə ümumiyyətlə bu limiti 0 dollara çəkib. Digər tərəfdən rəsmi idxalçıların bazarda alternativlərinin və ciddi rəqabətin olmaması inhisara gətirib çıxara bilər və alıcılar üçün bir çox məhsul baha və əl çatmaz ola bilər. Bir nüans var, hələ də başa düşmürəm ki, Türkiyədə 100 türk lirəsinə satılan məhsul bizim bazardakı rəsmi idxalçıda necə 100 manata (4 qatına) satışa çıxır? Görünən həll odur ki, bazarda rəqabəti artırmalıyıq, daxili e-ticarətin inkişafı üçün stimullaşdırıcı tədbirlər görməliyik, həm yerli sahibkarları qorumalıyıq, həm də vətəndaşların xaricdən e-ticarət mağazasından alış-veriş imkanını əlindən almalı deyilik. Vergi cənnəti ölkələrdə internet mağazalar quran sahibkarlarımızı Azərbaycana dəvət edib, güzəştlərlə rəsmi idxalatı stimullaşdırıb, daxili e-ticarətimizi inkişaf etdirməliyik. Mövzunu daha dərin yerli e-ticarət şirkətlərini və çatdırılma şirətlərini dəyirmi masa arxasına yığıb, İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin iştirakı ilə müzakirə olunmasında fayda olacağını düşünürəm…

Nicat Manafov

Elektron Ticarət üzrə mütəxəssis

[email protected]

gömrük limiti Nicat Manafov Elektron Ticarət
15.05.2020 08:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ