Sabaha olan hava proqnozu açıqlandı
Mayın 21-də gözlənilən hava proqonozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.
Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-27° isti, Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 70-75 %, gündüz 40-45% olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 21-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahtlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 30-34° isti, dağlarda gecə 6-11° isti, gündüz 17-22° isti olacaq.
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
56 d. əvvəl
Avtomobil nəhəngi milyardlarla avro zərərə düşdü – Zavodların bağlanması gündəmdədir
-
1 saat əvvəl
Avropa Mərkəzi Bankı faizləri dəyişmədi – Enerji qiymətlərinin artması ilə bağlı xəbərdarlıq etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Maliyyə Nazirliyinin hərraclarının əksəriyyəti baş tutmur – səbəbi açıqlanıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - “Həmin maddəni masanın üstünə qoyun”
Valyuta hərraclarında nə qədər dollar satıldığı açıqlanıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq

























