Məşhur obyektlərdə tələblərə əməl olunmaması müəyyən edilib
Ticarət və xidmət obyektlərində monitorinqlər davam edirİqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqləri davam etdirir.
Nazirliyin və onun tabelyindəki qurumların əməkdaşlarından, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət monitorinq qrupları Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən iş və xidmət sahələrində, istehsal müəssisələrində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyətini araşdırıb.
Ümumilikdə, mayın 22-dən 30-dək 1592 sahibkarlıq subyektində monitorinq keçirilib və 744 obyektdə 2459 tələblərin pozulması halı qeyd alınıb.
İqtisadiyyat Nazirliyindən MArja-ya daxil olmuş məlumatda bildirilir ki, Suraxanı rayonunda "OBA Market”də, “Park Restoran”da, “Şeyx Dönər”də, “Qoç Ət”də, Binəqədi rayonunda “Telefon təmiri” xidmət obyektində, “Bəyaz Boutique”, “Nar market” mağazalarında, “Şəfa” və “Buta Nəbz” apteklərində, Sabuncu rayonunda "Mazra-Z" MMC-yə məxsus mağazada, “Koala uşaq aləmi”, “Al Market”, “I Love Tbilisi” pərakəndə ticarət obyektlərində, “Vita Aptek”də, Səbail rayonunda "Optimal Elektronika" MMC-nin “Optimal” mağazasında, həmçinin “Optika”, “Mimiso”, “Buta”, “Bantik parfum”, “Meyvə Tərəvəz kənd məhsulları” ticarət obyektlərində, “Mixək” qida məhsulları mağazasında, “Men Stayle” xidmət obyektində, “Keyfi-Et” və “Pizza Da Roma” restoranlarında, Nəsimi rayonunda “Tozlu” geyim mağazasında, “Las Veqas”, “Texno computer”, “Milli cake House”, “AEM Elektron”, “Podyum qadın geyimləri” mağazalarında, Qaradağ rayonunda “Mebel təmiri” xidmət obyektində, “Ləvəngi” kafesində, “Pivə Shop”da, “Uluxanlı Market”də, Xətai rayonunda “Baby Boom” və “Sunday Baby” uşaq mağazalarında, “Naya” geyim mağazasında, “Metro Market”də, “Bərəkət” və “Fantaziya” şirniyyat mağazalarında, “33 kafe xəngəlxana”, “Kunde” ictimai iaşə obyektlərində, “Mini meyvəli bazar”da, Xəzər rayonunda "İNCİ-23" MMC-nin “Andro med” xidmət obyektində, Rövşən Ələkbərova məxsus “Foto xidmət”də, Yasamal rayonunda "Topuzlar Az" MMC-yə məxsus “Özdilek Ev Tekstli”, "Uşaq aləmi" MMC-yə məxsus “Mothercare” mağazalarında, Nizami rayonunda “AEM Elektronika”, “Superfon” mağazalarında, “Foto Fokus” xidmət obyektində, Abşeron rayonunda “ST telecom”, “Məktəbli”, “Alisa uşaq geyimləri”, “Cehiz Aləmi”, “Euro sport”, “Karvan Market”, “Fəxri market” mağazalarında, “Mister Kişi salonu”, “Full Telecom”, “Maxx New York” xidmət obyektlərində, “Osmanlı Dönər”, “Street Food”, “Döner kabab”, “Divan restoran”, “Şah doner”, “Dəfnə Lahmacun” ictimai iaşə obyektlərində, “Bərbər” bərbərxanasında, Gəncə şəhərində “Elay Parfum”, “Bazar Store” mağazalarında, “Nuş Olsun”, “Kolorit kafe”, “Cafe De Paris” ictimai iaşə obyektlərində, Yevlax rayonunda “Optimal Elektronika” və “Brend mallar” mağazalarında, “Dönər №1”-də, “Gənclik” çay evində, Xaçmaz rayonunda "Elit Otel", "Aysberq Otel", "Retro" otellərində, "Həyat", "Dosso-Dossi", "Qayalı" mağazalarında, "Yaprak Tantuni" ictimai iaşə obyektində, Şamaxı rayonunda “Fayton market”, “Yeni stil”, “Snikers market”, “AL market”, “Bizim market”, “Aura market” mağazalarında, “Delfin kafe”də, Lənkəran rayonunda “Qutabçı” ictimai iaşə obyektində, "Həzrət", ”OBA” mağazalarında, “Otel Səda” turizm obyektində, Qax rayonunda “İdeal+” və “Babək-99” mağazalarında, “Foto Əfsanə” xidmət obyektində, Bərdə rayonunda “Laçın inşaat”, “Hello Baby”, “Lady Style” mağazalarında və s. zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.
Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, müvafiq metodiki göstərişlər paylanılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.
Monitorinqlər davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
19 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
16 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 gün əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 1 gün əvvəl
-
1 gün əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək































