Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Beynəlxalq Bankda vakansiyalar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankda vakansiyalar

1 - “ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin  Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə QA tester vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

- Yüksək komanda ruhunda əməkdaşlıq;

- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;

- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  

- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

- Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

- QA test şərtlərinin hazırlanması;

- Squadların test strategiyasını tətbiq edilməsi, zəruri testlərin avtomatlaşdırılmasını təmin edilməsi və lazım gəldikdə squad üzvlərinə zəruri təlimlərin verilməsi;

- Hər bir görülmüş iş üçün avtomatlaşdırılmış testlərin yazılmasının təşkili və testlərin keyfiyyətinə nəzarət edilməsi;

- Agile idarəetmə sistemində işləmək bacarığının olması;

- Hazırlanmış testlərin yenilənməsinin təşkil edilməsi

Bizim üçün ideal namizəd:

- QA tester və/və ya proqramçı vəzifəsi üzrə 3 ildən artıq iş təcrübəsi olan;

- TDD, BDD, functional testing, manual testing, test automation üzrə bilikləri olan;

- Test avtomatlaşdırma platformaları üzrə bilikləri olan ( məs.  Selenium, TestNG, Junit, Appium, Soap Uİ və s.)

- Mobile Tətbiqlərin avtomatlaşdırlmış test platformaları üzrə bilikləri olan ( məs.Espresso, Robolectric, Junit, Mockito, Harmcrest, Vebmockserver və s.)

- Cİ/CD, Devops pipeline üzrə bilikləri olan

- Git üzrə bilikləri olan

- Veb servislərin test edilməsi üzrə bilikləri olan

- Veb servislərin keyfiyyətinin yoxlanması üzrə bilikləri olan

- Mobil tətbiqlərin stabilliyinin yoxlanılması, Crash Reposting, Performance monitoring üzrə bilikləri olan

- Bug tracking üzrə bilikləri olan bir şəxsdir

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  26.06.2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “QA tester” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

2 - “ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin  Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə Front–end  Proqramçı vakansiyasını elan edir.

 

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

- Yüksək komanda ruhunda əməkdaşlıq;

- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;

- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  

- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

- Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

- Ən yaxşı təcrübəyə əsaslanaraq müasir texnologiyalardan funksional veb tətbiqlərin hazırlanması;

- Back-end proqramçı ilə sıx əməkdaşlıq və APİ – lərdən istifadə;

- Unit, inteqrasiya və funksional testlərin yazılması;

- Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlili;

Bizim üçün ideal namizəd:

- Müasir JavaScript framework –lər və kitabxanalar ( Angular 2+, Rect JS) üzrə ən azı 2 il iş təcrübəsi olan;

- HTML, CSS (Sass), JavaScript, Jquery, EcmaScript 6, veb təhlükəsizlik üzrə bilikləri olan;

- Dizayn proqramları (Photoshop, Figma, Sketch) üzrə iş təcrübəsi olan;

- Git, Github, GitLab üzrə iş təcrübəsi olan;

- Müasir veb proqramlaşdırma arxitekturası və “design pattern” üzrə dərin bilikləri olan;

- Obyekt yönümlü proqramlaşdırma üzrə bilikləri olan;

 - “Agile Scrum” metodologiyası üzrə bilikləri olan bir şəxsdir

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  26.06.2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Front–end Proqramçı” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

3 - “ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin  Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə Scrum Master vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

- Yüksək komanda ruhunda əməkdaşlıq;

- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;

- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  

- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

- Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

- Agile proqram təminatı mühəndisliyi sahəsində komandanın uğurunu təmin etmək üçün davamlı dəstək və kouçinqin göstərilməsi

- Komanda daxilində kollektiv qərar qəbul etmə, hədəflərin qoyulması və münaqişələrin həllinə aparan müzakirələri təşkil etmək və bu proseslərin effektivliyini təmin etmək

- Lazım olduqda komanda işində yaranan riskləri və xarici asılılıqları aktiv şəkildə idarə etmək, çətinlikləri aradan qaldırmaq və ya onların aradan qaldırılmasını təşkil etmək

- Qarşılıqlı etibarlı və təhlükəsiz komanda mühiti yaratmaq üçün Scrum komandası daxilində açıq ünsiyyəti mümkün edəcək müvafiq vasitələrin (məsələn, tracker lövhələri, JIRA) yaradılması və saxlanması üçün cavabdeh olmaq

- Davamlı olaraq nəticələr üçün komandanın birgə öhdəlik götürməsini təmin etmək və məhsuldarlıq məsələlərini həll etməklə komandanın performansını yaxşılaşdırmağa çalışmaq

 Bizim üçün ideal namizəd:

- Scrum metodologiyasının biznes kontekstində tətbiqi sahəsində minimum 3 illik iş təcrübəsi olan;

- Scrum metodologiyasının tətbiq olunduğu və sizin Scrum Master rolunda olduğunuz uğurla yekunlaşmış ən azı bir layihəsi olan;

- Proqram təminatlarının mühəndisliyi və ya Layihələrin idarə olunması sahəsində təcrübə daxil olmaqla uğurla yekunlaşdırılmış 3 texniki layihəsi olan;

- Proqram tərtibatı və mühəndisliyi sahəsində ümumi təcrübəsi olan;

- Certified Scrum Master sertifikasiyası (CSM) olan (arzuolunandır);

- Yüksək motivasiyalı təşəbbüskar və eyni zamanda professional yanaşmalı komanda oyunçusu olan;

- Agile (çevik) proqram təminatlarının hazırlanması prosesi sahəsində bilikləri (məsələn, XP, Kanban, Scrum) olan;

- Geniş yayılmış və effektiv Agile üsullarını bilən: İstifadəçi hekayələri, Test-əsaslı mühəndislik, Davamlı inteqrasiya, Davamlı testinq, Cüt proqramlaşdırma, Avtomatlaşdırılmış testinq, Agile Oyunları və s.

- Komandanın istifadə etdiyi texnologiyalar barədə tətbiq oluna biləcək bilikləri olan;

- Agile mühitində tətbiq olunan digər geniş yayılmış üsullar və nümunələr ilə yaxından tanışlığı olan (məsələn, Burndown diaqramı, müxtəlif Retrospektiv formatları, qüsurların idarə olunması və s.)

- Konstruktiv ünsiyyət və mentorluq bacarıqları olan bir şəxsdir

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  26.06.2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Scrum Master” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 4 - “Azərbaycan Beynəlxalq Bankı”ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinə Tech Lead vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

- Yüksək komanda ruhunda əməkdaşlıq;

- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;

- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  

- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

- Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

- Rəqəmsal məhsulların dizayn olunması və məhsulun hazırlanmasına nəzarət , Agile heyətə rəhbərlik etmək;

- Texnologiyanın seçimi və tətbiqi ilə əlaqədar framework və ən yaxşı təcrübələrdən istifadə etmək;

- Müştəri və işçi təcrübəsini artıran yaradıcı və səmərəli həlləri sürətlə inkişaf etdirmək üçün çevik (agile) mühəndislik təcrübələrindən və müxtəlif proqram və veb inkişaf texnologiyalarından istifadə etmək;

- Aydın istifadəçi hekayələri, məhsullar üçün prototiplər və dizayn testlərini hazırlamaq və məhsulun inkişaf etdirilməsini davamlı olaraq çatdırmaq üçün heyət üzvlərinin yönləndirmək;

- Rəqəmsallaşdırma komandansının daxili və xaricində olan digər heyətlərlə əlaqənin qurmaq, vaxtın, tədarükün və asılılıqlarını müzakirə etmək;

- Məhsul sahibləri (product owner) və komanda üzvləri ilə məhsul və çatdırılma risklərini müəyyənləşdirmək və ictimailəşdirmək üçün sıx əməkdaşlıq etmək;

- Qabaqcıl və ən yaxşı təcrübəyə malik mühəndislik proseslərinin və çevik (agile) metodologiyasından tətbiq etmək

Bizim üçün ideal namizəd:

- Java Spring Boot, Node.JS, Go Lang, Elixir, Ruby on Rails, C, C ++, Python və ya digər proqramlaşdırma dillərində / framework`lərdə  4-5 illik iş təcrübəsi olan;

- Proqram təminatında ən azı 4-5 il təcrübəsi və Agile (çevik) heyətdə iş təcrübəsi olan;

- HTML / CSS-də üstün təcrübə və müasir Front-end JavaScript framework`lərdə təcrübəsi olan: ReactJS, AngularJS, EmberJS, Vue.js

- SQL-də böyük təcrübə və bir verilənlər bazası texnologiyasına dair yüksək biliklərə sahib olan: Postgres, MySQL, MongoDB, Cassandra, CouchDB, HBase, Neo4J

- İnfrastruktur bilikləri olan: RESTful API, Single sign on, LDAP, Axtarış Texnologiyaları (Apigee, GraphQL, Swagger, Elasticsearch, Kibana, Auth0)

- İnkişafa/proqramlaşdırmaya böyük marağı və davamlı öyrənmək üçün potensial və istəyi olan;

- Cüt (pair) proqramlaşdırılma, davamlı inteqrasiya və testə əsaslanan inkişaf üzrə biliklərə sahib olan;

- Mikroservislər üçün pattern seçimləri və konseptlərlə tanış olan;

- Paylanmış tətbiqlərin dizaynında iş biliyi və təcrübəsi olan;

- DevOps, Docker iş təcrübəsi və kod infrastrukturu bilikləri olan;

- MochaJS, RSpec kimi ən azı bir vahid test çərçivəsi(unit testing freyk) ilə təcrübəsi olan;

- İcma töhfələri (məsələn, açıq mənbə(open-source) işi, publishing/texniki ideyalar üzrə biliklər) olan bir şəxsdir

Axtardığımız namizəd Sizsinizsə, CV-nizi [email protected] elektron ünvanına 26.06.2020 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: Tech Lead)

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Əlavə məlumat üçün:www.ibar.az

 

vakansiya iş elanı bankda iş beynəlxalq bank
12.06.2020 15:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ