Azərbaycanda necə bazarın lideri oldu?
Müsahibimiz Hell Azərbaycan şirkətinin marketinq direktoru Müşfiq İskəndərovdur.
Suallara keçməzdən öncə bildirmək istərdik ki, ölkəmizdə enerji içkisi bazarında Hell markasının bazar payı təxminən 60 faizdir və Hell bazarda liderdir.
- Müşfiq bəy, Red Bull-un açdığı bazarda “at oynatmaq” necə hissdir?
-Çox gözəl hissdir (gülür). Amma nailliyyətə gəldikdə isə bu fərdin yox, komandanın uğurudur. Komanda dedikdə isə bura sadəcə Hell Energy komandasını aid etmək doğru olmazdı. Partnyor olduğumuz şirkətlər, mağazalar, istehsalçıdan istehlakçıya hər kəsi bura aid edir və təşəkkürümüzü bildiririk.
- Hell markası Azərbaycan bazarına daxil olduqda lokal mühitə adaptisyanız çətin olmadı ki? Axı qarşınızda ilk növbədə kifayət qədər güclü və ciddi rəqib vardı.
-Sözün düzü bazara daxil olduqda rəqib və rəqiblərimizdən daha çox bizi narahat edən məsələ markanın adı idi. Yükümüz ağır idi və biz müəyyən dövrdə səylə çalşıraq məhsulumuzun avropanın ən yaxşı sularından olan macar suyu və təbii inqridientlərdən ibarət olduğunu istehlakçılarımıza aşıladıq. Rəqabətə gəldikdə isə rəqiblərimizdən çəkinmədik və lazımi marketinq taktikalarını ən üst səviyyədə görməyə çalışdıq. Nəticə etibarı ilə rəqiblər daha aqressiv yanaşırdılar, çünki müştərilərin enerji içkisi istəyinin çox zaman Hell olması onları qıcıqlandırırdı.
- Bu gün üçün bazarın lideri olmanızda əsas səbəb məhsullarınızın ucuz olmasıdır fikri ilə razılaşırsınızmı? Sizi bazarın nömrə biri edən sadəcə qiymət faktorudurmu?
-Ola bilsin ki, ilk dövrlərdə qiymət mühim amil idi. Amma sonrakı dörvrlədə daha əvvəl də qeyd etdiyim kimi avropanın ən yaxşı suyu, Alp dağlarınına aid macar suyu, məhsulun tərkibindəki təbii inqridientlər Hell markasının keyfiyyətini də ön plana çıxartdı. Azərbaycan istehlakçısı rasionaldır və heç şübhəsiz qərarları da əsaslıdır. Eyni qiymətə bazarda kifayət qədər enerji içkisi olmasına baxmayaraq məhz Hell-i seçmələri bunun bariz nümunəsidir.
- Ölkəmizdən bildiyimiz qədəri ilə 20-dən çox enerji içkisi markası satılmaqdadır. Bu, fikrimizcə, müqayisə etibarı ilə olduqca kiçik olan bir bazar üçün həddindən yuxarı say deyilmi?
-Əlbəttə yuxarıdır. Hətta son dövrün trendlərindəndir ki, hər hansı bir kapitala sahib olan şəxs ya taksi şirkəti açacaq, ya da enerji içkisi markası gətirəcəkdir. Amma nəticə etibarı ilə marka sayı şərtidir və əvvəl-axır markalar ələnəcək, ən yaxşıları qalacaqdır. Ümid edirik ki, uzun müddət ən yaxşılar arasında qalacağıq.
- Sirr deyilsə, 2017-ci il üçün planlarınız nədir? Hell markasının müştərilərə nə kimi sürprizləri olacaqdır?
-Bu yazını oxuyan dəyərli oxuyucular düşünə bilərlər ki, bizim üçün müştəri yalnız bu məhsulu istehlak edən insanlardır. Yox. Bizim üçün iki müştəri var: 1. Məhsulumuzun satışını təmin edən mağazalar. 2. Məhsulumuzu içən kütlə, istehlakçılarıdır. Hər iki müştərimiz üçün sürpriz addımlarımız, layihələrimiz olacaqdır. Bunlar hələlik sirr olaraq qalsın. Amma onu ifadə edə bilərəm ki, bu il məhsulumuzun yüksək keyfiyyət göstəricilərini ifadə edəcək, qiymətin müqayisə ölçüsü olmadığını göstərəcək marketinq layihələrini həyata keçirəcəyik.
- Devalvasiyalar sonrası gedişat pərakəndə sektorundan da yan ötmədi. Bağlanan mağazalar, bazarı tərk edən maraklarımız oldu. Siz bu dövrü bir peşəkar kimi necə qiymətləndirirsiniz? Prosesin pərakəndə sektoruna, əsasən də enerji içkiləri çərçivəsində müsbət və mənfi tərəfləri nədən ibarətdir?
-Belə bir deyim var ki, markanın gücü böhran dövründə bilinir. Düşünürük ki, biz o güclü markalardanıq. Bundan əlavə soruşurlar ki, ikinci devalvasiyanın olmasına baxmayaraq Hell 1 manatlıq qiymət siyasətini necə qoruya bidi? Bunun üçün Azərbaycan rəhbərliyinin təkidi ilə Zavod rəhbərliyi vahid qiymət siyasətini saxlamaq üçün ölkəmiz üçün lazımi endirimləri etdilər. Böhran dövründəki uğurumuzun ikinci səbəbi isə məhsulun keyfiyyəti ilə bağlı idi. Məsələn, rəqib markalar böhran dövründə marketinq xərclərinə qənaət etdiyi üçün sırf reklamla gücünə alınan markaların satışlarında düşüşə səbəb oldu. Hətta unuduldular.
- Sonda vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edir və növbəti ənənəvi sualımızla müsahibəmizi yekunlaşdırmaq istərdik: Hell markasını bir söz ilə necə ifadə edərdiniz?
-Mən də təşəkkürümü bildirirəm, amma Hell markasını, onun keyfiyyət göstərcilərini, üstünlüklərini ehtiva edəcək bir söz tampaqda çətinlik çəkirəm. Susma haqqımdan istifadə edir, vaxtımı dondururam (gülür).
© Supermarketinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
10 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 10 saat əvvəl
-
13 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
13 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 15 saat əvvəl
-
16 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
16 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
16 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
17 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək




























