Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kredit zəmanət mexanizmində əlavə və dəyişikliklər edilib

Tam təminatsız kreditlərə də zəmanət və faiz subsidiyaları veriləcək
iç səhifə xəbər başlığı altı (mobil)_31
Kredit zəmanət mexanizmində əlavə və dəyişikliklər edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Məlum olduğu kimi, 2018-ci ilin sonlarından etibarən İpoteka və Kredit Zəmanət Fondu tərəfindən tətbiqinə başlanılan kredit zəmanət mexanizmi sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışının genişləndirilməsinə, banklar tərəfindən yüksək keyfiyyətli kredit portfelinin formalaşdırılmasına və ölkədə iqtisadi aktivliyin artırılmasına xidmət edir.

Qeyd olunan mexanizm müvəkkil banklarla Fond arasında risklərin səmərəli şəkildə bölüşdürülməsi hesabına bankları kiçik və orta sahibkarların kreditləşdirilməsinə stimullaşdırır. Eyni zamanda, təminat səviyyəsi qənaətbəxş səviyyədə olmayan sahibkarların kredit resurslarına çıxışını təmin edir və faiz subsidiyaları vasitəsilə sahibkarların kredit yükünü azaldaraq onların fəaliyyətini dəstəkləyir.

Reklam_3_11

İpoteka və Kredit Zəmanət Fondunun yaydığı məlumatda bildirilir ki, mexanizm tətbiq edilərkən Fond tərəfindən digər qabaqcıl ölkələrin kredit zəmanət sahəsində mütərəqqi təcrübələri öyrənilib, beynəlxalq maliyyə institutlarının tövsiyələri, habelə ölkəmizin mövcud iqtisadi reallıqları və xüsusiyyətləri nəzərə alınıb.

Ötən dövr ərzində zəmanətlərin verilməsi prosesinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün mütəmadi olaraq təhlillər aparılıb, sahibkarlar arasında sorğular keçirilib, müvəkkil banklarla qarşılıqlı müzakirələr aparılıb, mexanizmin genişlənməsi ilə bağlı maneə və çətinliklər dərindən öyrənilib. Aparılmış təhlillərin nəticəsi olaraq, sahibkarların ehtiyacları və bankların təklifləri nəzərə alınaraq mərhələli şəkildə aşağıdakı əlavə və dəyişikliklər edilib:

-mövcud zəmanət mexanizmi çərçivəsində Fond tərəfindən təminatlı kreditlərlə yanaşı, ümumiyyətlə tam təminatsız kreditlərə də zəmanət və faiz subsidiyalarının verilməsi təmin edilib;

-əsasən kiçik sahibkarlar üçün 100 min manatadək kreditlər üzrə müvəkkil bankların təhlili və qərarı əsasında, əlavə maliyyə sənədləri tələb olunmadan zəmanətlərin verilməsi mexanizmi yaradılıb;

orta sahibkarlıq subyektlərinin ehtiyaclarını nəzərə alaraq, 500 min manatadək kreditlər üzrə zəmanətlərin verilməsi ilə bağlı qiymətləndirmə prosesinin sadələşdirilməsi və sürətləndirilməsi üçün tələb olunan sənədlərin siyahısı minimal səviyyəyə endirilib;

-sistem çərçivəsində qısamüddətli (maksimum 6 aylıq) sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi üzrə yeni mexanizm formalaşdırılıb;

-zəmanət üçün müvəkkil banklardan alınan komissiya haqları minimal hədlərə endirilib.

Kredit zəmanət sisteminin daha da təkmilləşdirilməsi və faiz subsidiyası mexanizminin effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 7 may 2020-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli Fərmanına dəyişikliklər edilib. Bankların risklərinin daha çox hissəsinin Fond tərəfindən öz üzərinə götürülməsi və onların kreditləşmə fəaliyyətini stimullaşdırmaq məqsədi ilə Fərmanla aşağıdakı dəyişikliklər edilib:

-bir kredit üzrə zəmanətin kreditə nisbətinin yuxarı həddi 75%-dən 85%-dək artırılıb;

-Fond tərəfindən banklara zəmanət ödənişləri üzrə 7%-lik hədd 10%-dək artırılıb;

-zəmanət üzrə müraciətlərə baxılmağa görə birdəfəlik xidmət haqqı və zəmanət, o cümlədən faiz subsidiyası limitlərinin istifadəsi ilə bağlı cərimə və məhdudiyyətlər ləğv edilib.

Yuxarıda qeyd olunanlarla yanaşı, kreditlər üzrə faiz subsidiyalarının ayrılmasının daha da sadələşdirilməsi və xüsusilə, ixracatla məşğul olan sahibkarların dəstəklənməsi məqsədilə investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkara ayrılan kreditlər üçün faiz subsidiyası kreditin müddətindən asılı olmayaraq 10% müəyyən edilib.

Görülmüş işlər nəticəsində bu günə mexanizm çərçivəsində Fondun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 91 mln. manatdan artıq kredit ayrılıb və həmin kredilər üzrə faiz subsidiyalarının hesablanmış məbləği 12,2 mln. manatdan artıq məbləğdə nəzərdə tutulub. Zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay təşkil edir, kreditlər üzrə subsidiya hesabına borcalanlar tərəfindən ödəniləcək faizlərin həcmi isə 6%-ə enib. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 1500-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub.

Xüsusilə vurğulamaq lazımdır ki, sahibkarlıq kreditlərinin risk səviyyəsinin yüksək olmasına baxmayaraq, bugünədək Fond tərəfindən zəmanət verilmiş kreditlər üzrə defolt halları qeydə alınmayıb.

Koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar ötən müddət ərzində Fond tərəfindən sahibkarlıq kreditləri üzrə restrukturizasiya müraciətlərinə də baxılıb və bu günə müraciət edilən 6 sahibkarlıq krediti üzrə restrukturizasiya həyata keçirilib.

Mexanizmin təkmilləşdirilməsi sahəsində növbəti mərhələdə xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, habelə  banklarla yanaşı digər maliyyə-kredit təşkilatlarının da (bank olmayan kredit təşkilatları, lizinq şirkətləri və s.) kredit zəmanət mexanizmindən faydalanması üçün məqsədyönlü işlər davam etdirilir. Bu tədbirlərin müvafiq dövlət qurumları və beynəlxalq maliyyə təşkilatları ilə birlikdə həyata keçirilməsi planlaşdırılır.

Qeyd olunanlarla yanaşı, Fond tərəfindən zəmanətlərin verilməsi prosesinin avtomatlaşdırılması üzrə işlər artıq tamamlanıb və elektron sistemin növbəti aydan tam istifadəyə verilməsi nəzərdə tutur. Avtomatlaşmanın tətbiqi kredit zəmanətləri ilə bağlı proseslərin əlavə sənədlər tələb olunmadan və sürətli aparılmasına, mexanizmin əlçatanlığının daha da artırılmasına və sahibkarlara xidmət səviyyəsinin yüksəldilməsinə zəmin yaradacaq.

Kredit zəmanət
02.07.2020 13:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ