7 şəhər və 6 rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi qüvvədə qalır - MƏHDUDİYYƏTLƏR
Koronavirus infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.
Bu barədə Marja-ya Operativ Qərərgahdan bildirilib.
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir:
• həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti:
8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;
15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;
22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;
29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;
• nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti;
• ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
• muzey və sərgi zallarının fəaliyyəti;
• bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);
• açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabiteninin 19 iyun 2020-ci il tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qaydalar qüvvədə qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 2 d. əvvəl
-
5 d. əvvəl
İran ətrafında diplomatik danışıqlar neft qiymətlərini aşağı salır
- 13 d. əvvəl
- 24 d. əvvəl
- 26 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
İran ətrafında diplomatik danışıqlar neft qiymətlərini aşağı salır
Prezident İlham Əliyev Forumun açılışında çıxış edib
Çində sənaye müəssisələrinin mənfəəti son üç ayın ən yüksək artım tempinə çatıb – Süni intellekt sektoru iqtisadiyyatı dəstəkləyir
Ən çox oxunanlar
“Azərsu”da yüksək vəzifələrdə işləmiş sabiq məmur cinayət məsuliyyətinə cəlb edilib - 3 milyon mənimsəmədə ittiham olunur
Tibbi sığorta: sığorta haqları 2,8% azalıb
Rəsmi məzənnələr açıqlandı
BYD-dən yeni avtomobil – 1193 at gücü, 1003 km yürüş məsafəsi
Meta süni intellektə investisiyalar üçün 95 milyard dollar cəlb etmək istəyir – Nəhəng səhm satışı planı

























