“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.EUR.
Cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq Avropa Mərkəzi Bankının (AMB) mətbuat konfransında veriləcək önəmli açıqlamalar öncəsi, beynəlxalq valyuta birjalarında EURUSD məzənnəsi 1.19-1.18$ aralığında dalğalanmaqdadır.
Bu o deməkdir ki, AMB-nin yumşaq monetar siyasətinin daha da genişləndiriləcəyinə dair gözləntilər artarsa, avro 1.18$-ın qırılması ilə 1.17$-a kimi ucuzlaşmaqda davam edəcəkdir.
Bununla yanaşı, cümə günü saat 16:30-da Amerikada inflyasiya ilə bağlı göstəricilər də diqqət mərkəzindədir.
GBP.
Bu həftə həm çərşənbə axşamı bərpa ediləcək Breksit danışıqları, həm də İngiltərə iqtisadiyyatı ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər GBPUSD məzənnəsində növbəti trend üçün önəmli olacaqdır. Son təhlillər 1.3220$-ın qırılması ilə funtun 1.3117$-a kimi ucuzlaşacağını proqnozlaşdırmağa əsas verir.
Breksit danışıqlarında irəliləyiş mümkün görünməsə də, cümə günü saat 10:00-da yayımlanacaq İngiltərənin iqtisadi inkişaf səviyyəsi göstəricisi investorlar tərəfindən böyük maraqla gözlənilməkdədir.
TRY.
USDTRY məzənnəsi tarixi rekord səviyyələrini yeniləsə də bahalaşma dinamikasında zəifləmə müşahidə edilir. Bu, Türkiyədə açıqlanan inflyasiya göstəricilərin təsiri altında müşahidə edilən tendensiyadır. İnflyasiyanın proqnozlaşdırılandan zəif artması, inflyasiya mövzusunda nikbinliyi artırsa da artımın davam etməsi faktını investorlar gözardı edə bilmirlər.
Texniki analizlərə əsasən, növbəti maksimumlar üçün 7.4533TL-nin qırılması lazımdır. Bundan sonra dollar 7.5623 lirəyə kimi dəyər qazana bilər.
OIL.
Foreks bazarlarında dolların bahalaşması, neft qiymətlərinin dəyər itirməsin səbəb olur. Beləliklə, Avropanın Brent neftinin bir barel qiyməti 42$-ın da altında qalarsa, 41$-a kimi də ucuzlaşacağı proqnozlaşdırılır.
Cümə axşamı saat 19:00-da dərc ediləcək ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında da qızılın qiyməti təzyiq altındadır. Hazırda 1935$-ın (62.2 $/qram) altında təklif edilən bir unsiya üzrə qiymət, sözügedən səviyyənin altında qaldıqca, 1903$-a (61.2 $/qram) kimi də ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
1 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
-
2 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
3 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
3 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
3 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
3 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
Ən çox oxunanlar
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®

























