"Cəbhəyə yaxın rayonlarda yığım və şumlama prosesləri davam edir"
Anar Hüseynov: “Cəbhəyanı rayon və kəndlərdə kənd təsərrüfatı işləri adi qaydada davam etdirilir”
“Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, o cümlədən mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir. Bu gün Azərbaycan Ordusu düşmənə layiqli cavabını verir, Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir və öz ərazi bütövlüyünü qoruyur”.
Bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov verib. Onun sözlərinə görə, Ermənistan hərbçilərinin təmas xəttində yaratdığı gərginlik və dinc əhalini qəsdən atəşə tutması sakinlərin gündəlik həyat şəraitlərində bir sıra çətinliklər yaradıb: “Buna baxmayaraq, dövlətimizə, ordumuza sarsılmaz inam və etibar edən dinc əhalimiz adi qaydada öz təsərrüfat işləri ilə məşğul olur. Azərbaycan Ordusu döyüş meydanında, xalqımız isə arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümayiş etdirir”.
Anar Hüseynov qeyd edib ki, Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq olunan komendant saatı müddətində kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyətinə icazə verilib. Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi vurğulayıb ki, bütün rayonlarda, o cümlədən cəbhəyanı rayon və kəndlərdə kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri istiqamətində fəaliyyət adi qaydada davam etdirilir:
“Respublikanın cəbhə rayonlarında kənd təsərrüfatı işlərinin yerinə yetirilməsi barədə danışarkən qeyd etməliyəm ki, bütün cəbhəyanı və cəbhə xəttinə yaxın rayonlada - Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Tovuz, Qazax və Ağstafada payızlıq dənli bitkilərin səpini üçün əkin sahələrinin şumlanması aparılır. Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Tovuz və Ağstafa rayonlarında təkrar qarğıdalı əkinləri aparılmış sahələrdə yaşıl yem və dən üçün qarğıdalı yığımı prosesi davam edir. Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonlarında kütləvi pambıq yığımına başlanılıb. Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər və Tovuz rayonlarında şəkər çuğundurunun toplanması yerinə yetirilir. Goranboy və Tovuz rayonlarında tütün məhsulunun yığımı prosesi davam edir”.
Anar Hüseynov əlavə edib ki, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün Kənd Təsərrüfatı Nazirliyi fəaliyyətində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqi prinsiplərini əsas götürür.
“Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeli qurumlarının, o cümlədən müxtəlif rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları da belə həssas dövrdə fermerlərin yanındadır. Nazirlik işçiləri əkinin aparılması, məhsulların toplanılması və aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi məqsədilə rayonlara ezam olunub, aqrar sahədə cari işlərin düzgün təşkili məqsədilə fermerlərə lazımi tövsiyə və məsləhətlərini verirlər. Dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Fermerlərimiz bu qayğını yüksək qiymətləndirir və dövlət başçımızın həyata keçirdiyi siyasəti daim dəstəkləyirlər. Prezident İlham Əliyev ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, bu məqsədlə torpaq və su resurslarından səmərəli istifadə olunması, eləcə də aqrar sahədə davamlı inkişafla bağlı qarşımızda çox mühüm tapşırıqlar qoyub. Prezidentin qarşımızda qoyduğu çox mühüm həlli vacib olan tapşırıqların icrası, bizi daha məsuliyyətli və əzmlə çalışmağı vadar edir”, - deyə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
22 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
20 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 20 saat əvvəl
-
23 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək




























