Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Birja qapılarını ictimaiyyət üçün açacaq - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Birja qapılarını ictimaiyyət üçün açacaq - MÜSAHİBƏ

Kapital bazarları barəsində savadlılığın artırılması istiqamətində yeni layhələr həyata keçiriləcək

 

Bakı Fond Birjasının Beynəlxalq Əlaqələr və Korporativ Kommunikasiya rəhbəri Nuranə Heydərovanın “Marja”ya müsahibəsi.

 

-Bildiyimiz kimi, Bakı Fond Birjası tərəfindən müxtəlif maarifləndirici layihələr həyata keçirilir, layihələr hansı istiqamətləriəhatə edir, əsas məqsədi nədir və hədəf kütləsi kimlərdir?

 

-Bakı Fond Birjası təsis olunduğu gündən kapital bazarları institutunun ölkəmizdə formalaşması üçün mühüm islahat və quruculuq tədbirlərinin aparıcı qüvvəsindən biri qismində çıxış etmişdir. Bu tədbirlərlə yanaşı, korporativ-maarifləndirmə layihələrinə də yer ayrılmış, xüsusilə, 2015-ci ilin sentyabr ayından etibarən “Bilik mübadiləsi” proqramına start vermişdir. Qeyd edim ki, proqramın əsas məqsədi kapital bazarları barədə savadlılığının artırılmasına xidmət etmək, bu sahədə təbliğatın daha da gücləndirmək, qiymətli kağızlar bazarı üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətlərində aparıcı universitetlərlə əməkdaşlıq etmək və nəticə etibarı ilə Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına töhfə verməkdir.  Kapital bazarları barədə məlumatllılıq səviyyəsinin artırılması sahəsində layihələrimiz müxtəlif istiqamətli olduğundan, hədəf kütləsi kimi tələbələri, karyerasında ilk addımlarını atan şəxsləri, media nümayəndələrini və ümumilikdə ictimaiyyəti götürmüşük.

 

Bu proqram çərçivəsində ilkin olaraq, nəzarət orqanının(red. əvvəlki Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi) dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə Laboratoriyası istifadəyə verilmişdir. Qeyd etmək lazımdır ki, BFB laboratoriyanın yaradılmasında, lazimi avadanlıqlarla təmin olunmasında və fəaliyyətində aktiv dəstək göstərmiş və hal-hazırda da göstərməkdədir. Laboratoriyada BFB-nin hazırladığı açıq rejimdə fond birjasında ticarət əməliyyatlarını simulyasiya edən avtonom, çox-istifadəçili real bazar prinsipləri əsaslı Azərbaycanda ilk elektron biznes-oyun - “Elektron Birja Simulyatoru” quraşdırılıb. Bu platforma təhsil sistemində innovativ və interaktiv tədris vasitəsi olmaqla, tələbələrə qiymətli kağızların kütləvi yerləşdirilməsi (IPO) və təkrar bazarının işləmə prinsiplərini öyrənmək, real maliyyə barlarında ticarət əməliyyatlarında iştirak etmək, analitik qərar qəbul etmə vərdişlərini öyrənməyə imkan verir. Bundan əlavə olaraq, ADİU nəzdində 4  əsas  tədris  dili  olan  Azərbaycan, ingilis,  rus  və  türk  dillərində  qiymətli  kağızlar  və  kapital  bazarları  mövzulu  30-a yaxın kitabdan ibarət “Qiymətli  kağızlar  kitabxanası” hazırlanmış, həmçinin ADİU-nun bilik fonduna maliyyə bazarlarına dair Harvard və Ivey Universitetləri tərəfindən tərtib edilmiş biznes keyslər və BFB tərəfindən hazırlanmış maarifləndirici video materiallar hədiyyə edilmişdir.

 

Daha sonra, 2015-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri arasında “Gənc İnvestor 2015” adlı biznes-keys müsabiqəsi həyata keçirilmişdir.

 

2015-2016-ci illər ərzində mütəmadi olaraq Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif mövzularda çox saylı seminarlar, açıq dərslər və praktiki məşğələlər təşkil edirik. Bu yaxınlarda isə (red. 8 aprel 2017) Azərbaycan Diplomatik Akademiyasında da bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün “Azərbaycan qiymətli kağızlar bazarının arxitekturası” və  “Bakı Fond Birjasında ticarət” mövzusunda Master Klass keçirmişik. Tədbirdən sonra  BFB-nin fəaliyyəti ilə yaxından maraqlanan bir qrup ADA tələbəsi üçün BFB-nin ofisində praktiki təlim təşkil edilmişdir. Ümumiyyətlə, BFB-nin fəaliyyəti barədə məlumatlılığın artırılması məqsədilə ictimaiyyət və tələbələr üçün BFB-də “açıq gün”lərin təşkil olunması haqda düşünürük.

 

Növbəti uğurlu layihələrimizdən biri kimi BFB tərəfindən silsilə olaraq kapital bazarları üzrə maarifləndirici video-çarxları göstərə bilərəm. 2016-2017-ci illər üzrə əməkdaşlarımı tərəfindən izləyicilərimaraqlandıran müxtəlif mövzularda 20-dən çox video-çarxlarhazırlanmışdır. Bu qısa metrajlı videolar mürəkkəb mövzuları izləyicilərə daha asan dildə və vizual olaraq izah edir. Qeyd edim ki, son zamanlar aktuallıq qazanmış ilkin kütləvi təklif (“İPO-İlkin Kütləvi Təklif nədir?”) və istiqraz (“İstiqraz nədir?”) çarxları Azərbaycan dilində ilk animasion janrda olan maarifləndirici video-çarxlardır və bu silsilədən olan videoların çəkilişinin davam etdirilməsininəzərədə tutmuşuq.

 

Sadaladığım layihələrdən əlavə, “Bilik mübadiləsi” proqramı çərçivəsində həmçinim “Bakı Fond Birjasında Listinq” və “İnvestisiya vasitələri” adlı kitab-bələdçilər nəşr olunmuş, təhsil ocaqlarında oxuyucuların istifadəsinə verilmişdir.

 

Sonda olaraq deyə bilərəm ki, BFB “Bilik mübadiləsi” proqramı üzrə fəaliyyətini mütəmadi olaraq davam etdirməkdədir və gələcəkdə, bu proqram çərçivəsində görüləcək işlərin daha geniş miqyas alması gözlənilir.

 

-Sizin fikrinizcə, ölkəmizdə kapital bazarları barədə məlumatlılıq səviyyəsi hansı yerdədir?

 

- Göründüyü kimi, kapital bazarları barəsində savadlılığın artırılması istiqamətində kifayət qədər mühüm işlər aparılır, lakin düşünürəm ki, bu sahədə işlərin daha da genişləndirilməsinə zərurət vardır. Biz də, Bakı Fond Birjası olaraq öz növbəmizdə növbəti illər ərzində əsas hədəflərimizdən biri kimi kapital bazarları barəsində biliklərin artırılmasını, tanıtım və təşviqat işlərinin gücləndirilməsini və ictimaiyyətin məlumatlılıq səviyyəsinin artırılmasını götürmüşük.

 

- BFB tərəfindən korporativ sosial məsuliyyət istiqamətində hansı işlər görülür?

 

- Bildirmək istərdim ki, Bakı Fond Birjası korporativ sosial məsuliyyət yönümlü layihələrə xüsusi diqqət ayırır. Bu istiqamətdə olan işlərimizə bir nümunə olaraq bu yaxınlarda BFB-nin təşəbbüsü “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə Bakının Balaxanı qəsəbəsində təşkil olunmuş “ağac əkmə” aksiyasını göstərə bilərəm. Aksiyada iştirak edən BFB əməkdaşları “Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi” zavodunun ərazisində 30-dan çox ağac əkmiş və onlara qulluq etmişdir. Qeyd edim ki, bu aksiya ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, ərazilərin gözəlləşməsi istiqamətində dövlət tərəfindən keçirilən tədbirlərə BFB-nin kiçik bir tövhəsidir.

 

Həmçinin, Bakı Fond Birjası ADA Universitetinin yüksək akademik göstəricilər nümayiş etdirən tələbələri üçün təsis edilmiş təqaüd fonduna öz maliyyə dəstəyini göstərir və 2014-2016-cı tədris ilində ADA Universitetinin Biznes İnstitutunun maliyyə bölməsində akademik göstəricilərinə görə seçilən bakalavr tələbəsinin təhsil xərclərinin qarşılanması öz üzərinə götürmüşdür. 

 

Bununla yanaşı, Azərbaycan Diplomatiya Akademiyası ilə razılığımıza əsasən, təhsil ocağının istedadlı və yüksək potensiala malik gənclərinin peşəkar kimi formalaşmasına dəstək olaraq, yaz-yay aylarında müəyyən etdiyimiz tələblər üzrə və seçim əsasında tələbələrin Bakı Fond Birjasında istehsalat təcrübəsi keçməsini planlaşdırırıq.

 

-Müsahibə üçün təşəkkür edirik.

24.04.2017 08:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ