Prezident Fransaya cavab verdi - "Yarısı ermənilərdən olan Marseli onlara versinlər"
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib.
Marja xəbər verir ki, "Rusiya və Fransa Türkiyə üzərindən Suriyadan gələn muzdlularla bağlı sizə qarşı ittihamlar irəli sürür. Siz buna necə cavab verərsiniz?" sualına belə cavab verib:
"Biz bunu tamamilə rədd edirik. Son on gün ərzində, ötən həftə Fransa Prezidenti mənə iki dəfə telefon zəngi edib. Mən ona dedim ki, bizə dəlil verin. Bizim ərazimizdə guya suriyalı döyüşçülərin olmasına dair heç bir dəlil yoxdur. O, mənə sentyabrın 27-də zəng edəndə mən ondan soruşdum və o vaxtdan bu yana məndə heç bir dəlil yoxdur. Əgər belə dəlilləri varsa, niyə bizə təqdim etmədilər? Sonra o, mənə bir neçə gün əvvəl zəng edəndə bu məsələni yenidən qaldırdı. Dedi ki, onlarda kəşfiyyat məlumatı var. Mən dedim onu bizimlə paylaşın. Heç bir dəlil və sübut təqdim etmədən ölkəni ittiham etmək doğru deyil və bu gün mən bu qəbuledilməz ittihamla bağlı Fransadan bir dəlil belə almamışam. Azərbaycan torpağında əcnəbi döyüşçülər yoxdur və mən Fransa Prezidentinə dedim ki, bizim ordumuz demək olar ki, yüz min nəfərdən ibarətdir. Bizim indi döyüş zonasında etdiyimiz internetdə göstərilir. Bizim müasir dronlarımızın erməni tanklarını və hava hücumuna qarşı sistemlərini necə dağıtdığını hər kəs görə bilər. Ordumuz bir kəndin ardınca o birini azad edir. Uzun illər ərzində işğal altında olan torpaqlarda bayrağımız qaldırılır. Beləliklə, bu ittihamlar tamamilə əsassızdır.
Sizə deyə biləcəyim digər bir məsələ ondan ibarətdir ki, ermənilər başqa bir feyk xəbər yayıblar ki, Türkiyəyə məxsus F-16 Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbər idi. Bu feyk xəbər mediaya təqdim olundu. Siyasətçilər, avropalı siyasətçilər bu feyk məlumatı istifadə etməyə başladılar və indi sübut olunanda ki, bu, baş verməyib, heç kim üzr belə istəmədi. Mən bizi ittiham edənlərdən üzrxahlıq tələb edirəm. Mən onlardan məsuliyyətli olmağı, söylədiklərinə nəzarət etməyi tələb edirəm. Biz ittihamlara dözəcək ölkə deyilik. Biz təhqirə dözəcək ölkə deyilik. Əgər biz düşündüyümüzü deməyə başlasaq, zənnimcə, həmin ölkələrdə çoxlu çaxnaşma olacaq. Onlar Azərbaycandan əl çəkməlidirlər, onlar regiondan əl çəkməlidirlər. Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar".
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
18 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 11 saat sonra
-
2 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
2 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
2 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton

























