"Əgər biz deməyə başlasaq, həmin ölkələrdə çoxlu çaxnaşma olacaq"
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib.
Marja xəbər verir ki, Prezident Əliyev jurnalistinn “Rusiya və Fransa Türkiyə üzərindən Suriyadan gələn muzdlularla bağlı sizə qarşı ittihamlar irəli sürür. Siz buna necə cavab verərsiniz?” sualına “Biz bunu tamamilə rədd edirik” deyərək belə davam edib:
“Son on gün ərzində, ötən həftə Fransa Prezidenti mənə iki dəfə telefon zəngi edib. Mən ona dedim ki, bizə dəlil verin. Bizim ərazimizdə guya suriyalı döyüşçülərin olmasına dair heç bir dəlil yoxdur. O, mənə sentyabrın 27-də zəng edəndə mən ondan soruşdum və o vaxtdan bu yana məndə heç bir dəlil yoxdur. Əgər belə dəlilləri varsa, niyə bizə təqdim etmədilər? Sonra o, mənə bir neçə gün əvvəl zəng edəndə bu məsələni yenidən qaldırdı. Dedi ki, onlarda kəşfiyyat məlumatı var. Mən dedim onu bizimlə paylaşın. Heç bir dəlil və sübut təqdim etmədən ölkəni ittiham etmək doğru deyil və bu gün mən bu qəbuledilməz ittihamla bağlı Fransadan bir dəlil belə almamışam. Azərbaycan torpağında əcnəbi döyüşçülər yoxdur və mən Fransa Prezidentinə dedim ki, bizim ordumuz demək olar ki, yüz min nəfərdən ibarətdir. Bizim indi döyüş zonasında etdiyimiz internetdə göstərilir. Bizim müasir dronlarımızın erməni tanklarını və hava hücumuna qarşı sistemlərini necə dağıtdığını hər kəs görə bilər. Ordumuz bir kəndin ardınca o birini azad edir. Uzun illər ərzində işğal altında olan torpaqlarda bayrağımız qaldırılır. Beləliklə, bu ittihamlar tamamilə əsassızdır.
Sizə deyə biləcəyim digər bir məsələ ondan ibarətdir ki, ermənilər başqa bir feyk xəbər yayıblar ki, Türkiyəyə məxsus F-16 Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbər idi. Bu feyk xəbər mediaya təqdim olundu. Siyasətçilər, avropalı siyasətçilər bu feyk məlumatı istifadə etməyə başladılar və indi sübut olunanda ki, bu, baş verməyib, heç kim üzr belə istəmədi. Mən bizi ittiham edənlərdən üzrxahlıq tələb edirəm. Mən onlardan məsuliyyətli olmağı, söylədiklərinə nəzarət etməyi tələb edirəm. Biz ittihamlara dözəcək ölkə deyilik. Biz təhqirə dözəcək ölkə deyilik. Əgər biz düşündüyümüzü deməyə başlasaq, zənnimcə, həmin ölkələrdə çoxlu çaxnaşma olacaq. Onlar Azərbaycandan əl çəkməlidirlər, onlar regiondan əl çəkməlidirlər. Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar”.
Müştərilərin xəbərləri
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Araz” AI Challenge - 2025” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
-
1 saat əvvəl
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
-
1 saat əvvəl
Ermənistan parlamentinin sədri Bakıya səfər etməyə hazır olduğunu bildirib
-
1 saat əvvəl
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Bankda "Qara cümə" kampaniyası
Ən çox oxunanlar
"İnvestor portalının mobil tətbiqinin hazırlanmasını hədəfləyirik"
"Qazaxıstan Dəmir Yolu": Azərbaycanla yük daşımaları kəskin artıb
ADY və Rusiya Dəmir Yolları arasında mühüm razılaşma
Noyabrın 27-də gözlənilən hava şəraiti
"Prime Cotton" şirkəti kənd təsərrüfatı texnika və avadanlıqlarının satışını elan edir
Bakcell və Visa tərəfdaşlığa başlayır
İri bank “Neftçilər”də yeni filial açdı














.jpg)
.jpg)




