“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.EUR.
Amerikanın sənaye və əmək bazarına dair fundamental göstəricilərin pisləşməsi, EURUSD məzənnəsinin ucuzlaşması dalğasının zəifləməsinə səbəb olub. Təhlillərə əsasən, avroda növbəti istiqamət qiymətin 1.17$ ətrafında qərarlaşmasından asılı olacaqdır.
Cümə günü Bakı vaxtı ilə saat 11:30-da Almaniya və saat 12:00-da Avrozonanın sənaye və xidmət sektorları ilə bağlı dərc ediləcək önəmli fundamendal göstəricilər də önəmli rol oynayacaqdır.
GBP.
GBPUSD məzənnəsində də gələcək trendi fonunda qeyri-müəyyənlik müşahidə edilir. Bu, daha çox Breksit ticarət sazişi müzakirələrində irəliləyişin olmaması ilə əlaqəlidir.
İngiltərə höküməti cümə günü AB-yə qarşı addım atmaq üçün şərtlərindən imtina etsə də bazar günü şirkətləri sazişsiz dövrə hazırlamasına dair açıqlamaları investorları çaşdırır.
Təhlillərə əsasən, funt sterlinq ucuzlaşsa da 1.28$-da güclü dəstək görə bilər. Bununla yanaşı, çərşənbə günü saat 10:00-da yayımlanacaq inflyasiya göstəriciləri də böyük maraqla gözlənilməkdədir.
TRY.
Cümə axşamı saat 15:00-da Türkiyənin mərkəzi bankı tərəfindən açıqlanacaq faiz qərarı öncəsi, USDTRY məzənnəsi 8TL-nin altında müqavimətlə rastlaşmaqla, ucuzlaşır və 7.83TL-yə kimi də ucuzlaşa bilər.
Son zamanlar lirənin ucuzlaşma dinamikasının zəifləməsi, bahalaşmağa başlayacağı proqnozlarını da artırıb.
OIL.
Enerji birjalarında isə Brent neftinin bir barel qiyməti 42$-da dəstək görməkdədir və 43$-ın qırılması ilə yenidən 45$-a kimi dəyər qazanacağı proqnozlaşdırılır.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1913 (61.5 $/qram) və 1890$ (60.8 $/qram) aralığında dalğalanmaqdadır. Burada da gələcək trend ticarət edildiyi kanalının sərhədlərindən birinin qırılması ilə müəyyən olunacaqdır. Bahalaşma proqnozları 1907$-ın (61.3 $/qram) qırılması ilə üstünlük təşkil edəcəyi təqdirdə, 1897$-ın (61 $/qram) qırılması isə “ayı”ları sevindirəcəkdir.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
10 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 10 saat əvvəl
-
10 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 11 saat əvvəl
-
13 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 13 saat əvvəl
-
13 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
13 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir