Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yelo Bankın zərəri “qar topu” kimi böyüyür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yelo Bankın zərəri “qar topu” kimi böyüyür

2020-ci ilin 1-cü rübünü 6 milyon 254 min manat zərər ilə başa vurmuş Yelo Bank ASC 3-cü rübünü 23 milyon 193 min manat zərər ilə bağlayıb. Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia zərərin pandemiya ilə də bağlı olduğunu bildirmişdi.

GƏLİRLƏRİ AZALIB

Reklam_3_11

Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, Yelo Bankın gəlirləri azalıb, xərcləri artıb.

Belə ki, ötən ilin 9 ayı ilə müqayisədə 2020-ci ilin 9 ayında Yelo Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 4 milyon 690 min manat azalaraq 43 milyon 347 min manat təşkil edib. Bank ötən ilin 9 ayında 48 milyon 37 min manat cəmi əməliyyat gəlirləri əldə etmişdi.

Yelo Bankın 9 aylıq faiz gəlirləri 44 milyon 102 min manatdan 41 milyon 83 min manata, qeyri-faiz gəlirləri isə 3 milyon 935 min manatdan 2 milyon 265 min manata geriləyib.

XƏRCLƏRİ ARTIB

Yelo Bank artan xərclər ilə qarşı-qarşıyadır. Cəmi gəlirlərin azaldığı bir vaxta Yelo Bankın cəmi xərcləri 7 milyon 735 min manat artaraq 43 milyon 504 min manat təşkil edib. Ötən ilin 9 ayında Bankın cəmi xərcləri 35 milyon 769 min manat təşkil etmişdi. Yelo Bankın faiz xərcləri 11 milyon 798 min manatdan 14 milyon 680 min manata, qeyri-faiz xərcləri isə 23 milyon 972 min manatdan 28 milyon 825 min manata yüksəlib.

GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÖDƏMİR

Digər pis vəziyyət Bankın gəlirlərinin xərclərini üstələməsidir. Bu səbəbdən 2020-ci ilin 9 ayında Yelo Bankın 157 min manat əməliyyat zərəri yaranıb. 2019-cu ilin 9 ayında Bankın 12 milyon 267 min manat əməliyyat mənfəəti yaranmışdı.

2020-ci ilin 9 ayındakı 157 min manat əməliyyat zərəri ilə bərabər, Yelo Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 23 milyon 35 min manat ayırıb. Ayırmanın çox olması müştərilərə verilmiş kreditlərin bir hissəsinin batacağı ehtimalının yüksək olduğuna işarədir.

Xəbər verdiyimiz kimi, 2020-ci il ərzində Yelo Bankın nizamnamə kapitalının mərhələli olaraq 30 milyon manat artırılması nəzərdə tutulur. İlk 10 milyon manatlıq tranşın yerləşdirilməsi İyul ayında başa çatdırılıb. Artıq Bankın ehtimal olunan zərər üçün ehtiyatın yaradılmasına ayırdığı 23 milyon 35 min manat 10 milyon manatlıq ilk tranşı tamamilə “silib”. İlin sonuna 2 aydan bir az çox qalmasına baxmayaraq digər 2 tranş yerləşdirilməyib.

KAPİTALI “ƏRİYİR”, MİNİMAL TƏLƏBƏ YAXINLAŞIB

Zərər ilə əlaqədar olaraq Yelo Bankın kapitalı “əriməkdə” davam edir. 2020-ci ilin 9 ayında Bankın məcmu kapitalı 14 milyon 463 min manat azalaraq 30 Sentyabr 2020-ci il tarixində 54 milyon 494 min manat təşkil edib. Bank ötən ilin sonunda 68 milyon 957  min manat məcmu kapitala malik idi. Qeyd edək ki, Mərkəzi Bankın kommersiya bankları üçün minimal məcmu kapital tələbi 50 milyon manatdır. Kapitalı bu məbləğdən aşağı düşən bank ciddi nəzarətə götürülür, lazım gələrsə lisenziyası ləğv olunur.

Qeyd edək ki, 30 Sentyabr 2020-ci il tarixində Yelo Bankın yığılmış zərəri 308 milyon 564 min manata çatıb. Bankın 358 milyon manatlıq nizamnamə kapitalı yığılmış zərər qədər "əriyib" və 49 milyon 436 min manatı qalıb.

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR CÜZİ ARTIB

Yelo Bankın kredit portfelinin artması qənaətbəxş deyil. Belə ki, 2020-ci ilin 9 ayında müştərilərə verilmiş kreditlər cəmi 15 milyon 221 min manat artaraq 30 Sentyabr 2020-ci il tarixində 319 milyon 569 min manat təşkil edib. Ötən ilin sonunda Yelo Bankda müştərilərə verilən cəmi kreditlər 304 milyon 348 min manat təşkil etmişdi.

MÜŞTƏRİLƏR PULLARINI BANKDAN GÖTÜRÜBLƏR

Digər bir pis gedişat depozitlərdədir. Belə ki, 2020-ci ilin 9 ayında müştərilərin depozitləri 27 milyon 480 min manat azalaraq 286 milyon 765 min manata düşüb. Ötən ilin sonunda Bankda müştərilərin depozitləri 314 milyon 245 min manat təşkil etmişdi.

MƏRKƏZİ BANKDAN ƏLAVƏ BORC ALIB

2020-ci ilin 9 ayında Yelo Bank Mərkəzi Bankdan cəlb etdiyi vəsaiti təxminən 3 milyon manat artırıb. Belə ki, ötən ilin sonunda 4 milyon 683 min manat təşkil etmiş Mərkəzi Bankın banka qarşı tələbləri 30 Sentyabr 2020-ci il tarixində 7 milyon 660 min manata çatıb.

BANK KİÇİLİB

31 Dekabr 2019-cu il tarixində Yelo Bankın cəmi aktivləri 484 milyon 727 min manat ikən, 30 Sentyabr 2020-ci il tarixində 442 milyon 209 min manat təşkil edib. Cəmi aktivlərin azalması əsasən nağd vəsaitlərin, banklararası bazarın qısamüddətli maliyyə alətlərin, digər banklardakı depozitlərin və qiymətli kağızlara investisiyaların azalması ilə bağlıdır.

Tanınmış Azərbaycan əsilli iş adamı, milyarder Vahid Ələkbərov Yelo Bank ASC-nin əsas səhmdarıdır. O, son 5 ildə dəfələrlə Yelo Bankın kapitalını artrsa da, bankından gəlir götürə bilmir. Yelo Bankın kapitalının “əriməsi” Vahid Ələkbərovun maliyyə yardımını zəruri edir.

Xatırladaq ki, Yelo Bank 2018-ci ili 135 milyon 200 min manat zərər ilə başa vurmuş və yığılmış zərəri 285 milyon 440 min manata çatmışdı. Yığılmış zərər Bankın 348 milyon manat nizamnamə kapitalının böyük hissəsini silmişdi. Bank 2019-cu ili cəmi 69 min manat xalis mənfəət ilə başa vurmuşdu.

Pandemiya və Azərbaycanın Qarabağda hərbi əməliyyatlar aparması iqtisadi aktivliyi azaldıb və belə vəziyyətin uzun davam etməsi Yelo Bank üçün arzuolunan deyil.

21.10.2020 19:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ