“Expressbank”ın əməliyyat mənfəəti 2 dəfədən çox artıb
“Expressbank” ASC 2020-ci ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıb. Bank əsasən əməliyyat xərclərini azaltmaq hesabına əməliyyat mənfəətini artırıb.
Marja xəbər verir ki, 2020-ci ilin 9 ayında Expressbank-ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 39 milyon 590 min manat, cəmi əməliyyat xərcləri isə 30 milyon 358 min manat təşkil edib. Gəlirləri xərcləri üstələdiyindən Bankın 9 milyon 232 min manat əməliyyat mənfəəti yaranıb. Expressbank əməliyyat mənfəətindən 724 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 1 milyon 81 min manat mənfəət vergisi ödəyib. Beləliklə, Expressbank 2020-ci ilin 9 ayının 7 milyon 426 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövründəki xalis mənfəətdən 3,4 dəfə azdır. Qeyd edək ki, ötən ilin 9 ayında Expressbankın xalis mənfəətinin (25 milyon 590 min manat) yüksək olması məqsədli ehtiyatların bir hissəsinin azad olmasından qaynaqlanırdı.
Bankın cari biznes fəaliyyətinin nəticəsini daha düzgün əks etdirən əməliyyat mənfəəti 2,4 dəfə artaraq ötən ilin 9 ayındakı 3 milyon 807 min manatdan 9 milyon 232 min manata yüksəlib.
Qeyd edək ki, 2019-cu ilin 9 ayında Expressbankın cəmi gəlirləri 39 milyon 3 min manat, cəmi xərcləri 35 milyon 196 min manat, əməliyyat mənfəəti 3 milyon 807 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 21 milyon 783 min manat azad olması hesabına Bankın mənfəəti 25 milyon 590 min manata yüksəlmişdi və bu mənfəətdən vergi ödənilməmişdi.
FAİZ GƏLİRLƏRİ ARTIB
Expressbankın faiz gəlirləri ötən ilin 9 ayında 27 milyon 913 min manat ikən, 2020-ci ilin 9 ayında 29 milyon 955 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 11 milyon 90 min manatdan 9 milyon 635 min manata düşüb.
XƏRCLƏRİ AZALIB
Diqqəti cəlb edən Expressbankın xərclərinin azalmasıdır. 2019-cu ilin 9 ayı ilə müqayisədə 2020-ci ilin 9 ayında Bankın faiz xərcləri 1 milyon 974 min manat və ya 24,8% azalaraq 5 milyon 994 min manat, qeyri-faiz xərcləri isə 2 milyon 864 min manat və ya 10,5% azalaraq 24 milyon 364 min manat təşkil edib.
Cəmi əməliyyat gəlirlərinin 587 min manat artması ilə bərabər cəmi əməliyyat xərclərinin 4 milyon 838 min manat azalması əməliyyat mənfəətinin 5 milyon 425 min manat artmasına səbəb olub.
BİZNES KREDİTLƏRİNİ ARTIRIB
30 Sentyabr 2020-ci il tarixində Expressbank 304 milyon min manat cəmi aktivlərə, o cümlədən 221 milyon 123 min manat kredit portfelinə malik olub. Qeyd edək ki, ötən ilin sonunda Bank 338 milyon 638 min manat cəmi aktivlərə, o cümlədən 223 milyon 784 min manat kredit portfelinə malik olmuşdu. Bu il pandemiya ilə əlaqədar olaraq iqtisadi vəziyyətin pisləşdiyini və istehlak kreditləri üzrə tələblərin sərtləşdirildiyini nəzərə alsaq Bankın kredit portfelinin cüzi azalması (2 milyon 661 min manat azalıb) yaxşı hal kimi qəbul edilə bilər. Azalma istehlak kreditləri ilə bağlıdır. Expressbankın biznes kreditləri portfeli 5 milyon 575 min manat artaraq 64 milyon 61 min manata, daşınmaz əmlak kreditləri isə 2 milyon 203 min manat artaraq 30 milyon 41 manata çatıb.
Bankda depozitlər isə 174 milyon 220 min manatdan 112 milyon 820 min manat geriləyib.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2020-ci il tarixində Expressbank 118 milyon 98 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 110 milyon 446 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 15 saat sonra
-
-
46 d. əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 47 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
3 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























