Azərbaycandakı 100% xarici kapitallı bank maliyyə vəziyyətini açıqladı
100% xarici kapitallı kredit təşkilatı olan AccessBank QSC 2020-ci ilin 9 ayını 3 milyon 38 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin 9 ayını 90 milyon 501 min manat xalis zərər ilə bağlamışdı. Zərər, mümkün itkilər üçün yaradılan məqsədli ehtiyatlar ilə əlaqədar idi.
Marja xəbər verir ki, 2020-ci ilin 9 ayında AccessBank-ın cəmi əməliyyat gəlirləri 79 milyon 238 min manat, cəmi əməliyyat xərcləri 75 milyon 687 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 3 milyon 551 min manat əməliyyat mənfəəti formalaşıb. Bank əməliyat mənfəətindən 513 min manat mümkün itkilər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından cari ilin 9 ayını 3 milyon 38 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin 9 ayında AccessBankın cəmi əməliyyat gəlirləri 95 milyon 952 min manat, cəmi əməliyyat xərcləri 81 milyon 718 min maant, əməliyyat mənfəəti 14 milyon 234 min manat təşkil etmişdi. Bank mümkün itkilər üçün yaradılan məqsədli ehtiyatlara 104 milyon 735 min manat ayırdığından həmin dövrü 90 milyon 501 min manat zərər ilə bağlamışdı.
AccessBankın ötən ilin 9 ayında faiz gəlirləri 70 milyon 371 min manat ikən, 2020-ci ilin 9 ayında 71 milyon 732 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 25 milyon 581 min manatdan 7 milyon 506 min manata düşüb.
AccessBankın ötən ilin 9 ayında faiz xərcləri 35 milyon 960 min manat ikən, 2020-ci ilin 9 ayında 33 milyon 82 min manat təşkil edib. Bankın qeyri-faiz xərcləri isə 45 milyon 758 min manatdan 42 milyon 605 min manata düşüb.
AccessBankın cəmi əməliyyat gəlirlərinin 16 milyon 714 min manat azalması ilə bərabər cəmi əməliyyat xərcləri 6 milyon 31 min manat azalıb. Gəlirlərin xərclərdən daha çox azalması ilə əlaqədar olaraq Bankın əməliyyat mənfəəti 10 milyon 683 milyon manat azalaraq ötən ilin 9 ayındakı 14 milyon 234 min manatdan 3 milyon 551 min manata düşüb.
AKTİVLƏRİ ARTIB
2019-cu ilin sonu ilə müqayisədə AccessBankın cəmi aktivləri 4 milyon 228 min manat artaraq 30 Sentyabr 2020-ci il tarixində 902 milyon 114 min manat təşkil edib. 31 Dekabr 2019-cu il tarixində AccessBank 897 milyon 886 min manat cəmi aktivlərə malik idi. Cəmi kativlərin artması “Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait” və “Digər aktivlər”dəki artım hesbaına baş verib.
2020-ci ilin 9 ayında Bankın müştərilər verdiyi cəmi kreditlər 77 milyon 224 min manat azalaraq 30 Sentyabr 2020-ci il tarixində 533 milyon 734 min manat təşkil edib. Ötən ilin sonunda Bankda müştərilərə verilən cəmi kreditlər 610 milyon 958 min manat idi.
2020-ci ilin 9 ayında AccessBank-da depzoitlər 54 milyon 622 min manat azalaraq Sentyabr ayının sonunda 606 milyon 338 min manat təşkil edib. Ötən ilin sonunda depozitlər 660 milyon 960 min manat təşkil etmişdi.
30 Sentyabr 2020-ci il tarixində AcessBank 79 milyon 409 min manat məcmu kapitala malik olub.
Cari ilin 9 ayı üzrə maliyyə göstəriciləri ilə əlaqədar AcessBankın yaydığı məlumatda bildirilir:
"Üçüncü rübün sonunda Bankın aktivləri 902.1 milyon manat təşkil edib.Eyni tarixə Bankın xalis kredit portfeli 474.6 milyon manat olub. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın portfeli 533.7 milyon manat təşkil edib. 9 ay ərzində Bankın balansındakı kredit portfelinin payı 63%-dən 55%-ə düşüb ki, bu da likvid aktivlərin payını artırıb və pandemiya kontekstində Bankın risklərini azaldıb.
Bundan başqa, 2020-ci ilin ilk 9 ayı ərzində “AccessBank” 266.1 milyon manat məbləğində kredit verib. Verilən aylıq kreditlərin 50%-dən çoxu bölgə filiallarının payına düşüb. Ümumi mikrokreditlərin 30%-i isə kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilib.
Sentyabr ayının sonuna Bankın əmanət portfeli 606.3 milyon manat təşkil edib. Bu isə iyun ayı ilə müqayisədə 43.5 milyon manat çoxdur.
Hazırda Bankın cəmi balans kapitalı 96.3 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) demək olar ki, iki dəfə artıqdır.
Sentyabr ayının sonuna Bankın ani likvidlik əmsalı 74.3% təşkil edib. Bu isə normadan (30%) təxminən 2.5 dəfə yüksəkdir.
Pandemiyanın fəsadlarına və bununla əlaqədar bazarda iqtisadi aktivliyin zəifləməsinə baxmayaraq, “AccessBank” müştərilərini fəal olaraq maliyyələşdirməyə davam edir. Təkcə üçüncü rübdə Bank 100 milyon manatdan çox kredit verib. “AccessBank” hazırda Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu ilə fəal şəkildə əməkdaşlıq edir, kiçik və orta sahibkarlıq üçün güzəştli kredit imkanları təqdim edir. Ölkədəki mövcud vəziyyətdən asılı olmayaraq, “AccessBank” tərəfdaş və müştəriləri ilə işləməyə və onların bizneslərinə dəstək olmağa davam edir".
Bu gün “AccessBank”ın səhmdarları sırasına Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər xarici maliyyə qurumları və investisiya fondları daxildir.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
17 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
2 saat əvvəl
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
1 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
1 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Dünya bazarında taxıl, şəkər və süd bahalaşır
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®





















