"Boğaziçi Ventures" fondu Azərbaycanda startapların maliyyələşdirilməsinə start verir
Azərbaycanda ilk vençur fondu olan "Boğaziçi Ventures" tərəfindən startapların maliyyələşdirilməsinə başlanılır.
Marja xəbər verir ki, Fondun daxili siyasəti çərçivəsində dəyərləndirməni keçən startaplar investisiya üçün ayrılan 5 milyon ABŞ dolları məbləğində vəsaitdən investisiya qazanmaq imkanı əldə edəcək.
İnvestisiya almaq üçün müraciət proseduru 3 mərhələyə bölünür.
20 noyabr tarixindən başlayan ilk mərhələdə startaplar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən İnnovasiyalar Agentliyinin saytında müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bu forma İnnovasiyalar Agentliyinin beynəlxalq standartlara uyğun tərtib etdiyi startap təsnifatıdır. Təsnifat anketini doldurduqdan dərhal sonra startaplara elektron poçtla aid olduqları kateqoriyaya dair məlumat göndəriləcək. Yalnız A və B kateqoriyalı startapların "Boğaziçi Ventures" fonduna investisiya əldə etmək üçün etdiyi müraciətlərinə baxılacaq. Aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçmək mümkündür:
http://innovationagency.az/bv-apply-form/
Müraciətlər 20 dekabr 2020-ci il tarixinədək qəbul olunur.
İkinci mərhələdə müraciətlər İnnovasiyalar Agentliyinin əməkdaşları tərəfindən dəyərləndiriləcək. Seçim mərhələsindən keçən startaplar müsahibəyə, ilkin qiymətləndirməyə dəvət olunacaq.
Sonda seçim mərhələsini müvəffəqiyyətlə keçən startapların nəticələri yekun dəyərləndirmə üçün “Boğaziçi Ventures” fondunun Türkiyədə yerləşən mərkəzi ofisinə göndəriləcək. Mərkəzi ofisdə investisiya əldə edəcək startaplar və onlara ayrılan investisiyanın həcmi müəyyən olunacaq.
Qeyd edək ki, investisiya qazanan startapların xidmət və məhsullarının ən qısa zamanda xarici bazara ixrac olunması planlaşdırılır.
İnnovasiyalar Agentliyinin "Boğaziçi Ventures" vençur fondu ilə birgə əməkdaşlığı nəticəsində 2021-ci ilin sonuna kimi startapların sürətli inkişafı və xarici bazarlara çıxışının təmin edilməsi, həmçinin ölkəmizin texnologiya ixracının artırılması planlaşdırılır. Eyni zamanda İnnovasiyalar Agentliyi innovasiya ekosisteminin inkişafını sürətləndirmək üçün müxtəlif inkişaf mərhələsində olan startapları maliyyələşdirən vençur fondlarının Azərbaycana cəlb olunması istiqamətində fəaliyyətini davam etdirir.
Kateqoriyalar üzrə meyarlara dair məlumatları aşağıdakı linkdən əldə edə bilərsiniz: http://innovationagency.az/?mdocs-file=6269
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
12 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti




























