Azərbaycan İtaliyadan 37 tona yaxın qəhvə idxal edib
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 1,202 mln. ABŞ dolları dəyərində 129,14 ton qovurulmuş, kofeinli qəhvə idxal edib ki, bu da illik müqayisədə müvafiq olaraq 18,3% və 9,1% azdır.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış hesablamalara görə, Azərbaycana qəhvənin əsas ixracatçıları Türkiyə, İtaliya və Rusiya olub. Hesabat dövründə Türkiyə Azərbaycana 295,68 min dollarlıq 48,02 ton qəhvə tədarük edib ki, bu da illik müqayisədə dəyər ifadəsində 18,4%, həcm ifadəsində isə 29,8% çoxdur.
İtaliya Azərbaycana bu ilin doqquz ayında 461,96 min dollar dəyərində 36,85 ton qəhvə ixrac edib ki, bu da illik müvafiq olaraq 33,4% və 27,2% azdır.
Rusiyaya gəldikdə, bu ölkədən Azərbaycana 84,72 min dollarlıq 16,18 ton sözügedən məhsuldan gətirilib ki, bu da illik müqayisədə müvafiq olaraq 9,5% və 9% azalma deməkdir.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
- 24 d. əvvəl
- 26 d. əvvəl
-
30 d. əvvəl
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
-
38 d. əvvəl
ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır
-
46 d. əvvəl
Körfəz ölkələrindən Azərbaycana gələnlərin və Azərbaycandan İrana gedənlərin sayları kəskin azalıb
-
1 saat əvvəl
“AzInTelecom” Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda təmsil olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycanlıların Gürcüstana səfərləri 19,2 faiz artıb
ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır
Körfəz ölkələrindən Azərbaycana gələnlərin və Azərbaycandan İrana gedənlərin sayları kəskin azalıb
Ən çox oxunanlar
"Ələt–Osmanlı üzrə tikinti işlərinin 60 faizi başa çatıb"
"2027-ci ildə daha 250 vaqon alınması planlaşdırılır"
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi ®
























