Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Nihona səfərim müdətində onların görüş vaxtından azı beş dəqiqə əvvəl gəldiyinin şahidi oldum”

Məsuliyyətlilik, ciddilik və peşəkarlıq
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nihona səfərim müdətində onların görüş vaxtından azı beş dəqiqə əvvəl gəldiyinin şahidi oldum”

Bu mətn Nihon diyarına səfərimin son günlərində onun mədəniyyətinə, tarixinə və millətinə dərin heyranlıq hissi ilə yazılmışdır.

Reklam_3_11

Nihon ilə bağlı çərçivəyə sığmaz təəsürratlarımı, düçüncələrimi qələmə almamışdan əvvəl aydınlaşdırdım ki, tarixin dərinliyindən gələn belə bir zəngin və əngin mədəniyyəti balaca bir məqaləyə yerləşdirmək çətin iş olacaq. Buna baxamayaraq, Nihon xalqının qonaqpərvərliyi və xoşniyyəti müqabilində öz fikirlərimi sizinlə bölüşmək barədə qərar aldım.

Qloballaşan dünya hər bir sahədə qarşılıqlı hörmət və anlayışla bizi onun tərkib hissəsi olmağa səsləyir. Bu surətli inkişaf bizlərin qarşısında geniş pəncərələr açır, mədəniyyət, iqtisadiyyat, elm və başqa sahələrdə təcrübə və fikir mübadiləsi üçün yeni imkanlar yaradır. Həmçinin, sürətli məlumat axını dünyanın hər bir küncündə başverən siyasi, iqtisadi və mədəni hadisələr haqqında məlumatlı olmağımı təmin edir.

Gün doğan ölkəyə gəlməmişdən qabaq, onun mədəniyyəti, tarixi və iqtisadiyyatı haqqında kitablardan, məqalələrdən və.s mənbələrdən məlumat əldə etmişdim. Hər birimizin bildiyi kimi bu ölkə iqtisadiyyatı, yüksək texnologiyası, elmi-texniki tərəqqisi ilə dünyadan qabaqcıl yerlərdən birini tutur.

Nihona çatandan sonra onun haqqında olan düşüncələrim müsbət istiqamətdə daha da irəlilədi. Mülayimlik, qonaqpərvərlik, həmçinin məsuliyyətlilik, qarşılıqlı hörmət və anlaşma, o cümlədən məsələlərə peşakar yanaşma tərzinin qoyuluşu məni heyrətləndirdi.

Ölkələrimiz arasındakı uzaq məsafəyə, mədəni və dil fərqliliklərinə baxmayaraq hər bir Nihon ölkəsinin nümayəndəsi ölkələrinə gəlmiş qonaqlara tərəddüt etmədən kömək edir, əllərindən gələnin ən yaxşısını etməyə çalışır, hətta bəzən bir-birimizi anlaya bilməsəkdə. Bu xoş niyyəti onların parlaq çöhrələrində və böyük təbəssümlərində də görə bilərsiniz. Bu sadalanan xüsusissətləri dəqiqləşdirmək məqsədi ilə onların dilinə nəzər yetirmək kifayətdi. Çünki hər bir dil o cəmiyyətin keçdiyi tarixi və mədəniyyətini əks etdirir. Odur ki, bu incə ruhlu insanlar “xeyr (tərcüməsi - Lie)” sözünü qarşı tərəfin könlünü sındırmamaq üçün istifadəsindən çəkinirlər.

Bütün bunlarla yanaşı, məsuliyyətlilik, ciddilik və peşəkarlıq Nihon mədəniyyətində əsas prinsiplərdəndir. Səfərim müdətində onların təyin olunmuş görüş vaxtından azı beş dəqiqə əvvəl gəldiyinin şahidi oldum. Görüşlər zamanı müzakirə edilən məsələlərin hər bir nüansına diqqət yetirdiklərinin, ortaya çıxan maneələrin səbəbini aşkarlayarq kökündən həll etməyə çalışdıqlarına müşahidə etdim. Bütün bunların əsas səbəblərindən biridə təhsilə, elmə verilən diqqətdir. Odur ki, kitab mağazalarına daxil olduqda orda olan sıxılıq asanlıqla nəzərə çarpır.

Təhsilə olan marağın nəticəsidir ki, bu gün dünya bazarına ən qabaqcılq texnoloji məhsulları təqdim edirlər. Tarixə nəzər saldıqda bu uğurların bu günün nəticəsini olaraq yox, vərəqlərini toz basmış, köhnəlmiş tarix səhifələrində damla-damla mürəkkəblə yazıldığını görə bilərik. Elektrikin kəşfindən əvvəl Nihonun EDO dövründə çay xidməti göstərən “KARAKURİ” mexaniki gəlinciyi ixtira edilmişdir.

Bütün yuxarıda qeyd edilə xüsusiyyətlər tarix boyu xalqın elm və mədəniyyətə töhvələr verməsinə səbəb olmuşdur. Belə səbəb-nəticə əlaqələrindən biri də Şəxsi disiplin, komanda ruhu, həmçinin davamlı və dayanıqlı inkişafı üzərində qurulan KAİZEN fəlsəfəsidir. KAİZEN fəlsəfəsini günlük həyat tərzinə çevirməyə çalışdıqları üçün bu fəlsəfə iri şirkətlərin də fəaliyyətinə sirayət etmiş, dünyanın nəhəglərindən biri olan TOYOTA şirkəti KAİZEN fəlsəfəsini özünə mayak seçmiş, istehsalını bu istiqamətdə formalaşdırmışdır. KAİZEN fəaliyyəti istehsal prosesinin ən əvvəlindin ən sonunadək hər bir mərhələni əhatə etməkdə və diqqət kənarda qoymamaqdadır. İşçilər bu fəlsəfənin mərkəzində dayanır və bu fəlsəfə  işçilərlə rəhbər arasında qarşılıqlı hörməti özündə ehtiva edir, yəni “hamoniya (tərcüməsi - WA)” əsas prinsiplərindəndir. 3S-in (Sort, Shine, Set) tətbiqi ilə işlərin asanlaşdırılması, işlərin surətləndirilməsi üçün “standartlaşdırma”,  xüsusi metodların tətbiqi ilə “itkilərin (tərcüməsi - MUDA)” aydınlaşdırılması digər prinsiplər sırasına daxildir. Bütün bu prinsiplər və metodlar haqqında ayrı bir məqalə yazmaq mümkündür, lakin sizi bununla yormaq istəmədiyimdən burada sonlandırıram.

Diqqət yetirdinizsə Nihon deyə bəhsi keçən bu diyar Yaponiyadır. Yaponlar öz dillərində Yaponiyanı Günəşin doğdu yer mənasını verən Nihon adlandırırlar. Bu səfərim, gördüklərim Yaponiyanın, elmin, mədəniyyətin xoş niyyətin günəş kimi doğduğu diyarın dünyaya verəcəyi töhvənin hələ çox olduğunu deməyə imkan verir. 

Müəllif: Rauf Tağıyev

Nihon Yaponiya Rauf Tağıyev Kaizen
01.12.2020 08:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ