Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı iki ölkə arasında iqtisadi, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, eləcə də Azərbaycanın “ASAN xidmət” modelinin Pakistanın digər bölgələrində tətbiqi məsələləri müzakirə olunub.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
Tərəflər yüksək səviyyədə mütəmadi görüşlərin və məsləhətləşmələrin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.
Pakistanın Baş naziri Şahbaz Şərif ölkə xalqının Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük hörmət və ehtiram bəslədiyini bildirib.
İqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
Telefon danışığında Azərbaycan və Pakistan arasında siyasi sahədə mövcud yüksək səviyyəli münasibətlərin iqtisadi, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi ilə müşayiət olunmasının vacibliyi qeyd edilib.
Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi istiqamətdə də inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Pakistan Azərbaycandan “ASAN xidmət”lə bağlı yeni dəstək istəyib
Şahbaz Şərif Azərbaycanın “ASAN xidmət” modeli əsasında Pakistanın paytaxtı İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu ifadə edib.
Pakistanın Baş naziri bu təcrübənin ölkənin digər bölgələrində də tətbiq edilməsi məqsədilə Azərbaycan tərəfindən dəstək göstərilməsini xahiş edib.
Prezident İlham Əliyev bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə razılıq verib.
Şahbaz Şərif buna görə Azərbaycan Prezidentinə təşəkkür edərək, göstəriləcək dəstəyi iki ölkə arasında dostluq və həmrəyliyin növbəti nümunəsi kimi qiymətləndirib.
Regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Telefon danışığı zamanı Pakistanın son dövrlərdə regional və beynəlxalq səviyyədə dialoqun təşviqi, vasitəçilik və gərginliyin azaldılması istiqamətində göstərdiyi diplomatik səylər təqdir edilib.
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ikitərəfli və çoxtərəfli gündəlikdəki məsələləri, həmçinin regional və beynəlxalq vəziyyəti müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
12 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
13 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 14 saat əvvəl
-
14 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























