“2021-ci ildə fəaliyyətimizi daha da aktivləşdirməyi nəzərdə tutmuşuq”
“Pandemiya və hərbi əməliyyatları nəzərə alsaq mənfəətimiz çox yaxşıdır”2020-ci ildə “Finex Kredit” BOKT-ın vergiyəqədərki mənfəətinin təxminən 2019-cu il səviyyəsində - 330 min – 340 min manat civarında olacağı proqnozlaşdırılır. 2019-cu ildə kredit təşkilatının vergidən əvvəlki mənfəəti 339 min manat təşkil etmişdi.
Bunu “Marja”ya “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədri Rəşad Qasımov bildirib.
O, “Nəzərə alsaq ki, pandemiya və hərbi əməliyyatlar ilə əlaqədar olaraq müştəri aktivliyi aşağı səviyyədə olub, mən hesab edirəm ki, mənfəət rəqəmi qənaətbəxş göstəricidir”, - deyib və əlavə edib:
“Məlum vəziyyət ilə əlaqədar olaraq “Finex Kredit”in müştərilərə verdiyi cəmi kreditlər azalıb. Artıq müştərilərə mühafizəkar yanaşırıq: “Əgər əvvəllər təhlil və təminat əsasında kredit ayırırdıqsa, indi girov təqdim etməsinə baxmayaraq müştərinin dərin təhlilini aparırıq, onlarla maarifləndirmə işləri aparır, gələcək mümkün riskləri diqqətlərinə çatdırırıq. Dünyada tüğyan edən COVİD-19 pandemiyası bizim müştərilərdən də yan keçməyib və onların biznesinə mənfi təsir göstərib. Bunu nəzərə alaraq, bir çox müştərilərlə yaranmış problemlərin məhkəmədən kənar həll edilməsinə üztünlük veririk. Bir sıra hallarda onların kreditlərini yeni şərtlərlə restrukturizasiya edilir.
Bu il kredit portfelimiz azalsa da mənfəətimiz dəyişməz qalır. Bunun əsas səbəbləri 2019-cu ilin mənfəətinin kapitalın artırılmasına yönəldilməsilə sıfır faiz ilə vəsaitin istifadəsi, inzibati və əməliyyat xərclərinin azalması və kredit faizlərinin optimallaşmasıdır”.
İSTİQRAZ EMİSSİYASI MÜZAKİRƏ EDİLƏCƏK
23 Yanvar 2020-ci il tarixində “Finex Kredit” BOKT ASC-nin səhmdarların növbəti Ümumi Yığıncağı keçiriləcək.
“2020-ci ilin xalis mənfəətinin dividend şəkilində səhmdarlara ödənilməsi, yoxsa kapitala və yaxud ehtiyata yönəldilməsi 23 Yanvar 2020-ci il tarixində səhmdarların ümumi yığıncağında müzakirə ediləcəkdir. Gündəlikdə duran məsələlərdən biri yeni istiqraz emissiyası barədədir. Bu, səhmdarların qərarından asılıdır. Adi istiqraz emissiyasının həcmi məcmu kapitalın məbləğindən asılıdır, lakin törəmə borc alətlərinin emissiyası üzrə qanunvericiliyimizdə geniş imkanlar mövcuddur. Bu sahədə görüləcək işlər üzrə Mərkəzi Bankla məsləhətləşmələr aparılır. Biz əvvəlki dövrlərdə olduğu kimi, qiymətli kağızlar bazarında aktiv iştirak etməyi nəzərdə tuturuq. Fəaliyyətimiz dövründə “Finex Kredit” ASC-nin istiqrazları həm fiziki və hüquqi şəxslər arasında etibarlı və yüksək gəlirli maliyyə aləti kimi tanınmışdır. Dövriyyədə olan istiqrazların müddəti başa çatdıqca, onların yerinə bazarın mövcud tələbatına uyğunlaşdırılmış yeni emissiyalar planlaşdırırlır”,- Rəşad Qasımov bildirib.
VƏSAİTLƏR CƏLB EDİLMƏSİ ÜÇÜN MÜXTƏLİF DÖVLƏT QURUMLARINA MÜRACİƏT EDİLMƏSİ NƏZƏRDƏ TUTLUB
Rəşad Qasımov bunu da bildirdi ki, 2021-ci ildə aktivliyi bərpa etməyi və müştəri portfelini böyütməyi, işğaldan azad olunan bölgələrdə yeni filialları istifadəyə verməyi nəzərdə tuturlar. Bununla bağlı maliyyə resurslarının cəlb edilməsi istiqamətində müəyyən işlərin görülməsinə planlaşdırılır.
““FinexKredit” BOKT ASC Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 2014-cü ildən üzvüdür, 2015-ci ildən isə Sahibkarlığın inkişafı Fondunun agentidir və bu təşkilatların vəsaitlərinin yerləşdirilməsində aktiv iştirak etmişdir. Şəffaflıq və faydalı əməkdaşlıq əsasında Şirkətimiz öz strategiyasına uyğun olaraq əhaliyə kiçik və orta biznesin inkişafı üçün, istehlak, biznes və mikro-kreditlərin verilməsini təmin edib. Təəsüf ki, “Aqrar Kredit və İnkişaf Agentliyi və Sahibkarlığın İnkişafı Fondu son illər BOKT-lara vəsait ayırmır. Düşünürük ki, Bank Olmayan kredit Təşkilatlarının bu prosesə qoşulması sahibkarların ucuz kreditlərə əlçatanlığını artırar, kiçik və orta biznesin inkişafına əlavə stimul verərdi. Biz bu məsələ ilə əlaqədar müraciət etmişik, hətta onlar ilə iki ay öncə Əməkdaşlıq Memorandumu da imzalamışıq. Gələcəkdə AKİA və SİF-dən də maliyyə vəsaiti almağı planlaşdırırıq.
Biz nümunəvi BOKT-uq, bütün qurumlar qarşısında öhdəliklərimizi vaxtında icra etmişik, gecikməmiz yoxdur, mənfəət ilə işləyirik. Bundan əlavə filial şəbəkəmiz regionlarda böyükdür, biz fermerlərə vəsaitləri daha tez və düzgün çatdıra bilən təşkilatıq.
Əlavə olaraq Banklarla əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərə başlanmışdır. Hal hazırda bizim təşkilat bir neçə Bankla əməkdaşlıq edir. 2020-ci il Azərbaycan üçün pandemiya ilə mübarizə ili olmaqla yanaşı, eyni zmanda Böyük Zəfər ili kimi tarixə düşür. Əminik ki, Ölkə Başçısının rəhbərliyi ilə ölkəmiz iqtisadiyyatda da geniş uğurlara imza atacaq. Bizdə “Finex Kredit” BOKT olaraq bu inkişafda öz kiçik töhvəmizi görürük və 2021-ci ildə fəaliyyətimizi daha da aktivləşdirməyi nəzərdə tutmuşuq”.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
12 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
- 4 saat əvvəl
-
-
7 saat əvvəl
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
- 1 gün əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
2 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
2 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Azərbaycanın yeni dəniz silahları nümayiş etdirildi – FOTO
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib






















