ABŞ-da illik gəliri 75 min dollaradək olanlara 600 dollar nağd kömək ediləcək
ABŞ Prezidenti Donald Tramp, yeni növ koronavirus (Kovid-19) epidemiyası ilə əlaqədar ABŞ Konqresinin təsdiqlədiyi 900 milyard dollarlıq iqtisadi dəstək paketinin daxil olduğu 1,4 trilyon dollarlıq büdcə qanununu imzalayıb.
Marja xəbər verir ki, Konqresin təsdiqinin ardından ona imzaya təqdim edilən dəstək paketindəki 600 dollarlıq nağd köməyi "rüsvayçılıq" olaraq xarakterizə edən Tramp, bu köməyin 2 min dollara çıxarılması da daxil bəzi dəyişikliklər edilməsini istəmiş və dəstək paketini imzalamamışdı.
ABŞ Nümayəndələr Palatasının Respublikaçı üzvləri isə 600 dollarlıq nağd pul köməyini 2 min dollara qaldırmağı Trampun çağırışına baxmayaraq rədd etmişdi.
Trampun mövcud paketi imzalamaması çox sayda adamın reaksiyasına səbəb olmuşdu.
İqtisadi qanunun imzalanmasının ardından 2019-cu ildə illik gəliri 75 min dollar və aşğı olanlara birbaşa 600 dollar nağd kömək ediləcək.
Kömək paketi ilə həftəlik 300 dollar işsizlik müavinəti ödənməyə davam edəcək, kirayəsini ödəyə bilməyənlər 2021-ci ilin Yanvar ayına qədər evlərindən çıxarıla bilinməyəcək, kiçik iş yerləri, hava yolu şirkətləri və fermerlər dəstəklənəcək.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
2 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
2 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 16 d. əvvəl
- 25 d. əvvəl
-
32 d. əvvəl
Dövlət qurumu inzibati binasını 7,15 milyon manata təmir etdirir
-
37 d. əvvəl
Xınalıqda tarixi evlərin bərpası “QARA QAYA” şirkətinə həvalə edilib - 628 min manatlıq müqavilə
-
51 d. əvvəl
Dünyada dizel qıtlığı dərinləşir – Beynəlxalq Enerji Agentliyindən təcili çağırış
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin rekord həcmdə qızıl alır – Qiymətin 5500 dollara yüksələcəyi proqnozlaşdırılır
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda orta maaş bir ildə 79 manat artıb
Xınalıqda tarixi evlərin bərpası “QARA QAYA” şirkətinə həvalə edilib - 628 min manatlıq müqavilə
Rəsmi məzənnələr açıqlandı
“TikTok”la “Instagram”a girişdə problem yarandı
Trampın Rusiya və Ukrayna arasında “enerji atəşkəsi” elan etməsindən sonra neft ucuzlaşıb
“Shaurma N1” daha 2 yeni restoran açacaq – ÜNVANLAR
Trampdan Zelenskiyə sərt mesaj: "Artıq getməyin vaxtıdır"
Oktyabrın 12-də gözlənilən hava şəraiti
İlham Əliyev və Ramazan Kadırov “Bakı Ağ Şəhər”də olublar

























