Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Xınalıqda tarixi evlərin bərpası “QARA QAYA” şirkətinə həvalə edilib - 628 min manatlıq müqavilə

Dövlət Turizm Agentliyi “QARA QAYA” MMC ilə 628 min manatlıq müqavilə bağlayıb.
AzVak-mobil_resmin_ustu_31
Xınalıqda tarixi evlərin bərpası “QARA QAYA” şirkətinə həvalə edilib - 628 min manatlıq müqavilə
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Quba rayonunda yerləşən “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda tarixi evlərin bərpası ilə bağlı 627 min 892 manat 77 qəpik məbləğində müqavilə bağlayıb. Müqavilənin qalibi “QARA QAYA” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

Marja.az xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalının “Bağlanmış müqavilələr” bölməsində məlumat yerləşdirilib.

Məlumata əsasən, Dövlət Turizm Agentliyi tərəfindən keçirilmiş açıq tenderin qalibi VÖEN-i 3200070511 olan “QARA QAYA” MMC seçilib.

Satınalmanın predmeti Quba rayonunda yerləşən “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda tarixi evlərin bərpası ilə bağlı işləri əhatə edir.

İşlərin başlama tarixi 08.10.2026-cı il, bitmə tarixi 23.07.2027-ci ildir.

Beləliklə, dövlət qurumu tərəfindən tarixi evlərin bərpasına təxminən 628 min manat vəsait ayrılıb. Tenderdə ehtimal olunan qiymət 878 min 172,73 manat idi.

Qeyd edək ki, “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu Azərbaycanın mədəni irsinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Xınalıq kəndi və “Köç Yolu” mədəni landşaftı 2023-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Xınalıqdakı tarixi tikililərin bərpası ənənəvi memarlıq xüsusiyyətlərinin qorunması və bölgənin turizm potensialının inkişafı baxımından əhəmiyyətlidir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Dövlət Turizm Agentliyi QARA QAYA MMC Xınalıq kəndi Xınalıq tarixi evlər Xınalıqda bərpa işləri 628 min manatlıq müqavilə dövlət satınalmaları açıq tender Qubada turizm Xınalıq və Köç Yolu Dövlət Qoruğu UNESCO Xınalıq tarixi evlərin bərpası Azərbaycanın mədəni irsi
12.10.2026 09:49
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19