Fevralın 1-dən birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
2021-ci ildə intensiv üsulla salınacaq 6 növ meyvə bitkisi (portağal, naringi, limon, fındıq, zeytun, nar) bağlarına görə birdəfəlik subsidiya ödəniləcək fermerlər bağın salındığı vaxtdan 4 il ərzində hər hektara görə yüksək əmsallı (3.5) əkin subsidiyalarını da alacaqlar.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yeni intensiv bağların salınması üçün xərcləri qismən kompensasiya etmək məqsədilə bu il salınacaq limon bağlarının hər hektarına 11000 manat, portağal və naringi bağlarına 9000 manat/ha, nar bağlarına 5000 manat/ha, zeytun bağlarına 4900 manat/ha, fındıq bağlarına 4400 manat/ha birdəfəlik əkin subsidiyası ödəniləcək. Bu məbləğlərdən əlavə, bağ sahiblərinə hər hektara görə 700 manat əkin subsidiyası veriləcək. Yeni bağların salınmasını stimullaşdırmaq üçün bu subsidiya məbləği bağın salındığı ilk 4 il ərzində ayrılır.
Birdəfəlik subsidiya üçün fermerlər 1 fevral – 31 may tarix aralığında müraciət edə bilərlər. Bağ salacaq fermer əkin subsidiyasına edilən müraciət qaydasında istifadə hüququna dair torpaq sənədi ilə EKTİS-də qeydiyyatdan keçməlidir. Fermerin ərazisinin koordinatları bəyan zamanı EKTİS-ə daxil ediləcək və CİS (coğrafi informasiya sistemi) vasitəsilə monitorinqi aparılacaq. Subsidiyanı ala bilmək üçün əsas şərt bağın 2021-ci ildə salınmış, monitorinq dövründə tinglərin intensiv bağ qaydalarına uyğun əkilmiş və damcı suvarma sisteminin qurulmuş olmasıdır. Fındıq, zeytun, nar bitkiləri ilə bağlı əlavə şərtlər barədə məlumat veriləcək. Bu şərtlərə sahib olmayan meyvə bağlarına isə tək əkin subsidiyası ödəniləcək. Qeyd edək ki, Aqrar Subsidiya Şurası 2019-cu ildə intensiv üsulla salınmış fındıq bağlarının hər hektarına ilk 4 il ərzində 400 manat verilməsini qərara almışdı. Yeni qərarla həm qərzəkli, həm qərzəksiz intensiv meyvə bağlarının ilk 4 ildə alacağı subsidiya məbləği 700 manat/ha olub. 4 ildən sonra isə bağların hər hektarına görə bağ sahibi 240 manat subsidiya alacaq.
Birdəfəlik subsidiya məbləği müraciət təsdiqləndikdən sonra “Fermer Kartı”na köçürüləcək. Vəsaitin 75%-i həmin bağların salınması üçün tinglərin alınmasına, gübrə və pestisidə xərclənə biləcək və ya bu istiqamətdə əvvəlcədən alınan borclara yönləndiriləcək. Vəsaitin bağların salınması üçün istifadə edilən suvarma sisteminin qurulmasına və kredit borclarına yönləndirilməsi mümkün olacaq. Vəsaitin 25%i isə fermer tərəfindən nağdlaşdırılaraq bağların salınması üçün digər xərclərə (aqrotexniki xidmət və s.) istifadə oluna bilər.
Xatırladaq ki, ötən ildən etibarən, fermerlər subsidiya üçün Elektron Kənd Təsərrüfatatı İnformasiya Sistemi üzərindən onlayn müraciət edir və subsidiyalar “Fermer Kartı”na ödənilir. Subsidiyalar ilə bağlı reqlamentlərlə www.dxr.az və digər məlumatlarla www.akia.gov.az saytlarından tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
-
5 saat əvvəl
"SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar cəlb edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
-
7 saat əvvəl
“PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb ®
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
"SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar cəlb edib
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
Əfsanəvi Hakuho Sho Toyota Bakı Mərkəzində
Ən çox oxunanlar
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda ®





















