Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Unicapital-dan həftəlik analiz

"Unicapital İnvestisiya Şirkəti "ASC hər həftənin birinci günü investorlar üçün Azərbaycan və dünya kapital bazarlarında baş verən, gözlənilən maraqlı hadisələrlə bağlı təhlillər hazırlayır.Təklillər şirkətin analitikləri tərəfindən hazırlanıb və tövsiyə xarakterlidir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Unicapital-dan həftəlik analiz
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın Kapital bazarındakı vəziyyət:

Maliyyə Nazirliyinin istiqrazının yerləşdirilməsi üzrə hərrac: Sonuncu 19 yanvar 2021-ci il 2 illik hərrac zamanı əvvəlcədən 50 milyon AZN təklif olunacağı elan olunmuşdur. Hərrac zamanı 50 milyon təklif qarşılığında 16 investor tərəfindən 29 sifariş olmaqla, tələb 172,65 milyon olub. Sifarişlərin gəlirlilik intervalı isə 6,5%-12% aralığında dəyişib. Yerləşdirmənin nəticəsinə gəldikdə, keçirilmiş sonuncu 2 illik hərrac zamanı 75 milyon AZN vəsait orta gəlirlik 7,52% olmaqla yerləşdirilib.

Reklam_3_11

Bu həftə?

Maliyyə Nazirliyi 26 yanvar tarixində 3 illik istiqrazın yerləşdirilməsi üzrə hərrac keçiriləcəyini elan edib. Sifarişlər üzrə təklif olunan həcm isə 20 milyon AZN olaraq göstərilib. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə, emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Düşüncələrimiz:

Ölkədə inflyasiya səviyyəsinin aşağı olması, eyni zamanda “Covid-19” pandemiyasının iqtisadiyyata vurduğu ziyanı və yaranmış neqativ iqtisadi artımın fəsadlarının aradan qaldırılması üçün, bir müddət Mərkəzi Bankın uçot faiz dərəcəsini aşağı saxlayacağını, inflyasiyanın aşağı qaldığı təqdirdə isə onu bir qədər də azaldacağını proqnoz etmək olar.

Avropa Mərkəzi Bankının qərarı:

Avropa Mərkəzi Bankının son görüşü zamanı pandemiya ilə bağlı tətbiq etdiyi paketin karantinlə bağlı qapanmalara qarşı kifayət qədər effektiv olduğunu nəzərə alaraq, bu sahədə olan pul siyasətini dəyişmədi. Mərkəzi Bankın prezidenti Kristin Laqard pandemiya ilə bağlı mövcud olan 1,85 trilyon həcmdə istiqrazların alınması proqramını sonuncu dəfə 500 milyon artırdıqdan sonra (2,25 trilyon) olduğu kimi saxladı və bu paketin ən azı 2022-ci ilin mart ayınadək qüvvədə olacağını qeyd etdi. Əmanətlər üzrə faiz -0,5% həcmində saxlanılmaqla, kifayət qədər likvidliyin bank kreditləri vasitəsilə təmin olunacağı qeyd edildi. Press konfrans zamanı Kristin Laqard qeyd etdi ki, keçən ilin sonu, yəqin ki, iqtisadiyyat tənəzzülə uğrayıb, bu isə ikiqat resessiya əlamətidir. Eyni zamanda qeyd olundu ki, rəqəmlər hələ ki, tam açıqlanmayıb və yanvar ayının sonuna bu rəqəmlərin açıqlanması gözlənilir. İqtisadçılar bu ilin 1-ci rübünün də mənfi ilə bağlanacağını düşünürlər. Belə ki, bəzi ölkələr pandemiya və virusun yeni növləri ilə bağlı sərtləşdirmə prosesini davam etdirərək, bir çox sahələrdə qapanmalara gedir. Avropa Mərkəzi Bankı valyuta kursu, aktivlərin alınması ilə bağlı geniş izah vermədi.

Bəzi mənbələrdən əldə olunan məlumata əsasən, bu sahədə hələ ki, müzakirələr davam etdirilir və nəticə əldə edildikdən sonra bu barədə geniş izahın veriləcəyi gözlənilir. Eyni zamanda, bankın açıqlamasında istiqraz alınması ilə bağlı proqramdan “tam istifadə olunmayacağı” qeyd olunub. “Bloomberg”də rəy sorğusu keçirilən bir çox iqtisadçılar bankın bu proqramdakı bütün vəsaitlərdən istifadə edəcəyini proqnoz edərək, bu proqrama əlavə vəsait ayırmayacağını düşünürlər.

Keçən həftə Almaniya dövləti pandemiya ilə bağlı qapanma müddətini fevral ayının ortasınadək uzatmağı qərara aldı. Bütün bunlara rəğmən, Laqard, ABŞ-da prezident seçkiləri və “Brexit” ilə bağlı narahat edici məqamlar geridə qaldığı üçün, virusla bağlı vəziyyətin 1-ci rübdən sonra düzələcəyini düşünür.

Düşüncələrimiz:

Düşünürük ki, hələ ki, uzun müddət ərzində faizlər aşağı olaraq saxlanılcaq. Bu, möcud iqtisadi vəziyyətin düzəlməsinə və eyni zamanda mərkəzi banklar üçün əsas göstərici olan inflyasiyanın tənzimlənməsi üçün vacibdir.

ABŞ-in yeni prezidenti Co Bayden :

Keçən həftə yadda qalan hadisələrdən biri də Baydenin inaqurasiya mərasimi oldu. Donald Tramp gəlişi kimi, gedişi ilə də seçilmiş növbəti prezidentin andiçmə mərasimində iştirak etməyən prezident kimi tarixdə qaldı. Eyni zamanda, düşündüyümüz kimi, Baydenin prezident kimi fəaliyyətinin ilk günləri Trampın qəbul etdiyi bəzi qərarların ləğv olunması ilə yadda qaldı. Yeni imzalanmış sənədlərə əsasən, Meksika ilə sərhəddə tikilən divarın tikintisi dayandırıldı, eyni zamanda, Ümumdünya Səhiyyə təşkilatı ilə fəaliyyətin bərpa olunduğu və ABŞ-ın yenidən Avropa ilə imzalanmış Paris iqlim dəyişikliyinə dair razılaşmaya qoşulduğu qeyd olundu. Ötən həftənin yadda qalan hadisələrdən biri də Maliyyə Nazirliyi vəzifəsinə irəli sürülmüş Yellen Yanetin bu posta konqress tərəfindən təsdiqlənməsinə baxılmasıdır. Belə ki, bundan öncə Senatda keçirilən görüş zamanı o, bir çox maraqlı ifadələri ilə yadda qalmışdır. Qeyd edək ki, 1946-cı il təvəllüdlü, iqtisadiyyat elmləri üzrə professor Yanet hələ ki, ABŞ tarixində ilk qadın olaraq Federal Ehtiyatlar Sisteminin sədri olaraq fəaliyyət göstərib. O, ABŞ tarixində ilk dəfə olaraq seçilmiş, xanım Maliyyə Naziri ola bilər. Keçən həftənin 2-ci günü Senatda keçirilən dinləmə zamanı onun cavabları maraqlı məqamlarla yadda qalıb. O, dinləmə zamanı höküməti “Covid-19” pandemiyası və iqtisadi vəziyyətlə bağlı olaraq, daha böyük işlərin görülməsinə çağırdı: “İqtisadçılar hər zaman razı olmur, amma mən əminəm ki, hal-hazırda belə bir konsensus mövcuddur: növbəti tədbirlər olmadığı halda biz indi daha uzun müddətli və daha ağrılı resessiya riski ilə üzləşirik və sonradan iqtisadiyyatın uzunmüddətli pis fəsadları ilə üz-üzə olacağıq.” - deyərək qeyd etdi. O, növbəti bir neçə ay ərzində vaksinin yayılması, məktəblərin fəaliyyətinin bərpa olunması, müəllim və yanğınsöndürənlərin işdə qalması üçün tədbirlərin görülməsinin vacib olduğunu qeyd etdi. Eyni zamanda, işsizliklə bağlı müavinətlərin qalan ailələrin qorunması üçün daha çox maliyyə dəstəyinin lazım olduğunu söylədi. Buna uyğun olaraq, yeni seçilmiş ABŞ prezidenti Co Bayden çıxışı zamanı dəyəri 1,9 trilyon dollar olan pandemiya ilə mübarizə proqramını açıqladı. Bu proqram sentyabr ayından başlayaraq işsizliyə görə həftəlik nəzərdə tutulan 300 dollar vəsaitin 400 dollaradək artırılmasını, ehtiyacı olan ailələrə həcmi 1400 dollar olan birbaşa ödənişlərin həyata keçirilməsini, vaksinin hamı üçün əlçatan olmasını və digər kömək tədbirlərini nəzərdə tutur. Qeyd edək ki, bu proqram açıqlandıqdan sonra maliyyə bazarları buna reaksiya verdi. Əsasən, dolların ucuzlaşması, səhmlərin və qiymətli kağızların qiymətinin qalxması müşahidə olundu.

Düşüncələrimiz:

Bu proqram çərçivəsində, eyni zamanda, yumşaq pul siyasətinin davam etməsi hələ ki, bir müddət ərzində faiz dərəcəsinin aşağı səviyyədə saxlanmasına səbəb olacaq. Ən əsas problemlərdən biri işsizlik problemidir, onun son rüb ərzində keçən ilin aprel ayı ilə müqayisədə kəskin azalmasına rəğmən, hələ də arzuolunan səviyyədən yüksək olması və eyni zamanda, inflyasiya səviyyəsinin arzu olunan 2% hədəfindən aşağı olması düşünməyə əsas verir ki, hələ ki, bir müddət ərzində faiz dərəcələrinin artımından söhbət gedə bilməz.

 

Unicapital
25.01.2021 13:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ