Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandakı 5-ci böyük bank çətin ili mənfəətlə başa vurub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandakı 5-ci böyük bank çətin ili mənfəətlə başa vurub

Sərt karantin tədbirlərinin tətbiq edildiyi və iqtisadi aktivliyin zəiflədiyi 2020-ci ili “Bank Respublika” ASC 6 milyon 21 min manat xalis mənfəət ilə başa vurub. Bank 2019-cu ili 20 milyon 423 min manat xalis mənfəət ilə bağlamışdı.

FAİZ GƏLİRLƏRİ ARTIB

Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “Bank Respublika”nın 2019-cu ildə faiz gəlirləri 69 milyon 191 min manat ikən 2020-ci ildə 72 milyon 967 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 51 milyon 264 min manatdan 26 milyon 6 min manata düşüb.

Ötən il “Bank Respublika”nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 98 milyon 973 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 82 milyon 624 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 16 milyon 349 min manat təşkil edib. Bank əməliyyat mənfəətinin 10 milyon 327 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından ili 6 milyon 21 min manat xalis mənfəətlə bağlayıb.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə “Bank Respublika”nın cəmi əməliyyat gəlirləri 120 milyon 455 min manat, cəmi əməliyyat xərcləri 79 milyon 787 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 40 milyon 668 min manat təşkil etmişdi. Bank həmin il əməliyyat mənfəətinin 20 milyon 243 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı və 2019-cu ili 20 milyon 423 min manat xalis mənfəət ilə bağlamışdı.

Ötən il “Bank Respublika”nın qeyri-faiz gəlirlərinin azalması, eyni zamanda məqsədli ehtiyatlara ayırılan vəsaitin artması xalis mənfəətin düşməsinə səbəb olub.

2020-ci ildə “Bank Respublika”nın faiz gəlirləri artıb, faiz xərcləri isə azalıb.

AZƏRBAYCANDA 5-Cİ BÖYÜK BANKDIR

31 Dekabr 2020-ci il tarixində “Bank Respublika” 1 milyard 34 milyon 39 min manat cəmi aktivlərə malik olub. “Bank Respublika” aktivlərinin məbləğinə görə Azərbaycandakı 5-ci böyük bankdır. 

2019-cu ilin sonunda “Bank Respublika” 1 milyard 413 milyon manat aktivlərə, o cümlədən 484 milyon 507 min manat kredit portfelinə malik idi.

MƏCMU KAPİTALI ARTIB

31 Dekabr 2020-ci il tarixində "Bank Respublika" 83 milyon 893 min manat məcmu kapitala malik olub. 2019-cu ilin sonunda Bank 78 milyon  271 min manat məcmu kapitala malik idi.

Bank Respublika
28.01.2021 14:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ