“Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb
(®️) 18 fevral 2021-ci il tarixində dövlət və özəl müəssisələrin iştirakı ilə "Əlilliyi olan şəxslərin məşğulluğu: İşəgötürənlərin təcrübəsi" adlı virtual dairəvi masa keçirilib.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən icra edilən "Əlilliyi olan Qadınların və Dağlıq Qarabağ Müharibəsi Veteranlarının Hüquqlarının və Rifahının Təmin Edilməsi" layihəsi çərçivəsində baş tutub.
Əsas KSM istiqamətlərindən biri də fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası olan “Nar” onlayn tədbir zamanı bu sahə üzrə mövcud təcrübəsini bölüşüb. Mobil operator tərəfindən həyata keçirilən “Təlim məktəbi” layihəsi çərçivəsində paytaxt və regionlardan olan 150-dək fiziki məhdudiyyətli şəxs peşə təlimlərini başa vurmuşdur.
Qeyd edək ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi və bu barədə məlumatlılığın artırılması üçün ölkədə özəl və dövlət müəssisələri arasında qabaqcıl təcrübə paylaşımını təmin etmək olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
- 6 d. əvvəl
- 8 d. əvvəl
-
12 d. əvvəl
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
-
20 d. əvvəl
ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır
-
28 d. əvvəl
Körfəz ölkələrindən Azərbaycana gələnlərin və Azərbaycandan İrana gedənlərin sayları kəskin azalıb
-
44 d. əvvəl
“AzInTelecom” Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda təmsil olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycanlıların Gürcüstana səfərləri 19,2 faiz artıb
ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır
Körfəz ölkələrindən Azərbaycana gələnlərin və Azərbaycandan İrana gedənlərin sayları kəskin azalıb
Ən çox oxunanlar
"Ələt–Osmanlı üzrə tikinti işlərinin 60 faizi başa çatıb"
"2027-ci ildə daha 250 vaqon alınması planlaşdırılır"
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi ®


























