Rabitəbank 8 nominasiyada mükafatlandırılıb

(®️) Ötən həftə Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağında “Bankçılıq Mükafatları-2019 – 2020” mükafatının qalibləri müəyyən olunub. Azərbaycan Banklar Assosiasiyası üzv təşkilatları, Ekspert Qrupları və tərəfdaşları tərəfindən Rabitəbank 2019-cu il üçün 3, 2020-ci il üçün 5 nominasiya üzrə qalib adına layiq görülüb.
Qiymətləndirməyə əsasən Rabitəbank “Korporativ sosial məsuliyyət”, “Ən fəal təhsil dəstəkçisi”, “Ən fəal maliyyə savadlığı dəstəkçisi”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Elektron Bankçılıq” sahələri üzrə ötən illər ərzində əməli addımları ilə fərqlənərək mükafatlandırılıb.
Ötən il Rabitəbank rəqəmsal bankçılıq yolunda daha fəal yeniliklər və məhsullar təqdim etməklə yanaşı sosial, təhsil, maliyyə savadlığı sahəsində də bir çox faydalı və uğurlu layihələrə imza atıb. Bank müştərilərinə bir çox innovativ ödəniş həlləri təqdim edib:
- Plastik kartların ünvana pulsuz çatdırılması;
- Rabita Mobile tətbiqi vasitəsilə xarici bank kartlarına pul göndərmənin asanlaşdırılması;
- Unikal keşbek kartı Kartmane kartı ilə həm ölkədaxili, həm xaricində, həm də onlayn ödənişlərdə keşbek qazanma imkanı.
Rabitəbank cari ildə də əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsi, aztəminatlı ailələrin özünüməşğulluğunun inkişaf etdirilməsi, təhsil sahələrinin dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirəcək.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Ən vacib xəbərləri dərhal öyrənmək üçün bizi Telegramda izləyin!
-
3 saat əvvəl
Daşıyıcı şirkətlərin Gömrük Komitəsindən şikayətləri davam edir
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Baş nazirin yanında bank sektorunun vəziyyəti müzakirə edildi
-
5 saat əvvəl
ADY-nin "2030 Korporativ Strategiya"sına dair növbəti müzakirələr aparılıb
-
5 saat əvvəl
Ödənişsiz kənd təsərrüfatı ilə bağlı təlimlərə yenidən start verilir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl

Ən vacib xəbərləri dərhal öyrənmək üçün bizi Telegramda izləyin!

Daşıyıcı şirkətlərin Gömrük Komitəsindən şikayətləri davam edir

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Baş nazirin yanında bank sektorunun vəziyyəti müzakirə edildi

Ödənişsiz kənd təsərrüfatı ilə bağlı təlimlərə yenidən start verilir

“Oba” marketdə ciddi nöqsanlar aşkarlandı - FOTO

Azərbaycan neftinin son qiyməti

Sabahın hava proqnozu

1 milyonluq əskinas!

Azərbaycanın Neft Fondu ilk 5-likdə!

Şərabdan qazanılmış mənfəət bölüşdürüləcək

BVF-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz

Tükənməz dediyimiz təbii sərvət olan qum da sürətlə tükənir – qlobal tikinti sektorunu nə gözləyir?

Muğanbankdan yanğınla bağlı açıqlama
