Külli miqdarda brilyant qaşların Azərbaycana gətirilməsinin qarşısı alındı - VİDEO
1 kiloqrama yaxın brilyant qaşlar aşkar olunubHava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilyant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Marja-ya daxil olmuş məlumata görə, baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Ankara-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq inzibati binaya dəvət olunub.
Yoxlama zamanı vətəndaşa məxsus böyük ölçülü karton qutuda - şəxsi geyim əşyalarının arasındakı qırmızı rəngli çantadan gömrük nəzarətindən gizlədilən 16 ədəd sellofan bükümdə müxtəlif ölçüdə brilyant qaşlar aşkar olunub.
Aşkar olunan brilyant qaşların təxmini ümumi kütləsi 4500 karat (948 qram) təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
- 6 d. əvvəl
- 8 d. əvvəl
-
12 d. əvvəl
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
-
20 d. əvvəl
ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır
-
28 d. əvvəl
Körfəz ölkələrindən Azərbaycana gələnlərin və Azərbaycandan İrana gedənlərin sayları kəskin azalıb
-
44 d. əvvəl
“AzInTelecom” Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda təmsil olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycanlıların Gürcüstana səfərləri 19,2 faiz artıb
ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır
Körfəz ölkələrindən Azərbaycana gələnlərin və Azərbaycandan İrana gedənlərin sayları kəskin azalıb
Ən çox oxunanlar
"Ələt–Osmanlı üzrə tikinti işlərinin 60 faizi başa çatıb"
"2027-ci ildə daha 250 vaqon alınması planlaşdırılır"
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi ®

























