Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Biz “İsgəndər” raketlərinin buraxılmasını görməmişik" - TRAGİKOMEDİYA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Biz “İsgəndər” raketlərinin buraxılmasını görməmişik" - TRAGİKOMEDİYA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünən Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransında Rusiyanın “Zvezda” və “Bolşaya Aziya” mediaholdinqlərinin əməkdaşı belə bir sual verdi: "Rusiya Silahlı Qüvvələrinin “Zvezda” mediaholdinqinin sualı isə ağır silahlardan, o cümlədən Rusiya istehsalı olan “İsgəndər” əməliyyat-taktiki raketlərdən istifadə olunması barədə Ermənistan rəsmi şəxslərinin heyrətamiz və ziddiyyətli bəyanatları ilə bağlıdır.

Bu bəyanatlar Rusiya Müdafiə Nazirliyi tərəfindən təkzib edilib, lakin bununla yanaşı, mən deyərdim ki, Ermənistan ilə həmhüdud olan, öz təhlükəsizliyi və sülh üçün narahat olan bütün dövlətlərin hamısında müəyyən ajiotaj yaradıb. Siz necə hesab edirsiniz, Sizin fikrinizcə, məsuliyyətsiz şəxslərin əlinə keçə biləcək belə silahlara mümkün nəzarət üçün hansı mexanizmlər yaratmaq olardı? Bunun davamı kimi, Rusiya ilə silah sazişləri üzrə gələcək münasibətləri necə təsəvvür edirsiniz? Mümkünsə, bu barədə danışardınız. Diqqətinizə görə təşəkkür edirəm".

Prezident İlham Əliyev, "Ermənistanın baş nazirinin “İsgəndər” raket kompleksi ilə bağlı bəyanatlarına gəlincə, bu, bizdə də sual doğurdu" deyərək cavabına belə davam etdi:.

"Mən bu mövzuda istehza ilə danışmaq istəmirəm, Rusiyanın rəsmi şəxsləri, Rusiya parlamentinin üzvləri, ekspertlər arasında da artıq kifayət qədər şərhlər olub ki, raketlərin 10 faizinin partlaması üçün əlbəttə, çox çalışmaq lazımdır. Biz “İsgəndər” raketlərinin buraxılmasını görməmişik. Buna görə də bu bəyanat dünən bir daha səslənəndə, biz bir daha maraqlandıq. Amma yox. Biz bunu görməmişik. Mən deyərdim ki, bu, sadəcə, növbəti ağ yalandır. Belə yalanlar çox olub. Prinsipcə, Ermənistanda indi baş verənlər hansısa tragikomediyanı xatırladır. Orada baş verənləri mən belə xarakterizə edərdim.

Təsəvvür edin, onların təyyarəsi itir. Onlar bilmirlər ki, təyyarələri haradadır. Təyyarə bir istiqamətə uçub, digər istiqamətə uçub, pilotlar gizlənib, təyyarə itib, onlar oturub fikirləşirlər ki, təyyarəni kim qaçırıb və ya oğurlayıb. Sonra Əbu-Dabidə IDEX sərgisində Ermənistan stendi heç vaxt olmadığı dərəcədə tərtəmiz idi, orada bir dənə də eksponat yox idi. Bir tərəfdən onlar orada nə sərgiləyə bilərdilər, axı, onların hərbi sənayesi yoxdur. Lakin digər tərəfdən, onların orada stendi olması üçün, necə deyərlər, təlxəklik etmək və kiminsə dalınca qaçmaq nəyə lazım idi. Bütün dünya qarşısında biabır oldular. Deməli, hamı öz məhsulunu gətirib, Ermənistan stendində isə hansısa kitabçalar var. Axı, bu, biabırçılıqdır. Daha sonra bəyanat vermək ki, “İsgəndər” buraxılıb. Bəs o, haraya buraxılıb? 10 faiz partlayıb. Axı, bu, sadəcə olaraq, gülməlidir. Bu gün məhz bu tragikomediya orada baş verənləri xarakterizə edir. Onlar “Skad”, “Toçka U” raketlərini yaşayış məntəqələrinə tuşlayırdılar, özü də məqsədyönlü şəkildə, gecə vaxtı yatmış Gəncə şəhərinə. Bütün bunlar izlənilib. Biz təbii ki, bu məlumatı dərhal Rusiya tərəfinə çatdırdıq. Mən Prezident Putinlə söhbət zamanı bu barədə dedim, Rusiya tərəfini erməniləri bundan çəkindirməyə çağırdım. Əks halda, bizim seçimimiz olmayacaq, biz onların şəhərlərini bombalayacağıq. Bizdə hər şey nişan altında idi. Bizim raketlərimiz təkcə Naxçıvan Muxtar Respublikasından deyil, digər regionlardan da rahatlıqla Yerevanadək çatar. Biz bunu hər an nümayiş etdirə bilərik. Buna görə də mənim bu çağırışım artıq bütün qırmızı xətləri keçmiş, azğınlaşmış Ermənistan hərbi-siyasi rəhbərliyini vəziyyətin sağlam düşüncəli təhlilinə çağırış idi. Yoxsa, biz onları sadəcə, tamamilə məhv edərik. Hesab edirəm ki, Rusiya tərəfinin təsiri özünü göstərdi. Çünki Gəncəyə son zərbələrdən sonra bir daha belə cəhdlər olmadı. Hərçənd buna qədər onlar müntəzəm hücuma keçirdilər. Yeri gəlmişkən, bundan sonra da həm artilleriya silahlarından, həm də minaatanlardan bizim şəhərlərimizə daim hücum edirdilər. Tərtərə məncə, 16, yaxud 18 min bomba düşüb, o cümlədən dəfn mərasiminə hücum ediblər. Yəni, dinc əhaliyə maksimum ziyan vurmaq istəyiblər. Görünür, bu, onların acizliyinin, zəifliyinin, döyüş meydanında məğlub olmalarının nəticəsi idi. Onlar düşünürdülər ki, bizi bu yolla dayandıracaqlar. Hərçənd, mən demişdim ki, öz yaxınlarını itirmiş və ya uçqunların altından çıxmış, tamamilə qan içində olan adamlar deyirdilər ki, yalnız irəli gedin, təki dayanmayın".

27.02.2021 09:12
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil manşet altı reklam_22
Mobil Xəbər Lentinin aşağısı-2_23
Mobil əsas səhifə 5-ci-2_28
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
08.05.2021 13:27
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
InvestAZ