Aqrar Sığorta Fondu Balakən və Zaqatalada fermerlərlə görüşlər keçirib

Azərbaycanda yeni fəaliyyətə başlayan aqrar sığorta mexanizmi barədə fermerlərin maarifləndirilməsi, eləcə də, bölgə əhalisinə bu yenilik barədə geniş məlumat verilməsi məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi regionlarda fermer və iş adamları ilə görüşləri davam etdirir.
Balakən və Zaqatala rayonlarında yerli icra hakimiyyətləri və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaxından dəstəyi ilə keçirilən görüşlərdə fermerlərə aqrar sığorta mexanizmi, aqrar sığortanın əhatə etdiyi bitki və məhsullar, qarşıladığı risklər, eləcə də sığorta tarifləri barədə geniş məlumat verilib.
Fermerlərin və iş adamlarının böyük marağına səbəb olan görüşlərdə aqrar sığortanın üstünlükləri və gətircəyi faydalar sadalanıb, bununla bağlı çoxsaylı suallar cavablandırılıb.
Görüşlərdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, Aqrar Sığorta Fondu ölkədə aqrar sektorun inkişafına dəstək, fermerlərin risklərinin qarşılanması və bu sahədə biznes üçün daha təhlükəsiz şəraitin yaradılması məqsədilə 2019-cu ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılıb.
2020-ci ilin noyabr ayından fəaliyyətə başlayan aqrar sığorta mexanizmi vasitəsilə südlük inək və camışları (1-7 yaş), 14 növ bitki növünü (bağda, arpa, qarğıdalı, kartof, çəltik, üzüm, limon, naringi, portağal, fındıq, şəkər çuğunduru, tütün, pambıq) eləcə də balıqları sığortalamaq mümkündür.
Dövlət tərəfindən fermerlərə dəstək olaraq, aqrar sığorta haqlarının 50%-i də dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər kiçik məbləğ ödəməklə öz təsərrüfatlarını ən vacib risklərdən qoruya bilirlər.
Yerli icra hakimiyyətlərinin məsul nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə fondun rəhbərliyi və nümayəndələri bu məhsulların, xüsusilə də Zaqatala və Balakən bölgəsi üçün xüsusilə əhəmiyətli olan fındıq və tütün bitkilərinin sığortalanması şərtləri və detalları, sığorta haqları barədə ətraflı məlumat verib, fermerlərin çoxsaylı suallarını cavablandırıblar.
Fermerlər buğda və qarğıdalı əkinlərinin, fındıq və tütünün, eləcə də mal-qaranın sığortalanmasının detalları, əhatə etdiyi risklərlə maraqlanıblar. İş adamları bölgə üçün xarakterik risklər, tez-tez baş verən təbiət hadisələri barədə məlumat verərək bu risklərin aqrar sığorta tərəfindən necə qorunduğu barədə suallar ünvanlayıb, eləcə də öz təkliflərini səsləndiriblər.
Görüşdə Aqrar Sığorta Fondunun rəhbərliyi bildirib ki, hazırda aqrar sığorta mexanizmi bitkiləri və heyvanları ən vacib risklərdən və təbiət hadisələrindən qoruyur. Qarşıdakı aylarda isə həm sığortalanan məhsulların, həm də əhatə edilən risklərin siyahısının genişlənməsi nəzərdə tutulur. Belə ki, artıq bir sıra meyvə-tərəvəz bitkiləri, eləcə də xırda buynuzlu heyvanların da aqrar sığorta vasitəsilə sığortalanması barədə qanunvericiliyə dəyişikliklər hazırlanır.
Eyni zamanda xatırladılıb ki, qanunvericiliyə əsasən hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş əkin sahələri və kənd təsərrüfatı heyvanları sığortalanır.
Fermerlərə bildirilib ki, əkinlərini və təsərrüfatını sığorta etmək istəyənlər birbaşa Aqrar Sığorta Fonduna, eləcə də bölgələrdə fəaliyyət göstərən və aqrar sığorta sistemi ilə əməkdaşlıq edən özəl sığorta şirkətlərinin filiallarına müraciət edə bilərlər.
Xatırladaq ki, Aqrar Sığorta Fondunun bölgələrdə keçirdiyi görüşlərdə məqsəd fermerlərin aqrar sığorta barədə məlumatlandırılması ilə yanaşı, onlardan fəaliyyətlərində qarşılaşdıqları və bölgə üçün xarakterik risklər barədə məlumatlarnı alınmasıdır. Bu görüşlərin nəticəsində toplananməlumatlartəhliledilərəkFondungələcəkfəaliyətində, ocümlədənaqrarsığortanınəhatə etdiyiriskləringenişləndirilməsində istifadə ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
-
10 saat əvvəl
XİN Ermənistan XİN-in Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı bəyanatına cavab verib
- 11 saat əvvəl
-
12 saat əvvəl
Peşəkar fəaliyyətlə məşğul olan din xadimləri Prezident, deputat ola bilməyəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl

Türkiyədə karantin rejimi sərtləşdirilir

Əliyev və Lukaşenko arasında qeyri-rəsmi görüş keçirilib

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi

Aleksandr Lukaşenkonun Azərbaycana səfəri başlayıb

Maliyyə bazarlarında iş təcrübəsi toplayın

Qlobal neft tələbi 6 milyon barrel artacaq

Yaponiya şirkətindən Zaqatalaya investisiya yatırımı
Ən çox oxunanlar

Azərbaycanda koronavirusa yoluxma faktı artdı

Ukrayna Azərbaycanın iş adamlarına investisiya imkanları təklif edir

Sahibkarlar üçün güzəştli kreditə dair vebinar keçiriləcək - TARİX

TuranBankın mobil tətbiqi artıq AppGallery-də!

Unibank biznes sahibləri üçün Bahar kampaniyasını davam etdirir

Prezidentdən futbol çempionatı ilə bağlı sərəncam

“Ziraat Bank Azərbaycan”ın səhiyyə, istehsal və ticarət sektorlarında kredit portfeli artıb
