Dünya Bankı: Mayda Azərbaycanla yeni kredit sazişi imzalamağa hazırlaşırıq
"Dünya Bankı olaraq biz Azərbaycana necə dəstək göstərə biləcəyimizlə bağlı daim hökumətlə danışıqlar aparırıq".
Bunu müsahibəsində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) deyib.
S.Mayklın sözlərinə görə, DB mayda Azərbaycanla yeni kredit sazişi imzalamağa hazırlaşır:
“Hazırda bizim yeni layihələrlə bağlı bəzi ideyalarımız var. Yeni layihələrdən biri regional bağlantıların qurulması ilə bağlıdır. Hansı ki, nəqliyyat və lokal iqtisadi inkişaf layihəsidir ki, onun da hazırlıqlarını yekunlaşdırmaq üzrəyik. Dünya Bankı olaraq ümid edirik ki, bu ilin mayında Azərbaycan hökuməti ilə yeni saziş imzalaya biləcəyik.
Belə bir layihəyə başlamaqda çox məmnunuq. Düşünürük ki, layihə nəqliyyat bağlantıları ilə bağlı geridə qalan regionlara müsbət təsir edəcək. Eyni zamanda biz yerli iqtisadiyyatların inkişafını da dəstəkləyəcəyik. Hansı ki, qadın sahibkarlığı əsas olmaqla kiçik sahibkarlığın inkişafı da daxildir.
Biz bununla çox məmnunuq və digər yeni layihələrin reallaşdırılması üçün hökumətlə danışıqlara başladıq”.
Qeyd edək ki, Dünya Bankı Direktorlar Şurası mayın 25-də Azərbaycanda “Regional bağlantılarının inkişafı” adlı yeni yol layihəsi üçün 65 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiq edəcək. Ümumi dəyəri 95,8 milyon ABŞ dolları olan layihənin məqsədi Salyan-Biləsuvar yolu boyu təhlükəsiz, səmərəli, iqlim dəyişkənliyinə qarşı dayanıqlı hərəkəti təmin etməkdir.
Layihə dörd komponentdən ibarətdir. “Nəqliyyat hərəkəti” adlı birinci komponentin dəyəri 59,24 milyon ABŞ dollarıdır, əsas alt komponent (55,63 milyon ABŞ dolları) adıçəkilən yolun 31,9-103,3 kilometrləri arasında bəzi hissələrinin ikinci dərəcə səviyyəsində bərpasını nəzərdə tutur.
2 milyon ABŞ dolları dəyərində “Yol sektorunun dayanıqlılığı” adlı ikinci komponent intellektual nəqliyyat sistemlərinin tətbiqilə yol idarəçiliyinin təkmilləşdirilməsini, yoldan istifadə etmə haqqının elektron formatda ödənişi üçün müvafiq infrastrukturun qurulmasına texniki yardım göstərilməsini nəzərdə tutur.
“Yerli inkişaf və logistika” adlı üçüncü komponentin başlıca tərkib hissəsi yolboyu logistika və bazar obyektlərinin inkişaf etdirilməsini, bunun üçün kiçik sərmayələr yatırılması üçün pilot layihələrinin tətbiqini əhatə edir.
Dördüncü komponent də layihənin idarəetmə məsələlərini əhatə edir.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 mlrd ABŞ dolları civarında vəsait ayırırb.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 22 d. əvvəl
-
13 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
16 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
16 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 16 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Ən çox oxunanlar
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























