İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 5 illik yubileyini qeyd edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 5 illik yubileyini qeyd edir
Qurumun yaydığı məlumatda bildirilir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycanda aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli şəkildə əlaqələndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə yaradılıb. İİTKM yarandığı beş il ərzində 50-ə qədər strategiya, proqram, fəaliyyət planı, konsepsiya, strateji yol xəritələri, texniki-iqtisadi əsaslandırma və digər sənədlərin hazırlanmasında, habelə Qarabağın reinteqrasiyası üçün lazım olan iqtisadi əsaslandırma prosesində iştirak edərək islahat gündəliyinin formalaşmasına töhfə verib.
İİTKM dünyada tanınmış beyin mərkəzlərindən biri kimi “EconLAB” iqtisadi təhlil laboratoriyasını formalaşdırıb. Bu laboratoriyada Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa İttifaqı və SECO-nun dəstəyilə maliyyə proqramlaşdırılması, ümumi tarazlıq, xərclər-buraxılış, ORANİ, mikrosimulyasiya, Xarici Sektorun Qiymətləndirilməsi (EBA-lite) kimi modellər yaradılıb. Dünya Bankının regionda uğur hekayəsi kimi təqdim etdiyi İİTKM-də yaradılan monitorinq və qiymətləndirmə institutu bp şirkətinin dəstəyilə www.monitoring.az portalı əsasında rəqəmsallaşdırılıb. BMT və Dünya Bankı ilə partnyorluq əsasında monitorinq və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin yerli şəraitdə tətbiqi və bu sahədə bacarıqların artırılması istiqamətində nailiyyətlər əldə edilib, açıq hökumət və yaxşı idarəetmə prinsiplərinə əməl olunub.
Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında top-10 islahatçı ölkə sırasına daxil olub və 190 ölkə arasında biznes mühitinin əlverişliliyinə görə 25-ci yerə qədər irəliləyib. Eyni zamanda qlobal rəqabətlilik, iqtisadi azadlıq, qlobal innovasiyalar və davamlı inkişaf məqsədləri sahəsində mötəbər reytinqlərdə Azərbaycanın yüksək məqamlarda qərar tutması ölkəmizdə iqtisadi islahatların idarə edilməsinin uğurlu modelinin yaranmasını sübut edir. İİTKM iqtisadi islahatların hazırlanması və həyata keçirilməsi sahəsində dövlət və özəl sektorun dialoqu əsasında qurulan rəqəmsal həll – azranking.az portalının operatorudur.
İİTKM-in 40-a yaxın elektron resursu, “İxrac icmalı”, “İslahat icmalı” və “Video icmal” kimi xüsusi buraxılışları ilə yanaşı, həm də operativ kommunikasiya siyasəti qeyd edilməlidir. Mərkəz bu beş ildə Forbes, Reuters, BBC, Foreign Policy və London Post kimi nüfuzlu dünya nəşrlərində, T20 və Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu kimi platformalarda, BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi nüfuzlu qurumların tədbirlərində ölkəmizi təmsil edib.
Azərbaycanda elektron ticarətin lideri Azexport.az, dünyada ikinci olan Azərbaycan Rəqəmsal Ticarət Qovşağı, dünyada ilk m-rezidentlik, dünyada ikinci olan e-rezidentlik, ölkədə ilk rəqəmsal inkubasiya və akselerasiya mərkəzi - EnterpriseAzerbaijan.com, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Azerp.az layihəsi İİTKM-in bu beş ildə əldə etdiyi nailiyyətlər sırasındadır.
2020-ci ildə aparılan Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi qələbə, torpaqlarımızın düşməndən azad edilməsi, tarixi ədalətin bərpası milli qürur mənbəyimiz kimi Vətən, Xalq və Dövlət qarşısındakı məsuliyyətimizi daha da artırır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 saat əvvəl
Azərbaycanda ət idxalı sürətlə artır - 9 ayda 89,4 milyon dollarlıq alış
-
-
4 saat əvvəl
Azərbaycanda 16%-lik yeni istiqrazlar satışa çıxarılacaq – Hərrac tarixi açıqlandı
-
4 saat əvvəl
Azercell-in lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! ®
-
4 saat əvvəl
PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib
-
8 saat əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
8 saat əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
8 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
ABB Beynəlxalq Risk Forumu keçirib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi




























