“Yelo Bank” necə zərərdən çıxıb?
“Yelo Bank” ASC 2021-ci ilin ilk rübünü 5 milyon 670 min manat xalis mənfəət ilə başa vurub. Xalis mənfəətin 83%-i mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş vəsaitdən və xərclərin azaldılmasından qaynaqlanır. Bank ötən ilin eyni dövrünü 6 milyon 255 min manat xalis zərər ilə bağlamışdı.
GƏLİRLƏRİ AZALIB
Marja xəbər verir ki, 2021-ci ilin ilk rübündə “Yelo Bank”ın cəmi əməliyyat gəlirləri 14 milyon 441 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 462 min manat təşkil edib. Uzun müddətdən sonra Bankın gəlirləri xərclərini üstələdiyindən 979 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 4 milyon 691 min manat azad olub və Bankın mənfəəti 5 milyon 670 min manata yüksəlib. Əvvəlki dövrlərdə yaradılmış ehtiyatın bir hissəsinin azad olması bank üçün risklərin azaldığına işarədir.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk rübündə “Yelo Bank”ın cəmi əməliyyat gəlirləri 14 milyon 788 min manat, cəmi əməliyyat xərcləri 15 milyon 369 min manat təşkil etmişdi. Xərclər gəlirləri üstələdiyindən Bankın 581 min manat əməliyyat zərəri yaranmışdı. Eyni zamanda mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 5 milyon 674 min manat ayrıldığından zərər 6 milyon 255 min manata yüksəlmişdi.
Xərclərin azalması gəlirlərin azalmasından daha çox olduğundan “Yelo Bank”ın əməliyyat mənfəəti yaranıb. Bankın faiz xərcləri 5 milyon 287 min manatdan 3 milyon 846 min manata, qeyri-faiz xərcləri isə 10 milyon 81 min manatdan 9 milyon 616 min manata geriləyib.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2021-ci il tarixində “Yelo Bank” 401 milyon 394 min manat cəmi aktivlərə, o cümlədən 328 milyon382 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2020-ci ilin sonunda 390 milyon 923 min manat cəmi aktivlərə, o cümlədən 308 milyon 338 min manat kredit portfelinə malik idi. “Yelo Bank” biznes və istehlak kreditlərini artırırb. İlk rübdə biznes kreditləri portfeli 20 milyon manatdan çox artıb.
DEPOZİTLƏR AZALIB
İlk rübdə Bankda depozitlər ötən ilin sonundakı 235 milyon 158 min manatdan 229 milyon 840 min manata geriləyib. Bankda həm fiziki, həm də hüquqi şəxslərin depozitləri azalıb.
MƏCMU KAPİTALI ARTIB
Xalis mənfəət bankın məcmu kapitalının artmasına səbəb olub. 31 Mart 2021-ci il tarixində “Yelo Bank”59 milyon 392 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 53 milyon 805 min manat məcmu kapitala malik idi. Həmçinin xalis mənfəət ilə əlaqədar olaraq "YeloBank"ın yığılmış zərəri 325 milyon 120 min manatdan 319 milyon 450 min manata düşüb.
"Yelo Bank" 2020-ci ili 39 milyon 748 min manat xalis zərər ilə başa vurmuşdu.
2021-ci ilin yanvar ayından etibarən "Yelo Bank"ın İdarə Heyətinin sədri vəzifəsini Anar Həsənov icra etməyə başlamışdır. Anar Həsənov 325 milyon 120 min manat yığılmış zərəri olan Bankın “sükanı” arxasına keçmişdir.
Tanınmış Azərbaycan əsilli iş adamı, milyarder Vahid Ələkbərov "Yelo Bank" ASC-nin əsas səhmdarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
18 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 15 saat sonra
-
-
1 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 20 d. əvvəl
- 25 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
-
1 saat əvvəl
Bank yeni konsept əsasında İçərişəhər və Masazır filiallarını istifadəyə verib
-
2 saat əvvəl
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
-
2 saat əvvəl
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
Ən çox oxunanlar
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb
Qlobal ərzaq qiymətlərində cüzi azalma
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
























