Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edildi - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam ilə, Mətin Balasən oğlu Eynullayev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.
Digər sərəncam ilə, Mətin Balasən oğlu Eynullayev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.
Həmçinin oxu
Dövlət Vergi Xidmətinə rəis təyin edildi - SƏRƏNCAM
46 yaşlı xidmət rəisi əmək fəaliyyətinə 1998-ci ildən başlayıb. O, 2002-ci ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünası vəzifəsində çalışıb.
Bir müddət özəl sektorda işlədikdən sonra 2007- ci ildə İqtisadiyyat Nazirliyində baş məsləhətçi kimi karyerasına davam edib. 2009 – 2013-cu illər Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb.
2013- 2017-ci illər Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb. Elə 2017-ci ildə Prezidentin sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarovun müavini vəzifəsinə təyin edilib. O, 1 ildən sonra yəni 2018-ci ildə Prezidentin sərəncamıyla vergilər nazirinin (M. Cabbarovun) müavini kimi fəaliyyət göstərməyə başlayıb.
2020-ci ildə isə Prezidentin növbəti sərəncamıyla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. Ötən ildən M. Eynullayev həm də Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri vəzifəsini də icra edir.
Evlidir, 2 övladı var.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
16 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
22 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar





























