“Xəzər Kredit İttifaqı”nın xalis mənfəəti 18% azalıb
“Xəzər Kredit İttifaqı” DKT 2020-ci ili 18 min manat xalis mənfəətlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən təxminən 18% azdır.
Ötən il “Xəzər Kredit İttifaqı”nın əməliyyat gəlirləri 80 min manat (əvvəlki illə müqayisədə təxminən 10% çox), əməliyyat xərcləri 54 min manat (təxminən 5% az), xüsusi ehtiyatlara ayırmaları 6 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 2 min manat (təxminən 4 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Xəzər Kredit İttifaqı”nın aktivləri 1,086 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17% çoxdur. Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 96% artaraq 323 min manata çatıb, o cümlədən borc öhdəlikləri 93% artaraq 318 min manata, balans kapitalı isə demək olar ki, dəyişməyərək 763 min manat, nizamnamə kapitalı isə təxminən 21% artaraq 190 min manat təşkil edib.
Xatırladaq ki, “Xəzər Kredit İttifaqı” 1999-cu ildə yaradılıb, Lənkəranda fəaliyyət göstərir.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 10 saat əvvəl
-
11 saat əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 11 saat əvvəl
-
11 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq






















