Pərakəndə ticarətin inkişafı barədə müzakirələr aparılıb
İqtisadiyyat Nazirliyinin dəstəyi və müvafiq qurumlarının məsul şəxslərinn iştirakı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, dövlət başçısı sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərir, biznesin inkişafı daim dövlət tərəfindən dəstəklənir. Bu baxımdan, ticarətlə məşğul olan sahibkarların fəaliyyətinin genişlənməsi üçün də əlverişli şərait yaradılıb. Ticarət sahəsində fəaliyyət göstərən sahibkarlar koronavirus pandemiyasının mənfi təsirlərinin azaldılması, biznesin dəstəklənməsi, iş yerlərinin qorunub saxlanması məqsədilə dövlət tərəfindən göstərilən dəstək tədbirlərindən yararlanıblar.
Diqqətə çatdırılıb ki, aparılan islahatlar, liberallaşdırma, formalaşmış bazar iqtisadiyyatı digər sahələrlə yanaşı, ticarətin də inkişafı üçün əlverişli şərait yaradıb, pərakəndə ticarət sferası, bazarın həcmi son illər ərzində daha da genişlənib. Bu sahənin inkişafında ticarət şəbəkələri xüsusi rola malikdir. Ticarət şəbəkələri bazarı mal və xidmətlərlə təchiz edərək, əhalinin istehlak mallarına tələbatını ödəyir. Qeyd edilib ki, ticarət şəbəkələri pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, fəaliyyətlərində dayanıqlılığı, təchizat zəncirinin davamlılığını, istehlakçıların tələblərinin tam və dolğun ödənilməsini təmin edib.
İqtisadiyyat naziri əmək münasibətlərinin leqallaşdırılmasına, satış əməliyyatlarına ictimai nəzarətin gücləndirilməsinə istiqamətlənmiş tədbirlər, vergi qanunvericiliyində ticarət, o cümlədən pərakəndə ticarət sahəsində sahibkarların vergi yükünün optimallaşdırılması, fəaliyyətinin stimullaşdırılması məqsədilə güzəşt və azadolmaları ehtiva edən dəyişikliklər barədə məlumat verib, görüşün əsas məqsədinin ticarət şəbəkələrinin qarşılaşdığı çətinliklərin öyrənilməsi və həlli istiqamətində tədbirlərin müəyyənləşdirilməsi olduğunu qeyd edərək, görüş iştirakçılarını fəal müzakirələrə, açıq dialoqa dəvət edib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov görüşün dövlət-biznes dialoqu çərçivəsində həyata keçirilən tədbirlərin davamı olduğunu, sektorda mövcud vəziyyətin və sahibkarların gözləntilərinin öyrənilməsi, bu sahədə atılacaq addımların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb, iri ticarət şəbəkələri və KOB-lar arasında münasibətlər, müvafiq sahənin tənzimlənməsi istiqamətində görüləcək işlər barədə məlumat verib.
“Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyinin sədri Samir Abdullayev rəhbəri olduğu qurumun fəaliyyəti və nəzərdə tutulan tədbirləri, ticarət şəbəkələrinin işinin istehlakçı məmnunluğunun yüksəldilməsinə uyğun qurulması barədə fikirlərini bölüşüb.
Ticarət şəbəkələrinin rəhbərləri qarşılaşdıqları məsələlər barədə danışıb, pərakəndə ticarətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində təkliflərini səsləndiriblər.
Görüşdə müzakirələr aparılıb, suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 31 d. əvvəl
-
-
38 d. əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
52 d. əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
2 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
2 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
3 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
5 saat əvvəl
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
Azvak.az-da yeni iş elanları

























