Qəbələyə yerlidən çox əcnəbi turist gəlib
İstirahət etmək üçün Qəbələyə gələn əcnəbi turistlərin sayı ildən-ilə artır. Rayonda 20-yə yaxın müasir beşulduzlu otelin, istirahət və əyləncə mərkəzlərinin fəaliyyət göstərməsi xarici turistlərin diqqətini daha çox cəlb edir.
Qəbələ Turizm İnformasiya Mərkəzinin direktoru Anar Məhərrəmov bildirib ki, rayon gözəl təbiətinə, sıx meşələrinə, soyuq bulaqlarına, mənzərəli guşələrinə, çay və göllərinə, paytaxta yaxın olmasına və burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün daha cəlbedici hesab edilir.
Otellərdən verilən məlumata görə, bu il yanvarın 1-dən mayın 15-dək Qəbələyə 62 min 450 nəfər turist gəlib ki, bunun 32 min 350 nəfəri əcnəbi, 30 min 100 nəfəri yerli turistlərdir. Xarici turistlər əsasən müsəlman ölkələrinin vətəndaşlarıdır. Hesablamalara görə, ötən 5 ayda Qəbələyə 25 mindən çox ərəb turist gəlib. Xarici turistlər rayondakı otellərdə dincəlir, “Qəbələnd” istirahət və əyləncə mərkəzində, “Tufandağ” Yay-Qış Turizm İstirahət, Stend və Ox Atıcılığı komplekslərində əylənir, kanatla dağ gəzintisinə çıxırlar. Meşələrdə atla gəzintiyə çıxmaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq, meşələrdə ov etmək barədə düşünənlərin arzusu da Qəbələdə gerçəkləşir. Turistlərin istirahətinin mənalı təşkili üçün rayonda yüksək şərait yaradılıb.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Anar Məhərrəmov bildirib ki, mayın 12-də başlayan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını izləmək üçün ölkəmizə gələn minlərlə xarici tamaşaçı və idmançı yarışlardan sonra ölkəmizin turizm məkanlarına səfər edərək boş vaxtlarını səmərəli keçirirlər. Bu baxımdan son günlər Qəbələyə böyük turist axını var. Rayonun bütün otellərində yerlər dolduğuna görə gələn qonaqlar müasir kotteclər və villa tipli kənd evləri kirayələri və orada gecələməli olurlar.
Müxtəlif turizm şirkətləri Bakıdan Qəbələyə endirimli qiymətlərlə tur-aksiyalar həyata keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Qəbələyə gələrək sifariş etdikləri otellərdə yerləşirlər. Həmçinin Qəbələnin tarixi abidələrinə, müasir istirahət və əyləncə mərkəzlərinə, mənzərəli yerlərinə tanışlıq səfərləri təşkil edilir. Turistlər gündə 3 dəfə yeməklə təmin olunur və mənzərəli yerlərdə xatirə şəkili çəkdirmək imkanı əldə edirlər. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları günlərində Qəbələyə müsəlman ölkələrindən olan 2500-dən çox turistin gəldiyini qeyd edən Anar Məhərrəmov bildirib ki, mayın 22-dək rayona daha 8 min qonağın gələcəyi gözlənilir.
Hazırda rayonda 100-ə yaxın irili-xırdalı turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2800 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da 32 min 600 nəfəri xaricilərdir. Bu il rayona 150 mindən çox turistin gələcəyi gözlənilir.
SƏRFƏLİ QİYMƏTƏ UZUNÖMÜRLÜ KONDİSİONER AL!
© Azərtac
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 6 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
14 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)



.jpg)






