“Pandemiyadan əvvəl şirkətlərin ofisdənkənar iş sisteminə cəsarəti çatmırdı” - MÜSAHİBƏ
Müsahibimiz Lütfi Zadə Texnologiya Mərkəzinin direktoru İmran Bağırovdur. Müsahibimizlə smart ofislərdən, klassik ofislərin problemlərindən və pandemiyanın şirkətlərə təsirindən bəhs etdik.
- İmran bəy, sizcə, smart ofis nədir? Doğru smart ofis texnologiyası necə seçilməlidir?
- Bu suala cavab vermək bir qədər çətindir. Çünki konkret olaraq ağıllılıq ölçən meyar yoxdur. İnsanların indiyə kimi olan inkişafının əsasını ixtisaslaşma təşkil edib. Hər kəs özünün yaxşı bacardığı işlə məşğul olub, sonra isə iqtisadi münasibətlər yaranıb. Müasir iqtisadiyyatda da hər kəs öz peşəkarlığının, ixtisaslaşmasının gücü hesabına gəlir qazanır.
Klassik ofisdə fəaliyyət göstərdiyiniz müddətdə siz hər işlə özünüz məşğul olmalısınız. Buraya internetə qoşulmaq, sosial ehtiyaclar, çay süzmək belə daxildir. Lakin bu fəaliyyətlər sizin güclü tərəfiniz deyil, hətta digər insanların sizdən daha yaxşı görə biləcəyi işdir. Siz isə buna zaman itirirsiniz.
Smart ofis ona deyilir ki, zamanınızın sizin güclü olduğunuz işlərə ayrılmasına kömək etsin. Ona görə də kovörkinqlərdə və bu kimi yerlərdə smart ofis məntiqi tətbiq olunur. Sizin bütün ehtiyaclarınız ödənilir və zamanınızı güclü olduğunuz istiqamətə sərf etməyinizə şərait yaradılır.
Smart ofis texnologiyaları isə ehtiyaca uyğun xidmət adlandırıla bilər. Ehtiyaclarınızı bir kitabxana kimi düşünün və hər şeyi lazım olduğu anda götürüb istifadə edə bildiyinizi xəyal edin. Bu, paylaşma iqtisadiyyatının bir parçasıdır.
- Azərbaycanda smart ofislərə nə dərəcədə üstünlük verilir?
- Ölkəmizdə smart ofis məntiqi indiyə qədər bir çox şirkətin öz daxilində yaratmağa çalışdığı, bəzilərinin uğurlu, digərlərinin daha həvəskar formada həyata keçirdikləri rahatlaşdırma siyasəti üzərində qurulub. Məsələn, bir çox şirkət müxtəlif xidmətlərin başqa şirkətlər tərəfindən icrasını öyrənib. Buna baxmayaraq, ofisdənkənar işlərin idarə edilməsi üçün yenə də ofis menecerə ehtiyac var.
Azərbaycanda bu məntiq uzun müddətdir davam edir. Amma nəticədə çox şey dəyişmir. Çünki yenə də şirkətin bu sahədə fəaliyyətləri, ştatı yaranır. Növbəti mərhələ artıq bu fəaliyyətin belə kənara çıxarılmasıdır. İnsanlara sadəcə işləmək üçün yer lazımdır. Pandemiya dövründə sübut olundu ki, bu yerin ofis olması vacib deyil. Ölkəmizdə bu məsələnin effektivliyi artır. Bu yolda smart ofislərin rolu xüsusidir.
- Smart ofislər digər ofislərdən nəyi ilə səciyyələnir?
- Bu tip ofislərdə xidmətlər toplu halda əldə olunduğuna görə, həm sürətli, həm də ucuz qiymətə başa gəlir. Xidmətlərin keyfiyyətinin ölçülməsi mərkəzləşdirilmiş olur, keyfiyyətində qırılmalar baş vermir, müxtəlif istiqamətlərdə ixtisaslaşmış xidmət ala bilirsiniz.
Bu mərhələdə smart ofislərin icma effekti də var. Yəni, xidmətlərdən təkcə siz yox, ətrafınızdakı insanlar da faydalana bilir. Bu isə daha çox gəlir əldə etmək üçün qapılar açır.
- Hazırda dünyada pandemiya hökm sürür. Bir ildən artıq müddətdir işlər daha çox distant formada aparılır. Postpandemiya dövründə smart ofislərin nə kimi rolu olacaq?
- Pandemiya dövründə şirkətlərin bir çoxu anladı ki, ofisdə işləmək məcburiyyəti yoxdur. Bundan əvvəl ofisdənkənar iş sisteminə cəsarətləri çatmırdı.
Ofis bir xərcdir və onsuz da mümkündür. Eyni zamanda, insanların bir araya gəlməyi lazımdır. Amma bunun harada olacağı sualı hər kəsi düşündürür. Bu dövrdə bir çox şirkət ofisini kiçiltdi. Kovörkinq mərkəzlərinə, smart ofislərə keçənlər də oldu.
Hazırda müxtəlif düşüncələr arasında get-gəl var. Klassik ofis məntiqi öz açıq suallarını hələ də cavabsız saxlayıb. Fikrimcə, postpandemiya dövründə smart, paylanmış ofislərə daha çox ehtiyac olacaq.
- İmran bəy, smart ofis qurmaq istəyən qurum və ya şəxs nələrə üstünlük verməlidir? İlk növbədə nələr dayanır?
- İlk növbədə rezidentlərin ehtiyaclarını anlamaq lazımdır. Bunlar ən təməl ehtiyaclardan tutmuş, spesifik ehtiyaclara qədər gəlib çıxa bilər.
İnsanların öz ixtisası, bacarıqları nədirsə, bununla məşğul olmaqları üçün şərait yaradılmalıdır.
- Ənənəvi ofislərlə smart ofisləri müqayisə etdikdə nələr ixtisar olunmalıdır?
- Ənənəvi ofislərdə israf çoxdur. Çünki qeyri-effektiv idarəetmə var. İndi yeni dövr gəldiyinə görə sübut olundu ki, daha effektiv üsul mövcuddur. Ona görə də ənənəvi ofislərin bütün xidmətləri keçmişdə qalır. Yeni texnoloji həllərin vasitəsi ilə həm sürətli, həm də keyfiyyətli xidmət göstərilə bilər. Ənənəvi ofislərin ümumiyyətlə ləğv olunması imkanı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
23 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
19 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 19 saat əvvəl
-
22 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
23 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək































