Türkiyədə qiymətlər kəskin artıb - İNFLYASİYA 2 İLİN ƏN YÜKSƏK SƏVİYYƏSİNDƏ
Türkiyədə istehlakçı qiymətləri son 12 ayda 17,53% artıb.Türkiyə Statistika Komitəsi iyun ayına dair istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.
Marja xəbər verir ki, istehlakçı qiymətləri İyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 17,53%, istehsalçı qiymətləri indeksi isə 42,89% artıb.
İstehlakçı inflyasiyası 2 ilin ən yüksək səviyyəsinə çıxıb (May 2019-dan bu yana ən yüksək səviyyəyə). İstehlakçı inflyasiyası ilə istehsalçı inflyasiyası arasındakı fərq bütün zamanların ən yüksək səviyyəsini görüb.
İstehlakçı qiymətləri indeksi may ayı ilə müqayisədə iyunda 1,94% artıb.
Türkiyədə son 12 ayda ən çox qiymət artımı nəqliyyatda (26,29%), ev əşyalarında (25,69%), qida və spirtsiz içkilərdə (19,99%) olub. Türkiyədə geyimlər 7,05%, təhsil isə 10,86% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
- 20 d. əvvəl
- 21 d. əvvəl
-
26 d. əvvəl
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
-
34 d. əvvəl
ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır
-
42 d. əvvəl
Körfəz ölkələrindən Azərbaycana gələnlərin və Azərbaycandan İrana gedənlərin sayları kəskin azalıb
-
58 d. əvvəl
“AzInTelecom” Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda təmsil olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycanlıların Gürcüstana səfərləri 19,2 faiz artıb
ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır
Körfəz ölkələrindən Azərbaycana gələnlərin və Azərbaycandan İrana gedənlərin sayları kəskin azalıb
Ən çox oxunanlar
"Ələt–Osmanlı üzrə tikinti işlərinin 60 faizi başa çatıb"
"2027-ci ildə daha 250 vaqon alınması planlaşdırılır"
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi ®
























