"Şahdəniz 2"nin Şərq-Cənub cinahından hasilat başladı
Şahdəniz 2 çərçivəsində daha bir mühüm layihə təhlükəsiz və qrafikə uyğun tamamlandı.Bununla, hazırkı hasilat həcminə ümumilikdə gündə 400 milyon standart kubfut qaz əlavə olunacaq - bu isə iki milyon evi qazla təchiz etmək deməkdir.Bu, Şahdəniz yatağından gündəlik ümumi hasilatı 2,4 milyard standart kubfutdan yuxarı qaldırmağa imkan verəcək."Şahdəniz" konsorsiumu bu gün 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilatın başlandığını elan edib.
Konsorsiumdan Marja-ya daxil olmuş məlumata görə, bu, 2021-ci il üçün planlaşdırılmış və təhlükəsiz və qrafikə uyğun yerinə yetirilmiş mühüm bir layihədir. Bu dərinsulu cinahdan hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 30 iyun 2021-ci il tarixində başlayıb.
Yeni Şərq-Cənub hasilat cinahı dörd quyudan, iki yeni axın xəttindən və dünya səviyyəli Şahdəniz lay-kollektoruna birləşdirilmiş çoxsaylı sualtı konstruksiyadan ibarətdir. Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir.
Şahdəniz layihəsinin operatoru olan bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib: “Bu, Şahdəniz çərçivəsində bu il üçün planlaşdırdığımız ən mühüm layihədir və biz buna COVID-19 pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq təhlükəsiz, qrafikə və büdcəyə uyğun şəkildə nail olduğumuzdan çox məmnunuq.
Şahdəniz 2 çərçivəsində əsas infrastruktur layihələri başa çatandan və 2018-ci ildə ilk qaz əldə olunandan bəri bütün Şahdəniz komandası bu nəhəng yataqdan hasilat səviyyəsini artırmaq üçün tam gücü ilə işləyir. Bunun üçün qalan cinahlarda yeni quyular istismara verilir və sualtı hasilat sistemində yeni infrastruktur işə salınır.
Məmnuniyyətlə bildirirəm ki, yeni işə salınmış Şərq-Cənub cinahı oradakı iki manifolddan və Şahdəniz 2 qurğularına çəkilmiş 40 kilometrdən çox uzunluğu olan axın xətlərindən istifadə etməklə Şahdəniz yatağından ümumi hasilat həcminə gündə təxminən 90000 barel neft ekvivalenti əlavə edəcək. Mən həm layihədə, həm də əməliyyatlarda çalışan bütün işçilərimizə təşəkkür edirəm. Məhz onların zəhməti nəticəsində belə çətin bir zamanda və son dərəcə ağır pandemiya şəraitində bu mühüm layihənin uğurla həyata keçməsinənail olmuşuq.”
Qeyd edək ki, "Şahdəniz" üzrə iştirak payları belədir: bp (operator – 28,8%), TPAO (19%), PETRONAS (15,5%), AzŞD (10%), LUKOYL (10%), NİKO (10%) və Cənub Qaz Dəhlizi Apstrim (6,7%).
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və 1999-cu ildə kəşf olunan Şahdəniz yatağı bp tərəfindən bu vaxtadək aşkar edilmiş ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir və təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatına malikdir.
Bu vaxtadək Şahdəniz yatağından ümumilikdə 140 milyard standart kubmetrdən çox qaz və 33 milyon tondan artıq kondensat hasil edilib.Hazırda yataqdan gündə təxminən 58 milyon kubmetr qaz və 85000 barel kondensat hasil olunur.
Şahdəniz yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlamışdır. Birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetrdən artıq qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır.
Şahdənizin ikinci mərhələsi 2018-ci ildən hasilata başlayıb və sabit ən yüksək hasilat zamanı ildə 16 milyard kubmetr qaz əlavə etməklə yatağın ümumi qaz hasilatını ildə 26 milyard kubmetrə çatdıracaq. Şahdəniz 2 çərçivəsində hasil olunan qaz 2018-ci ilin iyun ayından Türkiyəyə ixrac olunur. Türkiyəyə ixrac hazırda sabit ən yüksək səviyyəyə çataraq ildə 6 milyard kubmetr təşkil edir.
Cənub Qaz Dəhlizinin 2020-ci ildə tam başa çatması ilə Şahdəniz qazı Avropaya nəql olunmağa başlanıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
-
9 saat əvvəl
“Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və keçirir”
-
9 saat əvvəl
“Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır”
-
10 saat əvvəl
Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır
-
11 saat əvvəl
“NAS Project BOKT”ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış ediblər -
“Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır”
“NAS Project BOKT”ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib
Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir
Ən çox oxunanlar
BP Azərbaycanda zavod inşa edəcək
5 metr uzunluğa malik yeni nəsil "Wuling Starlight L" təqdim edilib - Azərbaycanda da təqdim olunması planlaşdırılır
İtaliyanın Baş naziri Meloni Azərbaycana səfərə gəldi
"GameStop"dan "eBay" üçün 55,5 milyard dollarlıq təklif - "Amazona ciddi rəqib olacaq"
"İran Hörmüz boğazında istənilən ssenariyə hazırdır"
PULLU Adam olmaq üçün ilk addımını at ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İllik 9% və 10% gəlir - "ABB İnvest" ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır













.jpg)





