İranlı sahibkar Azərbaycanda kartof fri və çipsi istehsal edəcək - MÜƏSSİSƏNİN TƏMƏLİ QOYULDU
Yüksək Texnologiyalar Parkında yeni layihələrin təqdimatına həsr olunmuş tədbir keçirilibİyulun 8-də AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) bu müəssisədə icra olunan yeni layihələrin təqdimatına həsr olunmuş tədbir keçirilib.
Marja AMEA-ya istinadən xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri, aidiyyəti şəxslər və media nümayəndələri iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev texnoparkın Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 8 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən yaradıldığını bildirib. O, elmi,innovativ layihələrin dəstəklənməsini, elmin kommersiyalaşdırılmasını nəzərdə tutan Parkın elm ictimaiyyəti üçün çox önəmli bir strateji missiya kimi qəbul edildiyini söyləyib.
AMEA rəhbəri 2019-cu ilin sonunda texnoparka baxış zamanı müəssisənin fəaliyyətində ciddi nöqsanların aşkarlandığını, görülən işlərin qənaətbəxş olmadığını, bu məqsədlə qurumun rəhbərliyinin dəyişdirilməsi haqqında qərar qəbul edildiyini diqqətə çatdırıb. Məhz bundan sonra YT Parkda gözəçarpan irəliləyişlərin müşahidə olunduğunu, mühüm nailiyyətlərə imza atıldığını vurğulayan AMEA prezidenti quruculuq istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Cənab Prezidentin sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində bütün zəruri addımların atılacağını, dövlət siyasətinə dəstək üçün lazımi tədbirlərin görüləcəyini deyib.
Sonra YT Parkın baş direktoru Vasif Abbasov qonaqlara texnoparkın baş plan layihəsi, burada həyata keçirilən tədbirlər, mövcud maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti barəsində ətraflı məlumat verib.
O, bildirib ki, YT Parkın yaradılmasında əsas məqsəd ölkədə iqtisadiyyatın davamlı inkişafına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdan ibarətdir. Həmçinin elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması YT Parkın strateji hədəfləri sırasındadır.
Sonra AMEA prezidenti texnoparka yeni rezident kimi qəbul olunmuş “PROLİNE CHEMİCALS” MMC-nin rəhbərinə rezidentlik şəhadətnaməsini təqdim edib və şirkətin məhsulları ilə tanış olub.
Tədbirdə texnoparkda biznes inkubasiya proqramı çərçivəsində erkən inkişaf mərhələsində olan startapların dəstəklənməsi məqsədilə keçirilən inkubator rezidentliyinə seçim müsabiqəsinin qalibi, “GÖZ – N1” pilotsuz uçan aparatı layihəsinin müəllifi Nadir Babaxanov mükafatlandırılıb, ona müvafiq sertifikat təqdim edilib.
Daha sonra YT Parkın rezidenti olan “TAK NOOSH GROUP” MMC-nin istehsal sahəsinin təməlqoyma mərasimi olub.
“TAK NOOSH GROUP” MMC-nin direktoru, iranlı sahibkar Ramin Tabibian ölkəmizdə biznesə əlverişli investisiya mühiti yaradıldığı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, həmçinin səmərəli əməkdaşlığa görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, kartof fri və çipsi istehsalının təşkili yönümlü investisiya layihəsi müasir texnologiyaların tətbiqi ilə yeni emal müəssisəsinin yaradılmasını hədəfləyir, eyni zamanda yüksək keyfiyyətli məhsul istehsalını planlaşdırır.
Akademik Ramiz Mehdiyev işlərin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
AMEA rəhbəri texnoparka yeni rezidentlərin qəbul olunmasını yüksək qiymətləndirib, YT Parkın qarşısına qoyulan strateji hədəflərin həyata keçirilməsi, erkən inkişaf mərhələsində olan startapların dəstəklənməsi və innovativ layihələrin həyata keçirilməsi istiqamətində hər zaman lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.
Daha sonra AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin laboratoriyasında görülmüş işlərə baxış keçirilib, eləcə də “İntertek” şirkətinin laboratoriyasının və rezident “Bakı Polimer İstehsalat” MMC-nin istehsalat müəssisəsinin açılışı olub. Eyni zamanda, qonaqlar texnoparkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal sahəsi və mərkəzi anbarı ilə tanış olublar.
Texnoparkın rezidenti olan “Elm və Texnologiya Parkı” MMC-nin layihələrini təqdim edən müəssisənin direktoru Zahir Nəsibov Azərbaycanda müasir standartlara cavab verən yeni nəsil pilotsuz uçuş aparatların hazırlanması istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, ilk mərhələdə daxili bazarda tələbatın ödənilməsi, daha sonra isə aparatların ixracı nəzərdə tutulur. Bu məqsədlə aparılan işlərin gələcəkdə daha rəqabətədavamlı texnologiyaların yaradılmasına gətirib çıxaracağını deyən Z.Nasibov əlavə edib ki, bu aparatların intuitiv idarəetmə sistemi pilot olmayan şəxslərin qısamüddətli kurs keçməklə və müvafiq icazəni almaqla onları idarə etməsinə imkan verir.
Sonda qonaqlar üçün YT Parkın ərazisinə qısa gəzinti təşkil edilib, görülən işlər və nəzərdə tutulan yeni layihələr haqqında onlara məlumat verilib.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
3 d. əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 11 d. əvvəl
- 30 d. əvvəl
-
44 d. əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
-
56 d. əvvəl
Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
-
1 saat əvvəl
SOCAR Afrikada neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı aldı
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
-
2 saat əvvəl
“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Ən çox oxunanlar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan xaricdən ət alışını azaldıb
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
























