"Azərbaycan Sənaye Bankı" maliyyə vəziyyətini açıqladı
Bank ilk yarımili xalis mənfəət ilə bağlasa da, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə az qazanıb."Azərbaycan Sənaye Bankı" ASC 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 113 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 3 milyon 368 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 3 dəfə azalıb. Mənfəətin azalmasının səbəbləri faiz gəlirlərinin azalması və bu il ehtiyatdan vəsaitin azad olmaması, əksinə ehtiyata ayırma edilməsilə əlaqədardır.
Marja Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-iyun dövründə 16 milyon 132 min manat təşkil etmiş faiz gəlirləri 2021-ci ilin eyni dövründə 14 milyon 359 min manata düşüb (1 milyon 773 min manat və ya 11% azalıb). Qeyri-faiz gəlirləri isə 2 milyon 780 min manatdan 2 milyon 964 min manata yüksəlib (184 min manat və ya 6,6% artıb).
2021-ci ilin ilk 6 ayında "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 17 milyon 323 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 444 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 879 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 483 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, 283 min manat mənfəət vergisi ödəyib. Beləliklə, "Azərbaycan Sənaye Bankı" ilk 6 ayı 1 milyon 113 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, 2020-ci ilin ilk 6 ayında "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirləri 18 milyon 913 min manat, cəmi əməliyyat xərcləri 15 milyon 521 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 3 milyon 392 min manat təşkil etmişdi. Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 805 min manat mənfəətə əlavə edilmiş və mənfəət 4 milyon 198 min manata yüksəlmişdi. Bank 830 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 3 milyon 368 min manat xalis mənfəət ilə bağlamışdı.
KREDİTLƏR AZALIB
30 İyun 2021-ci il tarixində "Azərbaycan Sənaye Bankı" ASC 864 milyon 683 min manat cəmi aktivlərə, o cümlədən 256 milyon 59 min manat kredit portfelinə malik olub. Bank 2020-ci ilin sonunda 911 milyon 504 min manat cəmi aktivlərə və 316 milyon 991 min manat kredit portfelinə malik idi. Aktivlərin azalması Mərkəzi Bankda müxbir hesabın, "Nostro" hesabların və müştərilərə verilmiş kreditlərin azalması ilə əlaqədardır.
DİGƏR BANKLARDAKI DEPOZİTLƏRİ ARTIB
İlk 6 ayda "Azərbaycan Sənaye Bankı"nın digər banklardakı depozitləri 51 milyon 618 min manata artaraq 495 milyon 656 min manata çatıb. Ötən ilin sonunda Bankın digər banklardakı depozitləri 444 milyon 38 min manat təşkil etmişdi.
Ötən ilin sonunda "Azərbaycan Sənaye Bankı"ndakı depozitlər (depozit portfeli) 639 milyon 932 min manat ikən, 30 İyun 2021-ci il tarixinədək 590 milyon 119 min manata düşüb.
MƏCMU KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR
30 İyun 2021-ci il tarixində "Azərbaycan Sənaye Bankı" 100 milyon 546 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 101 milyon 528 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
“PAŞA Sığorta”nın "Port Baku" ərazisindəki filialı mərkəzi ofisdə ("Sahil Plaza"da) fəaliyyətini davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
18 d. əvvəl
“Əgər blokada daha 2 ay davam edərsə, İranın neft gəlirləri sıfıra düşə bilər”
- 38 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Qarabağda torpaqlar sahibkarara icarəyə verilir - İnvestisiya müsabiqəsi elan oludu
- 1 saat əvvəl
-
1 saat əvvəl
iPhone satışları artıb, Apple şirkəti daha çox gəlir və xalis mənfəət əldə edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Qarabağda torpaqlar sahibkarara icarəyə verilir - İnvestisiya müsabiqəsi elan oludu
DİQQƏT: Pulunu artırmağın yeni yolu var!
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
ABŞ-da ilk rübdə güclü iqtisadi artım
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi






.jpg)
.jpg)




.jpg)






