MB: Bank depozitlərinin dollarlaşması səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib
2017-ci ilin ilk rübündə dövründə bank depozitlərinin dollarlaşması səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Belə ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 44.7%, I rübün yekunu üzrə isə 44.8% təşkil etmişdir.
“Marja” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul siyasəti icmalında öz əksini tapıb.
İcmalda bildirilir ki, xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 64.4% təşkil etdiyi halda I rübün sonuna 64.8% təşkil etmişdir. İl ərzində fiziki şəxslərin manatla əmanətləri 2.4%, xarici valyutada əmanətləri 8.4% azalmışdır. Nəticədə, fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 79.6%-dən 78.6%-ə enmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
5 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 6 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























