İşəgötürənin məsuliyyətsizliyinin işçiyə faydaları
Məlum olduğu kimi Azərbaycan Respublikasında işçi və işəgötürən arasında yaranan fərdi əmək mübahisələrinə baxan qurum olan Dövlət Əmək Müfəttişliyinin son açıqladığı məlumata görə işəgötürənlər tərəfindən işçiyə ödənilməyən 90 min manatın ödənişi bərpa edilib. Bu məlumat özlüyündə işəgötürən məsuliyyətsizlikləri ilə qarşılaşılan halların ölkə üzrə kifayət qədər olmasını deməyə əsas verdiyi kimi işçilərin də hüquqlarını müdafiə edən rəsmi qurumların fəaliyyətini görməyə əsas verir.
Bu yazımızda işəgötürənlərin məsuliyyətsizliklərinin işçilərə faydalarından bəhs edəcəyik.
1. Əmək haqqının gecikdirilməsi - Hər bir əmək müqaviləsi üzrə işçi ilə işəgötürən arasında əmək haqqının verilməsi müddəti müəyyən edilir. İşəmuzd və ya günəmuzd ödəmə hallarına uyğun olaraq işəgötürənlər razılaşdırılmış müddət üçün işçiyə əmək haqqını vaxtında ödəmək öhdəliyi daşıyır. Bəzi hallarda isə işəgötürənin məsuliyyətsizliyi nəticəsində əmək haqqı gecikdirilir. Bu zaman isə işəgötürən tərəfindən gecikdirilmiş hər gün üçün əmək haqqının azı 1%-i məbləğində ödəniş işçiyə ödənilməlidir. Bu hal fərdi əmək mübahisəsi yaratdıqda isə fərdi mübahisə kimi müraciətə baxılır.
2. Məzuniyyət haqqının vaxtında ödənilməməsi - qanunvericiliyə əsasən məzuniyyətə görə orta aylıq əmək haqqı məzuniyyətin başlamasına azı 3 gün qalmış ödənilməlidir. Əgər işçi ilə bağlanmış müqavilədə yaxud kollektiv müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, işçiyə məzuniyyətə görə ödənilən əmək haqqı məzuniyyət başlanandan sonra gecikdirilməklə ödənilərsə, işçinin tələbi ilə məzuniyyət gününün başlanğıcı pulun ödəniş günündən sayıla bilər.
3. Əmək kitabçasının vaxtında qaytarılmaması - İşçi ilə işəgötürən arasında əmək müqaviləsinə xitam verildiyi sonuncu iş günü işəgötürən işçiyə son haqq-hesabı ödəməli və əmək kitabçasını təqdim etməlidir. Buna baxmayaraq işçiyə vaxtında əmək kitabçası işəgötürənin təqsiri üzündən təqdim edilməzsə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta aylıq əmək haqqı ödənilməlidir.
4. Boşdayanma - İşəgötürənin təqsiri səbəbindən istehsalın, axın xətti və işin dayandırılması baş verərsə, işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilməz. Bu hallarda işəgötürən işçilərə boşdayanma olmasına baxmayaraq işçi üçün müəyyən edilmiş dərəcənin vəzifə (tarif) maaşının 2/3 hissəsindən az olmayaraq ödənilir. Bu məbləğin ödənilməsi üçün işçinin boşdayanmanın başlanması barədə işəgötürənə və ya iş yeri üzrə rəhbərinə xəbərdarlıq vermək öhdəliyi müəyyən edilmişdir.
Bu yazımızda əsas kimi işəgötürənin təqsiri və ya məsuliyyətsizliyinin işçiyə ola biləcək faydalarından bəhs etsək də, əlavə olaraq bir hal üzrə işçinin kompensasiya hüququndan bəhs edəcəyik.
* İstehsalat qəzası və ya peşə xəstəliyi - bu kimi gözlənilməz hallarla əlaqədar işəgötürən icbari qaydada işçiyə dəyə biləcək zərərlərin kompensasiya olunması üçün sığorta etdirməlidir. İşəgötürənin təqsiri səbəbindən istehsalat qəzası və ya peşə xəstəliyi baş verərsə, bu halda işəgötürən işçiyə yaxud ölümü halında ailə üzvləri yaxud himayəsində olan şəxslərə kompensasiya ödəmək öhdəliyi daşıyır. Qeyd edək ki, əgər işəgötürən əvvəlcədən bu hallara görə icbari sığorta olunubsa, bu zaman kompensasiya ödəmək öhdəliyi sığorta şirkətinə ötürülmüş olacaq.
Müəllif: Şəhriyar Həbilov, hüquqşunas
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 15 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?























