Azərbaycanın valyuta ehtiyatlarında son 1 ildəki artım məlum oldu
Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 50 milyard 560,2 milyon ABŞ dolları təşkil edib.
Bunun 87,2%-i və yaxud 44 milyard 104,9 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 12,8%-i və yaxud 6 milyard 455,3 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 1 milyard 442,7 milyon dollar və yaxud 2,9% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 milyard 343,6 milyon dollar və yaxud 3,15%, AMB-nin valyuta ehtiyatlarında isə 99,1 milyon dollar və yaxud 1,6% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 900,6 milyon dollar və yaxud 1,8% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 881,6 milyon dollar və yaxud 2%, AMB-nin valyuta ehtiyatları isə 19 milyon dollar və yaxud 0,3% artım nümayiş etdirib.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
01.07.2021 | 44 104,9 | 6 455,3 | 50 560,2 |
01.04.2021 | 42 761,3 | 6 356,2 | 49 117,5 |
01.01.2021 | 43 564,3 | 6 369,4 | 49 933,7 |
01.10.2020 | 43 288,6 | 6 491,4 | 49 780,0 |
01.07.2020 | 43 223,3 | 6 436,3 | 49 659,6 |
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
12 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























