Bu liseydə oxuyanlar tez iş tapır - TƏLƏBƏLƏRİNİN SAYI SÜRƏTLƏ ARTIR
Abşeron Binə Peşə Liseyi əmək bazarının tələblərinə uyğun mütəxəssislər hazırlayır.(®️) Abşeron Binə Peşə Liseyi 1939-cu ildə “Fabrik Zavod Məktəbi” adı ilə fəaliyyətə başlayıb. 1975-ci ildən “101 saylı Texniki Peşə Məktəbi”, 1996-cı ildən isə Abşeron Binə Peşə Liseyi kimi tədris prosesini davam etdirir.
Liseyin 1968-ci ildə istifadəyə verilmiş tədris binası 2017-ci ildə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən əsaslı təmir olunub.
Agentlik tərəfindən mütəmadi aparılan yeniliklər sayəsində tədrisin keyfiyyəti ilə yanaşı, qəbul olunan tələbələrin sayı da artmaqda davam edir.
Abşeron Binə Peşə Liseyində ixtisas fənləri ilə yanaşı, ümumtəhsil fənləri və sürücülük dərsləri də tədris olunur. Beləliklə, liseyi bitirən tələbələrə ixtisasa uyğun müvafiq diplomla yanaşı, sürücülük şəhadətnaməsi və attestat təqdim olunur.
Abşeron Binə Peşə Liseyində Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində yaradılan peşə təmayüllü siniflərin tələbələrinə də ixtisaslar üzrə dərslər keçirilib. Ümumi təhsil müəssisələrində yaradılan peşə təmayüllü siniflərin tələbələri üçün sürücülük kursları ilə bağlı ilk layihə də məhz bu Liseyə etibar edilib. Bununla yanaşı Peşə Təhsili Müəssisələrində yaradılması nəzərdə tutulan qısamüddətli sürücülük kursları da Abşeron Binə Peşə Liseyinə həvalə edilib.
Hazırda liseyin 3 illik tədris bazasında “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü”, “Meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər, avtomobil sürücüsü”, “Kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, avtomobil sürücüsü”, “Avtomobil və traktorların elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik, avtomobil sürücüsü”, “Avtomobillərin mühərriklərinin yığıcısı”, “Kompüter operatoru və dizayner”, “Avtomobil üzrə elektrik”, “Avtomobil rəngsazı” ixtisasları üzrə mütəxəssislər hazırlanır.
Liseydə 3 illik tədris qrupları ilə yanaşı, 1 illik ixtisas qrupları da mövcuddur: “Avtomobil təmirçisi-çilingər, avtomobil sürücüsü”, “Aşpaz”, “Avtomobil üzrə elektrik”, “Kompüter ustası”, “Elektrik qaz qaynaqçısı” və əmək bazarının tələblərinə uyğun digər ixtisaslar da tədris olunur.
Abşeron Binə Peşə Liseyində təhsil həm dövlət hesabına, həm də ödənişli əsaslarla aparılır.
Lisey Fransa və Çin istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Yük və minik avtomobil simulyatorları, işlək stend üzərində olan mühərriklər və avtomobillərin müxtəlif hissələrinin mövcudluğu tədris müddətində tələbələrə əhəmiyyətli dərəcədə üstünlük qazandırır.
Laboratoriya və təcrübi dərsləri keçmək üçün liseydə müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar var.
Azərbaycan Milli Qəhrəmanı, Vətənin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Albert Aqarunov Abşeron Binə Peşə Liseyinin məzunudur. Birinci Qarabağ Müharibəsinin şəhidləri Nəsimi Aslanov, Ənvər Şahverdiyev, Rəşid Baxışov və Kamal Cahangirov bu liseydən məzun olublar.
Məzunlarımızdan Fərid Ağayev və Kamran Şirəliyev 2016-cı ilin aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıblar.
Azərbaycanın bütövlüyü uğrunda gedən İkinci Qarabağ Müharibəsi zamanı liseyin məzunlarından Əşrəf Məmmədli, İsa Məmmədov, Rəşad Şiriyev və Səfər Həsənov 44 günlük müharibədə ön cəbhədə qəhrəmanlıq göstərərək şəhid olublar. Azərbaycan xalqı qəhrəman övladları ilə fəxr edir.
Liseyin bir çox fəxri məzunları arasında Azərbaycanın ilk qadın mexanizatoru, Sosialist Əmək Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı Sevil Qazıyeva, Azərbaycan SSR Ali Sovetinin deputatı Solmaz Xəlilova da var.
Məzunlarımız arasında hazırda Elnur Həsənov Lənkəran Dövlət Universitetində, Şamil Həsrətli isə Türkiyənin Ankara Universitetində ali təhsilini davam etdirirlər. Bunlarla yanaşı, fəaliyyətini incəsənət və idman sahəsində davam etdirən lisey məzunlarından Milli Voleybol Komandasının üzvü Abbas Qasımzadəni misal göstərmək olar.
Peşəni tədris etmək pedaqoji kollektivdən həm elmi biliklər, həm də təcrübi bacarıqlar tələb edir. Liseyin müəllim heyəti ölkənin ən peşəkar pedaqoji kollektivi arasından seçilib. Bu pedaqoji kollektivin tədris etdiyi dərslər tələbələrə gələcək peşə yollarında işıq tutur.
Ölkənin iqtisadiyat və sənayesi inkşaf etdikcə, ixtisaslı kadrlara ehtiyac da artır. Peşəkar kadrların hazırlanmasında Abşeron Binə Peşə Liseyi mühüm rol oynayır. Əminliklə demək olar ki, Lisey fəaliyyət göstərdiyi illər ərzində uğurlu gələcək üçün nəhəng addımlar atıb.
Abşeron Binə Peşə Liseyi
Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, 1.
Elektron poçt ünvanı: [email protected]
Əlaqə nömrəsi: (012) 456-01-21
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
24 d. əvvəl
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
-
- 25 d. əvvəl
-
46 d. əvvəl
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
-
14 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
17 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Ən çox oxunanlar
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib

















