Məhdudiyyətlər kredit ittifaqlarını və müştərilərini çətin vəziyyətə salıb
Azərbaycanın kredit ittifaqları və müştəriləri nağd əməliyyatlara tətbiq edilən məhdudiyyətlər ilə əlaqədar olaraq bir sıra çətinliklər ilə üzləşiblər.
“Marja”ya müraciət edək kredit ittifaqları bildirirlər ki, kreditin müştəriyə nağdsız verilməsi və aylıq ödənişlərin bank vasitəsilə qəbul edilməsi tələbləri, ittifaqların müştərilərini itirmələri və ödənişlərin gecikməsi ilə nəticələnə bilər:
“Kredit ittifaqları kəndlilərə mikro kreditlər təklif edirlər. Bizdən götürülən kreditlər əsasən 300-1500 manat civarında olur. İndi bizə bildiriblər ki, kəndli krediti götürmək üçün mütləq bankda hesab açmalıdır. Hesabın açılması 25-30 km rayon mərkəzindən kənarda yaşayan kəndli üçün əziyyət və xərcdir. Üstəlik, krediti götürən kəndli hər dəfə aylıq ödənişi etmək üçün şəhər mərkəzinə getməlidir. Tutaq ki, 500 manat kredit götürmüş şəxs ayda ittifaqa 50 manat qaytarmalıdırsa, indi 5 manat rayon mərkəzinə getmək və 5 manat da geri qayıtmaq üçün cəmi 10 manat taksilərə ödəməlidir. Müştərimizin aylıq ödənişi 60 manata çıxır. Biz indiyədək kreditləri ətraf kəndlərin sakinlərinə verirdik və aylıq ödənişləri də kassa mədaxil qəbzini təqdim edərək qəbul edirdik”,- kredit ittifaqlarının nümayəndələri “Marja”ya müraciətlərində bildiriblər.
Kredit ittifaqları bildirilər ki, nağd ödənişlərə tətbiq edilən məhdudiyyətləri Bakı şəhəri ilə, ucqar kəndə eyni qaydada tətbiq etmək ədalətsizlikdir:
“Ucqar kəndlərin sakinlərinin maliyyə savadı şəhər sakinləri ilə eyni deyil. Üstəlik, rayonlarda bankların filial şəbəkəsi mərkəzdə cəmlənib. Kəndlərdə İnternetdən, elektron xidmətlərdən istifadə də aşağıdır. Belə olan vəziyyətdə kəndli dərhal nağd vərdişindən nağdsız vərdişə yiyələnə bilməz. Bu işlər digər tədbirlər həyata keçirilməklə, mərhələli şəkildə reallaşdırılmalıdır”.
Kredit ittifaqları bildirirlər ki, kreditin götürülməsi üçün müştəridən bankda hesab açılması və aylıq ödənişlərin yalnız kredit ittifaqının bank hesabına ödənilməsi tələbləri müştərilərinin kredit götürmək üçün banklara üz tutmalarına və aylıq ödənişlərdə gecikmələrə səbəb olacaqdır:
“Əgər kəndli hesab açmaq və kredit ödənişi üçün hər ay rayon mərkəzinə gəlmək istəsəydi krediti də bankdan götürərdi. Bu tələblər müştərilərimizin banklara üz tutmalarına səbəb olacaqdır. Bundan başqa, kəndli aylıq ödəniş günü rayon mərkəzinə getmək imkanının olmadığını bildirərək, aylıq ödənişi gecikdirə bilər.Onsuz da son vaxtlar kredit götürənlər azalıb və ödənişlər gecikir. Bu tələblər bizi daha da çətin vəziyyətə sala bilər”.
Kredit ittifaqlarından bildirildi ki, çətinlik ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına və Vergilər Nazirliyinə müraciət ediblər. Lakin hər iki qurumdan fərqli cavab verilib:
“Vergilər Nazirliyi bildirir ki, kreditin alınması üçün hesab mütləq açılmalı və aylıq ödənişlər bank vasitəsilə ittifaqa ödənilməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası isə bildirir ki, kredit ittifaqı aylıq ödənişləri nağd şəkildə qəbul edə bilər. Biz çaş-baş qalmışıq. Sabah cərimələnməmək üçün rəsmi qurumlardan dəqiq cavab almaq istəyirik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 42 d. əvvəl
-
1 saat əvvəl
BYD-dən yeni avtomobil – 1193 at gücü, 1003 km yürüş məsafəsi
-
1 saat əvvəl
Avropa İttifaqından Ukraynaya 4,9 milyard avroluq hərbi dəstək qərarı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABŞ Hörmüz böhranından ən çox zərər çəkən ölkə oldu – Yanacağa əlavə 160 milyard dollar xərclənib
-
1 saat əvvəl
Yaponiya Mərkəzi Bankının faiz dərəcəsini dəyişməyəcəyi gözlənilir – Yeni artım ehtimalı gündəmdədir
-
2 saat əvvəl
Daşınmaz əmlakın icbari sığortası — haqlar 17,3%, ödənişlər 54,2% azalıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
BYD-dən yeni avtomobil – 1193 at gücü, 1003 km yürüş məsafəsi
Meta süni intellektə investisiyalar üçün 95 milyard dollar cəlb etmək istəyir – Nəhəng səhm satışı planı
Azərbaycan quş əti ixracını 25,6% artırıb
Ən çox oxunanlar
ABŞ Hörmüz böhranından ən çox zərər çəkən ölkə oldu – Yanacağa əlavə 160 milyard dollar xərclənib
Yaponiya Mərkəzi Bankının faiz dərəcəsini dəyişməyəcəyi gözlənilir – Yeni artım ehtimalı gündəmdədir
“PAŞA Kapital” III İslam Maliyyə Forumunda iştirak edib
Qlobal bankdan xəbərdarlıq: Dünya bazarında yanacaq qıtlığı 2027-ci ildə də davam edə bilər
İcbari həyat sığortası: sığorta haqları 35%-ə yaxın azalıb

























