"Rosneft" hasilatın azaldılması anlaşmasının 9 aydan çox uzadılmasını istəmir
"Mən hazırda mart ayından sonra anlaşmanın uzadılmasına ehtiyac görmürəm".
Bunu "Rosneft" şirkətinin rəhbəri İqor Seçin Berlində "Rosneft Deutschland" ofisinin filialının açılışında jurnalistlərin neft bazarının 2018-ci ilin mart ayına qədər tarazlıq vəziyyətinə çata biləcəyi və neft hasilatının azaldılması barədə anlaşmanın gələn ilin mart ayından sonra uzadılıb-uzadılmayacağına dair suallarını cavablandırarkən deyib.
İ.Seçin bildirib ki, "Rosneft" OPEC və ona üzv olmayan ölkələrin hasilatı azaltması ilə bağlı anlaşmasının sona çatmasından sonra sürətlə dünya bazarına geri dönməyi düşünür. "Rusiya və Səudiyyə Ərəbistanı anlaşmadan yumşaq şəkildə çıxışın mexanizmlərini hazırlayır ki, anlaşma bitdikdə neft bazarında xaos yaranmasın", - deyə Seçin sözlərinə əlavə edib. Həmçinin, "Rosneft" rəhbəri ABŞ-da şist neft hasilatının necə dəyişəcəyinə diqqət edilməsini vacib sayır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 1 d. əvvəl
-
4 d. əvvəl
İran ətrafında diplomatik danışıqlar neft qiymətlərini aşağı salır
- 12 d. əvvəl
- 23 d. əvvəl
- 25 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
İran ətrafında diplomatik danışıqlar neft qiymətlərini aşağı salır
Prezident İlham Əliyev Forumun açılışında çıxış edir
Çində sənaye müəssisələrinin mənfəəti son üç ayın ən yüksək artım tempinə çatıb – Süni intellekt sektoru iqtisadiyyatı dəstəkləyir
Ən çox oxunanlar
“Azərsu”da yüksək vəzifələrdə işləmiş sabiq məmur cinayət məsuliyyətinə cəlb edilib - 3 milyon mənimsəmədə ittiham olunur
Tibbi sığorta: sığorta haqları 2,8% azalıb
Rəsmi məzənnələr açıqlandı
BYD-dən yeni avtomobil – 1193 at gücü, 1003 km yürüş məsafəsi
Meta süni intellektə investisiyalar üçün 95 milyard dollar cəlb etmək istəyir – Nəhəng səhm satışı planı




























