Azərbaycanın yarımillik qeyri neft-qaz məhsulları ixracının dəyəri açıqlandı
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 161 ölkədən idxal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 14 milyard 650,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 9 milyard 259,1 milyon dollarını və ya 63,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 5 milyard 391,2 milyon dollarını (36,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3867,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 24,7 faiz artmış, real ifadədə isə 7,7 faiz, o cümlədən idxal 11,1 faiz, ixrac 5,2 faiz azalmışdır.
2021-ci ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,4 faiz, real ifadədə 14,0 faiz artaraq 1 milyard 162,4 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 35,9 faizini İtaliyaya, 15,7 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,4 faizini Gürcüstana, 4,0 faizini Hindistana, 3,9 faizini İspaniyaya, 3,7 faizini İsrailə, 2,9 faizini Portuqaliyaya, 2,6 faizini Xorvatiyaya, hər biri 2,3 faiz olmaqla Ukrayna və Tunisə, hər biri 1,6 faiz olmaqla Kanada, Birləşmiş Krallıq və Almaniyaya, 1,5 faizini Tailanda, hər biri 1,4 faiz olmaqla Belarus və Çinə, 8,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,7 faiz), Türkiyəyə (26,6 faiz), İsveçrəyə (10,1 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (2,6 faiz), Çinə (1,8 faiz), Ukraynaya (1,8 faiz), Türkmənistana (1,5 faiz), Qazaxıstana (1,3 faiz), Özbəkistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,1 faizi Rusiya, 15,2 faizi Türkiyə, 12,9 faizi Çin, 6,3 faizi Almaniya, 4,3 faizi ABŞ, 4,1 faizi Ukrayna, 4,0 faizi İtaliya, 3,4 faizi İran, 2,5 faizi Birləşmiş Krallıq, 2,1 faizi Yaponiya, 2,0 faizi Koreya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, hər biri 1,1 faiz olmaqla Belarus, Polşa və Vyetnam, 18,0 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 38,8 faiz, kartof – 12,9 faiz, şəkər – 2,0 dəfə, bitki yağları – 27,8 faiz, meyvə və tərəvəz şirələri – 15,5 faiz, meyvə və tərəvəz konservləri – 19,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 10,7 faiz, pambıq lifi – 1,9 dəfə, pambıq ipliyi – 1,8 dəfə, qara metallardan borular – 12,0 faiz artmış, təzə tərəvəz ixracı isə 23,6 faiz, çay – 21,3 faiz, tütün – 45,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 30,7 faiz, polietilen – 11,5 faiz, emal olunmamış alüminium – 41,8 faiz, bentonit gili – 4,2 faiz azalmışdır.
2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2021-ci ilin yanvar-iyun aylarında buğda idxalı 12,0 faiz, bitki yağları – 2,3 faiz, xam şəkər və şəkər – 15,6 faiz, çay – 11,2 faiz, kartof – 14,5 faiz, təzə tərəvəz – 44,5 faiz, siqaretlər – 0,5 faiz, minik avtomobilləri – 1,7 dəfə, dərman vasitələri – 1,0 faiz, hesablama maşınları, blok və qurğuları – 11,9 faiz, rezin şinlər – 1,6 dəfə, yük avtomobilləri – 2,1 dəfə, mebellər – 33,6 faiz, paltaryuyan maşınlar – 28,5 faiz, məişət soyuducuları – 9,4 faiz artmış, təzə meyvə idxalı isə 1,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 6,9 faiz, quş əti və onun əlavə məhsulları – 28,4 faiz, mal əti – 41,9 faiz, polad prokatı – 43,6 faiz, qara metallardan borular – 35,8 faiz, mineral gübrələr – 44,0 faiz, məişət kondisionerləri – 4,1 faiz, qara metallardan çubuqlar – 70,4 faiz, polietilen – 44,2 faiz, qara metallardan künclüklər – 26,4 faiz, avtobuslar – 21,1 faiz, sement və sement klinkerləri – 35,4 faiz azalmışdır.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 6 saat sonra
-
7 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 8 saat əvvəl
-
10 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi



















